"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Şagird imtahandan 5 aldı, dərsə buraxılmadı

23 Sentyabr 2017 - 09:28
in XƏBƏR LENTİ
FacebookVatsap

Təhsil Nazirliyi araşdırma aparır, direktor şagirdi liseyə buraxmır…

Bunu da oxuyun

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

Kimya Biologiya Təmayüllü Respublika Liseyinin 11-ci sinif şagirdi Nərmin Mehtilinin işi üzrə  Təhsil Nazirliyində sektor müdiri Almaz Əsgərli araşdırma aparır. Yeni tədris ilinin başlamasından 1 həftədən artıq vaxt ötsə də, N.Mehtili dərsə buraxılmır.

Məsələnin mahiyyəti budur ki, lisey rəhbərliyi əvvəlcə iddia edirdi ki, şagird imtahandan kəsilib və buna görə liseydən xaric olunur. Lakin valideynlərinin təkidi ilə imtahan təşkil olunub və imtahandan şagird 5 alıb. Bundan sonra bu arqument şagird dərs buraxıb arqumenti ilə əvəzlənib.

“Bizə məktəb rəhbərliyi bildirmişdi ki, 5 almağın faydası yoxdu. Bizdə elə bir pedoqoji şura var ki, onun qərarını məktəbin direktoru Kamran müəllimdən başqa Azərbaycanda heç bir qurum dəyişə bilməz. Ümid edirdik ki, nazirlik rəsmisi Almaz Əsgərli müəllimlərlə araşdırmada məktəb rəhbərliyinin tərəfini tutsa da sonda şagirdə kömək etmək niyyətini gizlətməmişdi. Nazirlik rəsmisi bizdən ayrılarkən əlaqə telefonu verdi və bizdə olan bəzi materalları götürdü. Obyektiv araşdırma üçün bizdə olan digər məlumatları da göndərməyimizi məsləhət bildi. Biz üzərimizə düşənləri dərhal etdik. Liseydən çıxarılması üçün planlı şəkildə payıza saxlanılan və məktəb tərəfindən hətta imtahan günü ciddi müqavimətə və təzyiqlərə tuş gələn 11-ci sinif şagirdi olan qızım ailə üzvlərimizin nəzarəti ilə keçirilən imtahanda bəlkə də heç vaxt, heç yerdə baş verməyən ilkə imza atdı. Payız imtahanından hamının gözü qarşısında kimyadan 5  qiymət almaqla bu təhsil ocağının rəhbərliyinin ”repetitorluq” mərəzinə düçar olduğunu və buradan böyük məbləğdə maddiyyatın əldə edildiyini ortaya qoydu. Keçən dərs ili bu liseydə Kamran Rəhimovun direktorluğu ilə 3-cü dərs ili olub. İnsan təhsilmizi məhv etmək üçün zamanı fövtə vermək istəmədən dərhal, özü də bütün potensialı ilə işə girişib. Liseyi özünün şəxsi biznesinə çevirib. Ən dəhşətlisi odur ki, bütün bunlar azmış kimi məktəbin direktoru bir neçə il bundan əvvəl Akademik Zərifə Əliyeva adına Liseydə özü ilə bərabər müəllim işləyən qardaşı İmran Rəhimovu da bu tədris ilində yanında işə götürüb. Bu həmin İmran Rəhimovdur ki, müəllimə və məktəbə yaraşmayan ləyaqətsiz hərəkətlərinə görə həmin vaxtlar məktəbin direktoru olmuş və hazırda Bakı Şəhəri üzrə Baş Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva tərəfindən həmin liseydən uzaqlaşdırılmışdı. Ötən dərs ilinin əvvəlindən başlanan müəllim təcavüzü qızımı “repititorluq” mərəzinin qurbanına çevirdi. Perspektivli yeniyetmə qızımı məktəb adına yaraşmayan vasitələrlə yolun başlanğıcında elə vəziyyətə gətirdilər ki, əvvəlcə məktəbdən, sonra onu müdafiə etməyən cəmiyyətdən və hətta həyatdan küsdü” – deyə Nərmin Mehtilinin valideyni Dilarə Mehtiyeva bildirib.

İmtahandan bir neçə gün sonra ünvanlarına N.Mehtilinin  liseydən xaric edilməsi ilə bağlı – 6 sentyabr tarixli 90 saylı məktub gəlib. Valideyn həmin məktubun surətini də redaksiyamıza təqdim edib. 15  sentyabrda isə ailəyə N.Mehtilinin təhsil aldığı məktəbdən xaric edilməsilə bağlı Lisey Pedaqoji Şurasının 13.09.2017-ci il tarixli, 1 saylı protokoluna əsasən lisey direkorunun imza və möhürü ilə təsdiq olunmuş 13 saylı əmri təqdim edilib. Valideynin sözlərindən belə aydın olur ki,  K.Rəhimov bundan əvvəl Ayxan Baloğlanov, Aynurə Həsənova, Həsən Həsənov, Hüseyn Quluzadə, Rəşad Məmmədov, Elvin Mikayılov, Razi Mirzəzadə, Şamil Şahbazov və bir çox şagirdləri liseydən uzaqlaşdırıb. Təhsil Nazirliyinin bir rəsmisi isə valideynə deyib ki, qızını liseyə bərpa etsələr, həyətdə böyük bir şagird növbəsi yaranacaq: “O, bizə söylədi ki, əgər siz bu məsələnin daha dərindən araşdırılmasını istəyirsinizsə, nazirliyin daxili nəzarət şöbəsinə müraciət edə bilərsiniz. Onlar daha ətraflı araşdırar və ortada olan məlumatlar ekspertizadan rəy alar, onda biz daha ciddi lazımi tədbir görərik. Sizin eyni zamanda məhkəməyə müraciət etmək hüququnuz da var. İndiki halda vəziyyət belədir: direktor şagirdi bu liseydən çıxarıb. Onu bərpa etmək üçün mənim də səlahiyyətim yetmir. Şagirdi isə dərsdən kənarda saxlamaq olmaz. Araşdırma da və məhkəmə də xeyli vaxt istəyir. Nəticəsi də bəlli deyil. Məktəbli hansısa bir məktəbdə dərsinə davam etməlidir”.

Xatırladaq ki, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məsələnin araşdırıldığını və nəticəsi haqda mətbuata açıqlama veriləcəyini bildirib.

Previous Post

Şagird imtahandan 5 aldı, dərsə buraxılmadı

Next Post

“AST Telman”ı kimin ələ verdiyi bilindi – Abbas Abbasov istintaqa cəlb ediləcək

Bənzər yazılar

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18

İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-nin "Patriot" hava hücumundan...

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub. Elchi.az  xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı...

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir. Elchi.az  xəbər verir ki, bu barədə...

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40

Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, Baş Assambleya ölkənin...

Next Post

“AST Telman”ı kimin ələ verdiyi bilindi - Abbas Abbasov istintaqa cəlb ediləcək

“AST Telman”ı kimin ələ verdiyi bilindi - Abbas Abbasov istintaqa cəlb ediləcək

Son xəbərlər

Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.