"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Sabirabad maliyyə İdarəsinin müdiri ilə bağlı rüşvət skandalı

08 Oktyabr 2014 - 13:39
in CƏMİYYƏT
FacebookVatsap

Sabirabad maliyyə İdarəsinin müdiri ilə bağlı rüşvət skandalı

Bunu da oxuyun

ADY-də qanvermə aksiyası keçirildi

Kredit götürüb işsiz qalanlar üçün yenilik

Azərbaycanda dərslərin başlama saatı dəyişdirilə bilər

Maliyyə Nazirliyinin yerlərdə fəaliyyət göstərən idarə və şöbələrində mövcud olan problemlər haqqında müxtəlif mətbuat vasitələrində tez-tez tənqidi materiallara rast gəlirik

Sabirabad maliyyə İdarəsinin müdiri ilə bağlı rüşvət skandalı

Vətəndaşlar fəaliyyətindən narazı qaldıqları maliyyə idarələrinin vəzifəli şəxslərinin özbaşına əməlləri barədə yuxarı orqanlara şikayət edərək onların yardımına ümid bağlayırlar. Nə yalan deyək, Maliyyə Nazirliyinin rəhbərliyində təmsil olunan şəxslər xoşagəlməz işlərə şərait yaradan kadrlarla bağlı ciddi tədbirlər həyata keçirir və vətəndaşların şikayətlərinə operativ reaksiya göstərirlər.
Bildiyimiz kimi, Maliyyə Nazirliyi ölkənin maliyyə siyasətini işləyib hazırlayır, dövlət maliyyəsinin idarə olunmasını təşkil edir, dövlət və icmal büdcələrin layihələrini hazırlayır və sair. Yerli maliyyə idarələri isə mövcud qanunlardan irəli gələn tələblər əsasında aid olduqları rayonların dövlət büdcəsindən maliyyələşən idarələri təftiş edirlər. Maliyyə idarələri həmçinin büdcədən maliyyə dəstəyi alan idarə və müəssisələrin fəaliyyətini hər üç ildən bir yoxlamalıdır.
Lakin bəzi bölgələrimizdə qanunun tələblərinə düzgün şəkildə əməl edilmir. Daha dəqiq desək, bir sıra yerli maliyyə idarələrinin müdirləri vəzifələrinə laqeyd münasibət göstərərək qanun pozuntularına yol verirlər. Fəaliyyətində müxtəlif nöqsanların olduğu qurumlardan biri də Sabirabad rayon Maliyyə İdarəsidir. İdarəyə rəhbərlik edən Hüseynağa Gülüşovun şəxsi mənafeyini hər şeydən üstün tutması, o cümlədən büdcə hesabına maliyyələşən idarə və təşkilatların rəhbərlərini heç bir səbəb olmadan incitməsi haqda dəfələrlə məlumat vermişik.
Buna baxmayaraq, idarə müdiri qanunsuz işlərindən əl çəkmir ki, çəkmir. Xatırladaq ki, ötən ilin may ayında Hüseynağa Gülüşovun evinə silahlı basqın edilmişdi. Belə ki, evə daxil olan bir neçə silahlı şəxs ondan pul tələb edib. Hüseynağa Gülüşov isə onlara 1500 manat verib. Silahlı şəxslər pulu aldıqdan sonra ev sahibinə bir neçə zərbə vurub və evi tərk ediblər. Yayılan məlumatlarda isə evdən aparılan pulun 1 milyon manatdan çox olduğu bildirilirdi. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, həmin vaxt idarə rəhbəri bir neçə nəfərin üstünə şər ataraq guya onların evə basqın təşkil etdiklərini bildirib. Hüseynağa Gülüşovun şərləməsindən sonra bir neçə nəfər həbs edilib. Mənbənin sözlərinə görə, həbs olunanlardan bəziləri artıq azadlığa buraxılıb. Əldə etdiyimiz məlumatdakı maraqlı məqamlardan biri də H.Gülüşovun səlahiyyətinə aid olmayan işlərə qol qoyması ilə bağlıdır:
“Bir müddət əvvəl rayonun maliyyə idarəsinin rəhbəri ilə təhsil şöbəsinin müdiri Elman Bünyadovun arasında böyük gərginlik yaranmışdı. Buna səbəb təhsil şöbəsinə pul ayrılmasının ləngiməsi idi. Hüseynağa Gülüşov təhsil şöbəsinə pul ayrılmasının ləngiməsinə səbəb kimi xəstə uşaqların tədrisi adı altında sağlam uşaqların qeydə alınmasını göstərmişdi. O hesab edir ki, Psixoloji Tibbi Komissiyadan keçən şagirdlərə qanunsuz olaraq epikriz açılıb. Bu isə ayrılan vəsaitin təhsil şöbəsi ilə tibbi komissiya tərəfindən mənimsənilməsinə yol açır. Bundan başqa, Hüseynağa Gülüşov kənd məktəblərinin işləmədiyini əsas gətirərək sinif komplektasiyasının standarta uyğun gəlmədiyini iddia etməklə əməkhaqlarını vermirdi. Kimlərinsə söhbətə müdaxilə etməsindən sonra gərginlik bir qədər səngidi. Bununla belə, Maliyyə İdarəsinin müdiri bu gün də qeyri-qanuni işlərini davam etdirir. Sabirabadda büdcə vəsaitlərinin xərclənməsinə nəzarət demək olar ki, yox dərəcəsindədir. İdarə müdiri büdcədən maliyyələşən yerli təşkilatların müəyyən hissəsinin fəaliyyətini yoxlamır. Bunun səbəbini onun özündən yaxşı heç kim bilmir. O dövlət məmuru olmasına baxmayaraq, biznes işləri ilə məşğul olur ki, bu da qanunların pozulması ilə nəticələnir”. Verilən məlumatda həmçinin Hüseynağa Gülüşovun Sabirabadda onlarla kommersiya obyektinin olduğu və onlardan ay ərzində külli miqdarda gəlir əldə etdiyi bildirilir: “Adıçəkilən məmurun rayonun girəcəyindəki “Yaşıl bağ” restoranı öz möhtəşəmliyi ilə göz oxşayır. Rayon ərazisində ikinci belə restoran yoxdur. Restoranın bu səviyyəyə gəlib çatması üçün bəlkə də milyonlarla pul xərclənib. Dövlət məmuru olan Hüseynağa Gülüşovun “Yaşıl bağ”ı hansı vəsait hesabına tikdirməsi isə sual doğuran məsələlərdəndir. Sabirabadın ən varlı şəxslərindən sayılan idarə müdiri çox hörmətli generallardan biri ilə yaxın münasibətdədir. Məhz bu əlaqədən istifadə edən Hüseynağa Gülüşov oğlunu vəzifəyə keçirmək istəyir. Uzun müddətdir rayonun maliyyə sistemini idarə edən məmurun maddi imkanları çox yüksək səviyyədədir. Bundan istifadə edən Hüseynağa müəllim qonşu rayonlarda da biznes yaradıb. Mənim bildiyimə görə, onun Şirvanda şadlıq sarayı var. Həmin şadlıq sarayını Hüseynağa Gülüşovun yaxın münasibətdə olduğu insanın qardaşı işlədir”. Bütün deyilənləri ümumiləşdirib bu nəticəyə gəlmək olar ki, sözügedən idarə rəhbəri tutduğu vəzifəyə ancaq qazanc mənbəyi kimi baxır. Bu isə yolverilməzdir. Odur ki, maliyyə naziri hörmətli Samir Şərifov işinin öhdəsindən layiqincə gəlməyi bacarmayan Hüseynağa Gülüşovu vəzifədən xaric etməlidir. Yalnız bundan sonra Sabirabadın maliyyə sistemində dirçəliş dövrü baş verə bilər.

Previous Post

Sabirabad maliyyə İdarəsinin müdiri ilə bağlı rüşvət skandalı

Next Post

Facebook-da yenilik

Bənzər yazılar

ADY-də qanvermə aksiyası keçirildi

ADY-də qanvermə aksiyası keçirildi

15 Oktyabr 2026 - 17:15

Dəmir yolu işçilərinin peşə bayramı münasibətilə ADY-də hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə növbəti qanvermə aksiyası...

Kredit götürüb işsiz qalanlar üçün yenilik

Kredit götürüb işsiz qalanlar üçün yenilik

15 Oktyabr 2026 - 14:14

"Azərbaycan bankları müştərilərinə işsizlikdən sığorta xidmətini məcburi qaydada təqdim edəcək". Elchi.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının...

Azərbaycanda dərslərin başlama saatı dəyişdirilə bilər

Azərbaycanda dərslərin başlama saatı dəyişdirilə bilər

15 Oktyabr 2026 - 14:07

Son illərdə dünya təhsil sistemində, xüsusilə də yeniyetmələrin bioloji ritmləri və sağlamlığı nəzərə alınmaqla, dərslərin başlama saatının gecikdirilməsi müzakirə olunan...

Kartdan-karta pul köçürmələri üzrə limitlər… – AMB

Kartdan-karta pul köçürmələri üzrə limitlər… – AMB

15 Oktyabr 2026 - 13:51

Azərbaycanda kartdan-karta pul köçürmələri üzrə gündəlik əməliyyat sayına tətbiq olunan limitlər bankların özləri tərəfindən müəyyənləşdirilir. Elchi.az xəbər verir ki, bu...

Next Post

Facebook-da yenilik

İnternatda təcavüzə məruz qalan qızın acı hekayəti

Son xəbərlər

ADY-də qanvermə aksiyası keçirildi

ADY-də qanvermə aksiyası keçirildi

15 Oktyabr 2026 - 17:15
İspaniyada saxta sənədlərlə ölkəyə keçmək istəyən 40 nəfər saxlanılıb

İspaniyada saxta sənədlərlə ölkəyə keçmək istəyən 40 nəfər saxlanılıb

15 Oktyabr 2026 - 17:10
Avropa liderləri Kiyevlə Vaşinqton arasında gərginliyi azaltmaq istəyir

Avropa liderləri Kiyevlə Vaşinqton arasında gərginliyi azaltmaq istəyir

15 Oktyabr 2026 - 16:58
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15 Oktyabr 2026 - 16:50
BMT AQEM-in rolunu indi əvvəlkindən daha vacib hesab edir

BMT AQEM-in rolunu indi əvvəlkindən daha vacib hesab edir

15 Oktyabr 2026 - 16:42
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub

DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub

15 Oktyabr 2026 - 16:36
Din xadiminə sui-qəsd hazırlamaqda təqsirləndirilənlərə hökm oxunub

Din xadiminə sui-qəsd hazırlamaqda təqsirləndirilənlərə hökm oxunub

15 Oktyabr 2026 - 16:30
Prezident İlham Əliyev Hakan Fidanı qəbul edib

Prezident İlham Əliyev Hakan Fidanı qəbul edib

15 Oktyabr 2026 - 16:22
AQEM-in 7-ci Zirvə Görüşü başa çatıb

AQEM-in 7-ci Zirvə Görüşü başa çatıb

15 Oktyabr 2026 - 16:20
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb

Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb

15 Oktyabr 2026 - 16:17
AQEM-in Baş katibi dəyişib

AQEM-in Baş katibi dəyişib

15 Oktyabr 2026 - 16:17
AQEM-in VII Zirvə toplantısının yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunub

AQEM-in VII Zirvə toplantısının yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunub

15 Oktyabr 2026 - 16:09
Azərbaycanla Qazaxıstan arasında imzalanmış sənədlər mübadilə edilib

Azərbaycanla Qazaxıstan arasında imzalanmış sənədlər mübadilə edilib

15 Oktyabr 2026 - 16:04
Mask Zelenskini İSTEFAYA ÇAĞIRDI

Mask Zelenskini İSTEFAYA ÇAĞIRDI

15 Oktyabr 2026 - 16:00
Pezeşkian sabah Ermənistana səfər edəcək

Pezeşkian sabah Ermənistana səfər edəcək

15 Oktyabr 2026 - 15:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.