"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Sahibinin taleyini yaşayan heykəl – Xan qızının iki yüz illik HEKAYƏTİ

22 May 2020 - 19:34
in XƏBƏR LENTİ
FacebookVatsap

Aybəniz İsmayılova,

Bunu da oxuyun

Kolumbiya İranla diplomatik əlaqələri kəsir

Anım Gününə həsr edilmiş konfrans təşkil olunub

Fransanın məşhur aktrisası Marina Vladi 88 yaşında vəfat edib

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının

Beynəlxalq Əlaqələr şöbəsinin müdiri
Səni güllələyirlər, bazarda satırlar, didərgin salırlar, qürbətdə üstünə boya atıb, ləkələməyə, yox etməyə çalışırlar. Dəhşətli taledir, eləmi? Bunlar sadəcə heykələ edilənlərdir. O heykəlin insan, qadın taleyi də asan olmayıb.Böyük fransız mütəfəkkiri Jan Jak Russonun bioqrafiyasını ifadə edən əsərləri diqqətlə oxusaq, bu kitablarda diqqətimizi çəkən bir məqam olacaq. Russonun yazdıqlarına görə, onun dövründə yüksək cəmiyyəti təmsil edən fransız qadınları evlərində intellektual görüşlər, sənət, ədəbiyyat söhbətləri təşkil edirdilər. Kübar fransız qadınları müasir filosoflar, yazıçılar və bəstəkarlarla sıx ünsiyyət qurur, onları evlərindəki dəvətlərə çağırıb, hörmət göstərirdilər. Zadəgan qadınlar bəzən maddi imkanları məhdud hesab edilən intellektuallara yardım edir, ev, mülk bağışlayırdılar.  Bu hadisələrin baş verdiyi zaman kəsiyində  Avropa yeni düşüncə, yeni dəyərlər partlaması, fransız fikir tarixi isə ən zəngin illərini yaşayırdı. 
Azərbaycan isə oxşar dəyərlər, yeni fikir “bum”unu təxminən yüz il sonra yaşanmağa başlayacaqdı. Mirzə Fətəli Axundov, Mirzə Şəfi Vazeh, Abbasqulu Ağa Bakıxanov kimi mütəfəkkirlərin başlatdığı sekulyar, bəşəri, insanmərkəzçi ideologiyanın təsirləri bu görkəmli şəxsiyyətlərin müasirlərindən yan keçməyəcək, Azərbaycanda maarifçilik ideyalarının və intellektual hərəkatın əsasını qoyacaqdı. Viktor Hüqonun Volterin məzarı üstündəki çıxışında dediyi kimi: “on səkkizinci əsr başladacaq, on doqquzuncu əsr davam etdirəcəkdi”.
Həmin zaman kəsiyində Avropa mesenantlıq ənənəsindən geri qalmayaraq, intellektual və yaradıcı insanlara qayğını, belə şəfqətli, alicənab işi öz üstünə götürən qadın isə Qarabağın sonuncu şahzadəsi, Xurşidbanu Natəvan olacaqdı. Sarayını dünyavi mövzuların müzakirəsi, sənət, poeziya söhbətləri üçün ocağa çevirən zadəgan Xan qızı, şairə Natəvan “Məclisi-üns” poeziya məclisinə ev sahibəliyi edəcək, dövrünün yaradıcı şəxsiyyətlərindən maddi və mənəvi yardımını əsirgəməyəcəkdi. 
Heykəli barədə danışdığım hadisələr isə Xan qızının öz taleyindən də yan keçməmişdi.
Qarabağ xanlarının yeganə varisi, atası Mehdiqulu xanın sarayının “tək incisi” Natəvan, hələ uşaqlıqdan öz zəkası, dillərə qarşı marağı, şahmat bacarığı ilə hər kəsi heyran edə bilirdi. Rus və fars dillərində sərbəst oxuyub-yazmağı bacaran gənc qız sənət aşiqi, musiqi, poeziya vurğunu idi. Bu, kifayət qədər gözləniləndi, axı Natəvan istedadlı şairə Ağabəyim Ağanın qardaşı qızı idi. Həmin Ağabəyim Ağa ki, Qarabağla münasibətlərin sabitləşməsi üçün İran şahına ərə getməli olmuşdu. Onun qəlbi daima Qarabağ həsrəti ilə döyünmüşdü, şeirlərində, bayatılarında hər zaman Şuşanın, Qarabağın gözəlliyini təsvir etmişdi. Ağabəyim Ağanın poeziyası sayəsində xarı bülbül çiçəyi Şuşanın, Qarabağın simvoluna çevrilmişdi. Natəvanın şeir, sənət vurğunluğu, Şuşa, Qarabağ sevgisi təsadüfi deyildi, mənsub olduğu xan nəslinin ənənəsi idi.    
Natəvanın zəkası, istedadı həmin dövrdə Qafqaz səyahətinə çıxan böyük fransız yazıçısı Aleksandr Dümanı da heyran etmişdi. Böyük yazıçı öz xatirələrində yazırdı: “Bir axşam ziyafətində biz iki knyaginya (fransızca zadəgan qadın titulu-red) ilə tanış olduq. Onlardan biri Mehdiqulu xanın arvadı, biri də qızı idi. Anaya qırx, qıza iyirmi yaşdan artıq vermək olmazdı. Qız öz bahalı, milli geyimində çox ecazkar görünürdü…”
Həyat elə gətirdi ki, bu ecazkar qadının taleyi yaşadığı coğrafiyadakı çaxnaşmalar, böyük siyasi proseslərlə üst-üstə düşdü. 1822-ci ildə Qarabağ  xanlığı ləğv edilərək, Rusiyaya birləşdirildi. Atası, sonuncu Qarabağ xanı Mehdiqulu xanın Rusiya Çarı ilə yaşadığı ziddiyyətli münasibətləri də nəticəsiz ötüşmədi. Qafqazda sabitliyi qorumağa çalışan Qafqaz canişini Vorontsov gənc Natəvanı çar generalı, kumık əsilli Xasay xan Usmiyevlə ailə qurmağa məcbur etdi.  Natəvan hələ gənc yaşlarında ikən könülsüz evliliyə məcbur edildi. 
Tale öz ziddiyyətləri ilə Natəvanı təəccübləndirməyə davam edirdi. Onun könülsüz ailə qurduğu Xasay xan sadə adam deyildi. General Usmiyev öz dövrünün həm azərbaycanlı, həm də rus mütəfəkkirləri (Mirzə Fətəli Axundov, Mirzə Şəfi Vazeh, Bestujev-Marlinski və s.)  şəxsən tanış idi, bu adamlarla məktublaşır, ziyafətlərinə dəvət edirdi. Əri ilə Tiflisi, Dağıstanı gəzən Natəvan bu ədəbi-mədəni görüşlərin, müzakirələrdə iştirak edir, dövrünün görkəmli şəxsiyyətləri ilə fikir mübadiləsi aparmaq imkanına malik olurdu. Xüsusilə, Mirzə Fətəli Axundovun ideyaları ona doğma, yaxın gəlirdi.
Ərinin vəzifəsinin, əlaqələrinin verdiyi bu imkanlara baxmayaraq, həssas qəlbli şairə Natəvan Xasay xanı sevə bilmədi. Usmiyevdən boşanıb, birdəfəlik Şuşaya qayıtdıqdan sonra, Natəvan ikinci dəfə ailə qursa da, onun həyatının bu dövrü daha çox Qarabağa, doğulduğu və sevdiyi Şuşaya aid oldu. 
Şuşa şəhəri on səkkizinci əsrin ortalarında, Natəvanın ulu babası Pənahəli xan tərəfindən Qarabağ əyalətinin ən hündür hissəsində salınmışdı. Şəhər böyüyərək, bölgə əhəmiyyətli, siyasi-iqtisadi-mədəni mərkəzə çevrilmişdi. Bu şəhər dahi azərbaycanlı şairlərin, yazıçıların, musiqiçilərin, aktyor və ziyalıların evi idi. Şuşa vokal məktəbi öz fərqli xüsusiyyətlərinə görə, “Qafqaz Konservatoriyası” kimi təsvir olunurdu.
Natəvan, mədəniyyət beşiyi hesab edilən bu şəhərin inkişafında, müasirləşməsində əvəzsiz rol oynamışdı. Onun işi Şuşada məktəblər, sənət ocaqları, su təsisatı qurmaqla bitmədi. O özünün azad, müstəqil, sənətsevər həyatı, davranışları ilə yaşadığı Qarabağın qadınlarına nümunə, mənəvi güc vermiş oldu. Şeirlərində öz qadın taleyini sorğulayan, ədalət tələb edən Xurşidbanu, bir qadına imkan verilərsə, dövrünün ziyalısı, ictimai xadimi olmaqla yanaşı, həm də yaradıcı insanı kimi heç də kişilərdən geri qalmayacağını göstərdi.  
Oğlunu gənc yaşda itirən şairə, bu faciədən sonra şeirlərində kədərə daha çox yer verdi. Amma şəxsi həyatındakı heç bir sarsılma onu xeyriyyəçilikdən, doğma şəhərinə qayğıdan uzaqlaşdırmadı. Maraqlıdır ki, Natəvanın ev sahibliyi etdiyi “Məclisi-üns” ədəbi məclisi də yalnız şairənin ölümünə qədər mövcud ola bildi. 
Adətən insan, şəxsiyyət dünyasını dəyişəndə, onun hekayəti də bu ölümlə sona çatır. Ölüm belə, Xan qızının hekayətinə son qoya bilmədi. 
Natəvanın ölümündən sonra onun doğma yurdu yenə böyük siyasi proseslərin içində çapalamağa başladı. 1917-ci il Oktyabr İnqilabından, Rusiya çarı devriləndən sonra, Natəvanın ölkəsi əvvəl Cümhuriyyət illərini yaşadı, sonra da Sovetlər Birliyində öz ömrünü davam etdi. Bu böyük qadının həyatı, yaradıcılığı ölümündən təxminən yarım əsr sonra detallı öyrənilməyə başladı. Ölümündən yarım əsr sonra Natəvanın şeirlər kitabı işıq üzü gördü, heykəlləri ucaldıldı. 
Nəhayət, 1988-ci ildə Ermənistan və Azərbaycan arasında Qarabağa görə başlayan savaş yenə də, Natəvanın heykəlinin taleyi ilə çarpazlaşdı. 

1992-ci ildə Ermənistan Silahlı Qüvvələri Qarabağı işğal edərkən, Natəvanın ev muzeyi, onun tapşırığı ilə qurulmuş bulaq çeşmələri və bütün başqa abidələr dağıdıldı. Şuşa qalasının içərisindəki, çoxəsrlik sivilizasiyanı təmsil edən heç bir mədəni irs nümunəsini xilas etmək mümkün olmadı. Ermənistan Silahlı Qüvvələri Pənahəli xan qalasını və onun kitabxanasını, on doqquzuncu əsr Gövhər Ağa məscidini, Karvansarayı və 5000 eksponatın olduğu Şuşa Muzeyini vandallıqla məhv etdi. 
Bu qorxunc akt Natəvanın abidəsindən də yan ötmədi. Şuşanın işğalı zamanı böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov, ecazkar səsli Bülbülün heykəlləri ilə yanaşı, Natəvanın da abidəsi gülləbarana tutuldu. Ermənistan tərəfi bu heykəlləri sökərək, qara bazarda satmaq üçün qonşu Gürcüstana apardılar. Xoşbəxtlikdən, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi bürünc heykəlləri qurtararaq, Bakıya gətirə bildi. Hazırda bu heykəllər Milli İncəsənət Muzeyinin həyətində, Qarabağın “yandırılmış mədəniyyəti” nin lal şahidləri kimi nümayiş olunur.Bu vandallıq, heykəllərin kədərli taleyi Tom de Vaalın “Qara Bağ” kitabında da öz əksini tapdı: 
“Şəhəri ələ keçirdikdən sonra ermənilər qisas aktına başladılar. Onlar Qarabağın görkəmli şəxsiyyətləri, bəstəkar və şairlərinin bürünc büstlərini sökərək, satdılar. Tiflisə aparılan heykəllər möcüzəli bir şəkildə oradan satın alınaraq, xilas edildi. Bürünc büstləri gözlərimlə görmüşdüm. Heykəllər Qırmızı Xaç cəmiyyətinin Bakıdakı qərargahının həyətində idi. Onlara baxanda, adamın ürəyi ağrıyırdı: başı yaylıqlı şairə Natəvan əlində güllələnmiş baş barmağı ilə sıxdığı kitabı tutmuşdu, bəstəkar Hacıbəyovun ikitaylı pencəyi güllədən deşik-deşik olmuş, eynəyi qırılmışdı, mütəfəkkirə oxşayan Bülbülün alnı qabağa çıxmışdı…”.
Natəvanın doğma yurdundan didərgin salınan, satılan, güllələnən heykəlinin taleyi bununla bitmədi. 

2016-cı ildə Belçika krallığının Vaterloo şəhərində şairə Xurşidbanu Natəvanın heykəli ucaldıldı. Azərbaycanlı şairənin Avropada ucaldılmış heykəli olduqca simvolik idi. Abidə, təxminən iki yüz il əvvəl doğulmuş görkəmli şairənin sərhəd tanımayan, bəşəri ideyaları, yaradıcılığının simgəsi idi. Ona baxanda anlamaq olurdu ki, Natəvan indi heykəl şəklində dünyanın hər yerini gəzə bilər. Bir il əvvəl, dekabr ayında mən şairənin bürünc büstünü Belçikada, Vaterloo kitabxanası yanında görəndə, qürur hissi keçirmişdim. Doğma şəhərindən minlərlə kilometr uzaqda, irəliyə baxan bu intellektual qadına qucaq açan bəşəri dəyərlər gözlərimi yaşartmışdı. Kədər hissi ilə bunu da başa düşürdüm ki, bürünc heykəl şəklində belə, o, evindən başqa hər yerə səyahət edə bilir.

Ermənistan Respublikasının Baş Naziri bu ilin mart ayında Brüsselə səfər etdiyi gün, Natəvanın Vaterloo yaxınlığındakı abidəsi vandalizm aktına məruz qaldı. Bəli, Natəvanın heykəli, dəyərləri, ideyaları bura qədər gəlib çıxmışdı, amma heykəlinin doğma yurdunda məruz qaldığı vandallıq aktı da bura qədər gəlib çıxa bilmişdi. Bu akt, sanki Xeyirin də, Şərin də heç vaxt tam ölməməyi, daim yaşayacağı gerçəyinin vizual nümayişi idi. 
Bəli, Şər hələ yox olmayıb. Ədalət hələ bərqərar olmayıb. Artıq 30 ildir ki, didərgin düşən təkcə Natəvan heykəli, ruhu deyil.  Azərbaycan Respublikasının Qarabağ bölgəsinin azərbaycanlı sakinləri də doğma torpaqlarından qovulublar. 1992-ci il mayın 8-də Şuşa şəhəri işğal ediləndə, Ermənistan Silahlı Qüvvələri 200 nəfəri vəhşicəsinə qətlə yetirib, yüzdən çox dinc sakini girov götürüb və 22000-dən çox azərbaycanlını doğma yurdundan didərgin salıblar. 
Beynəlxalq ictimaiyyət Qarabağın işğal olunmuş torpaqlarını Azərbaycan Respublikasının ərazisi kimi tanıyır. 30 ildir azərbaycanlılar təməl hüquqlarından istifadə edərək, öz evlərinə qayıda bilmirlər. Buna baxmayaraq, Azərbaycanın hər tərəfinə yayılmış məcburi köçkünlər, erməni qonşuları ilə barışmağa və əvvəlki kimi, birlikdə yaşamağa ümid edirlər. 
Dünyada fiziki, maddi olan hər şeyi məhv etmək mümkündür. Abidələri, tikililəri, heykəlləri, bulaqları…amma mənəvi olanı məhv etmək mümkün deyil. Natəvanın izi Qarabağda, Şuşada təkcə tikdikləri, qurduqları ilə qalmayıb. Böyük şairə o gözəl diyarın tarixində həm də öz maarifçilik ideyaları və poeziyası ilə iz qoyub.  
Sənətə, ədəbiyyata qarşı açılan bütün savaşlar isə uğursuzluğa məhkumdur. O, mütləq evinə qayədacaq. 

Previous Post

Sahibinin taleyini yaşayan heykəl – Xan qızının iki yüz illik HEKAYƏTİ

Next Post

Bənzər yazılar

Kolumbiya İranla diplomatik əlaqələri kəsir

25 Sentyabr 2026 - 10:16

Kolumbiya hökuməti İranla diplomatik əlaqələrin rəsmən dayandırıldığını elan edib. Elchi.az xəbər verir ki, Kolumbiya Xarici İşlər Nazirliyi İranla əlaqələrin kəsilməsi...

Anım Gününə həsr edilmiş konfrans təşkil olunub

Anım Gününə həsr edilmiş konfrans təşkil olunub

24 Sentyabr 2026 - 21:22

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 27 Sentyabr – Anım Gününə həsr olunmuş “İlham Əliyev tarixi Zəfərin qalibi və...

Fransanın məşhur aktrisası Marina Vladi 88 yaşında vəfat edib

Fransanın məşhur aktrisası Marina Vladi 88 yaşında vəfat edib

24 Sentyabr 2026 - 21:09

Fransanın məşhur aktrisası, müğənnisi və yazıçısı Marina Vladi 88 yaşında vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə Fransa mediası...

Ərdoğan: F-35 proqramına qayıdışla bağlı konkret addımlar gözləyirik

Ərdoğan: F-35 proqramına qayıdışla bağlı konkret addımlar gözləyirik

24 Sentyabr 2026 - 20:58

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla F-35 qırıcıları ilə bağlı müzakirələri davam etdirir. Elchi.az xəbər verir ki,...

Next Post

Son xəbərlər

Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib

Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib

25 Sentyabr 2026 - 10:51
“Perseverance” Marsda qədim isti su izləri aşkar edib

“Perseverance” Marsda qədim isti su izləri aşkar edib

25 Sentyabr 2026 - 10:49
Mikayıl Cabbarov: Azərbaycan regionlararası əlaqələri gücləndirməklə əlavə dəyər yaratmağı hədəfləyir

Mikayıl Cabbarov: Azərbaycan regionlararası əlaqələri gücləndirməklə əlavə dəyər yaratmağı hədəfləyir

25 Sentyabr 2026 - 10:42
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu başlayıb

Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu başlayıb

25 Sentyabr 2026 - 10:40
Pezeşkian: ABŞ ilə “razılaşmağa hazırıq”

Pezeşkian: ABŞ ilə “razılaşmağa hazırıq”

25 Sentyabr 2026 - 10:32
Bu ilin 8 ayında Azərbaycana 1586 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib

Bu ilin 8 ayında Azərbaycana 1586 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib

25 Sentyabr 2026 - 10:25

Kolumbiya İranla diplomatik əlaqələri kəsir

25 Sentyabr 2026 - 10:16
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu iştirakçılarına müraciət ünvanlayıb

25 Sentyabr 2026 - 10:07
DYP: Bakıda pik saatlarında əlavə yol-patrul naryadları xidmətə cəlb olunub

Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

25 Sentyabr 2026 - 09:58
DİM bu imtahanın nəticələrini elan etdi

İndiyədək 1300-dən çox şəxs kolleclərin boş qalan yerlərinə ixtisas seçimi üçün ərizəsini təsdiqləyib

25 Sentyabr 2026 - 09:50
AIIF 2026 çərçivəsində 12 sənəd imzalanacaq

AIIF 2026 çərçivəsində 12 sənəd imzalanacaq

25 Sentyabr 2026 - 09:41
İntensiv yağış yağacaq, çaylardan daşqın və sel keçəcək – XƏBƏRDARLIQ

Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA

25 Sentyabr 2026 - 09:33
FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib – VİDEO

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib – VİDEO

25 Sentyabr 2026 - 09:24
Abşeronun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

Bu gün paytaxtın bəzi ərazilərində elektrik enerjisi olmayacaq

25 Sentyabr 2026 - 09:12
Anım Gününə həsr edilmiş konfrans təşkil olunub

Anım Gününə həsr edilmiş konfrans təşkil olunub

24 Sentyabr 2026 - 21:22
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.