Elchi.az xəbər verir ki, Almaniyada DİTİB Memmingen Mərkəzi Məscidinin minarəsinin tikintisi üçün 7 ildir mübarizə gedir. Layihəyə əvvəlcə müsbət rəy bildirən bələdiyyə şurası üzvləri indi İsrailin Fələstində işğal cəhdindən sonra buna qarşı çıxırlar. Bələdiyyə məclisində keçirilən səsvermədə sağçı partiyalar əleyhinə səs verib.
DITB Memmingen Mərkəzi Məscidi 1976-cı ildən bəri bölgədəki minlərlə müsəlmana xidmət edir. Məscid rəhbərliyi minarənin tikintisi üçün 2023-cü ildə Bələdiyyəyə müraciət edib. Heç bir hüquqi problem olmasa da, siyasətçilər İsrailin işğal cəhdindən sonra maneələr qoydular.
Səsvermədə ifrat sağçı partiya AFD, CDU və FDP əleyhinə səs verib.
Şayəstə Hüseynova