Rumıniyanın Mamaya şəhərində şahmat üzrə yeniyetmə oğlan və qızlar arasında Avropa çempionatına yekun vurulub.
Elchi.az xəbər verir ki, Azərbaycan şahmatçıları mötəbər yarışda böyük uğur qazanıblar.
Məhəmməd Kazımzadə, Mehriban Əhmədli (hər ikisi U-8), Əhməd Xaqan (U-12), Rüstəm Rüstəmov (U-14) bütün rəqibləri qabaqlayaraq, öz yaş kateqoriyalarında qızıl medala layiq görülüb.
18 yaşlılar arasında çıxış edən Ayan Allahverdiyeva və Xəzər Babazadə gümüş medal əldə edib. 12 yaşlı qızların mübarizəsində Səadət Bəşirli çempionatı bürünc medalla başa vurub.
Beləliklə, Azərbaycan şahmatçıları Avropa çempionatından 4 qızıl, 2 gümüş və 1 bürünc medalla qayıdırlar.
Qeyd edək ki, ümumilikdə Avropa çempionatında 47 ölkədən 928 şahmatçı mübarizə aparıb.
CAS Seneqalı Afrika çempionu elan edib
İdman Arbitraj Məhkəməsi (CAS) 2025-ci il Afrika Millətlər Kubokunun çempionu ilə bağlı yekun qərarını açıqlayıb. Elchi.az xəbər verir ki, məhkəmə...





















Son şərhlər