Milli Məclisdə qanun layihəsinin müzakirəsi zamanı deputat və spiker arasında fikir ayrılığı olub.
Elchi.az xəbər verir ki, spiker Sahibə Qafarova çıxış üçün yazılan deputat Aydın Mirzəzadəyə söz verərkən sırf müzakirədə olan qanun layihəsi barədə danışmağı tövsiyə edib:
“Çıxışlara ancaq mövzu ilə əlaqəli çıxış etməyənlər yazılır. Aydın müəllim, əgər müzakirədə olan qanun layihəsi barədə çıxış edəcəksinizsə, buyurun”.
Bu zaman deputat Zahid Oruc mikrofonsuz nəsə deyib.
S.Qafarova isə ona irad tutub:
“Zahid müəllim, mənə kömək lazım deyil! Söhbət qurtardı, mən bilirəm hamı danışa bilər, hamının ürəyi doludur. Ona görə də xahiş edirəm, diskussiya açmayın”.
Pezeşkian: Düşmənlər İranı iğtişaşlara sürükləmək istəyir
ABŞ və İsrail İranın daxilində iğtişaşlar yaratmaq üçün İslam Respublikasında iqtisadi etirazların artmasını istəyir. Elchi.az "Fars" agentliyinə istinadən xəbər verir...





















Son şərhlər