Mən seçildiyim rayonda içməli su problem mövcud idi. İki il əvvəl məsələ qaldırıldı və qısa müddətdə Neftçalanın su problem həll edildi. Hazırda kəndlərin içməli su problem həll olunur.
Elchi.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı millət vəkili Sabir Rüstəmxanlı deyib.
O əlavə edib ki, hazırda yeni bənd çəkilir və bu, ərazinin torpaqlarının şoranlaşmasının qarşısını alacaq.
“Seçildiyim rayonda bir sıra başqa istiqamətdə də işlər aparılır. Mən bu işlərin dayanmamasını istərdim. Qaz problemi də var. Xahiş edirəm ki, bu məsələyə də diqqət ayrılsın. Xahiş öz yerində, mən fürsətdən istifadə edərək baş nazirə və digər nazirlərə təşəkkür edirəm”, – Sabiq Rüstəmxanlı deyib.
Pezeşkian ABŞ-nin Yaxın Şərq siyasətinin İslam ölkələrini yaxınlaşdırdığını bildirib
İran hökuməti ABŞ-nin Yaxın Şərqdə apardığı siyasətin İslam ölkələrini yaxınlaşdırdığına inanır. Elchi.az IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran...





















Son şərhlər