Uşağa görə əlavəni məhdudiyyət qoyulmadan işsiz kimi qeydiyyata alınan bütün sığortaolunanlar alacaq. Bu “İşsizlikdən sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Elchi.az xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov “Xəzər Xəbər”ə mövzunu şərh edib. O bildirib ki, mövcud qanunvericiliyə əsasən, ailədə 18 yaşına çatmamış uşaq, eyni zamanda, 23 yaşına qədər əyani təhsil alan şəxs varsa, valideynlər işsiz qaldığı halda onlara sığorta ödənişi edilir. Bu şəxslərin sığorta ödənişinə əlavənin məbləği hər uşağa görə 5 faiz, lakin 20 faizdən çox olmamaq şərtilə artırılır.
Millət vəkili deyib ki, dəyişikliyə əsasən, artıq işsiz qalan valideynlərin hər birinə görə sığorta ödənişi həyata keçiriləcək. Bu da ailələrin daha çox vəsait almasına səbəb olacaq.
V.Bayramov hesab edir ki, dəyişkilik işsiz qalan vətəndaşların sosial təminatında mühüm rol oynayacaq.
Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib – FOTO
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 16-cı...





















Son şərhlər