"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Ombudsmanın “A” statusu bərpa edilir

09 Dekabr 2022 - 12:43
in CƏMİYYƏT
FacebookVatsap

“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya qanununda dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Elchi.az xəbər verir ki, sənəd layihəsinin qeyd hissəsində göstərilir ki, təqdim olunan layihə insan hüquq və azadlıqları sahəsində Azərbaycan Respublikasının dövlət siyasətinin məqsəd və prinsiplərinə xidmət etməklə, Müvəkkilin bu sahədə fəaliyyətinin təkmilləşdirilməsinə və effektivliyinin artırılmasına, beynəlxalq hüquqi sənədlərin implementasiyasına, beynəlxalq təşkilatların tövsiyyələrinin icra edilməsinə və müsbət beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə, bununla da həm ölkəmizin həm də təsisatın beynəlxalq nüfuzunun artırılmasına töhfə vermək məqsədi daşıyır.
Qanun layihəsinin hazırlanmasını zəruri edən əsas şərtlərdən biri BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının dəstəklədiyi Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansı (GANHRI) tərəfindən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının statusunun “A”dan “B”yə endirilməsi olub.
“A” statusu Milli İnsan Hüquqları Təsisatlarına (o cümlədən Ombudsman təsisatlarına) Avropa Şurası, Avropa İttifaqı, ATƏT kimi beynəlxalq təşkilatlarda, BMT-nin İnsan Hüquqları Şurasında və müqavilə qurumlarında, eləcə də digər beynəlxalq və regional mexanizmlərdə xüsusi iştirakçı hüququ və söz hüququ verməklə yanaşı, bu statusdan irəli gələn digər üstünlükləri qazandırır. BMT, eləcə də digər beynəlxalq və regional təşkilatların Baş Assambleya orqanları “A” statuslu Milli İnsan Hüquqları Təsisatlarına onların işlərində iştirakına imkan yaradır ki, bu da öz növbəsində dövlət maraqları baxımından mühüm əhəmiyyət kəsb edir.
“A” statusunun yenidən əldə olunması yuxarıda qeyd olunanlarla yanaşı, ölkəmizin BMT-nin İnsan Hüquqları Şurasının aidiyyəti sessiyalarına yazılı və şifahi bəyanatlar təqdim etmək hüququnu bərpa edəcəkdir ki, bu da post-müharibə dövründə dövlət maraqları baxımından olduqca əhəmiyyət kəsb edir.
Qanun layihəsində təklif edilən bir qrup dəyişikliklər isə ölkədə aparılan islahatlar nəticəsində Azərbaycan Respublikasında dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılması və dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin edilməsi məqsədi ilə hazırlanb. Bu islahatlar hazırda da davam etdirilməkdədir. Konstitusiya Qanununun göstərilən subyektlərə münasibətdə tətbiqi baxımından yarana biləcək məhdudiyyətlərin qarşısının alınması, bununla da Müvəkkilin insan hüquq və azadlıqlarının müdafiəsi üzrə fəaliyyətinin təmin edilməsi üçün Konstitusiya Qanununun 1.1-ci maddəsində müvafiq dəqiqləşmə aparılmış, eləcə də digər maddələr üzrə fəaliyyət istiqamətləri konkretləşdirilib.
Qeyd olunanlarla yanaşı, dövlər qurumlarının təklifləri də nəzərə alınmaqla Konstitusiya Qanunun 1-ci, 5-ci, 8-ci, 12-ci, 13-cü.5-ci maddələri üzrə subyektlərin dairəsi dəqiq müəyyənləşdirilmişdir ki, bu da fəaliyyətin effektivliyinə xidmət edəcəkdir. Azərbaycan Respublikasının 2008-ci il 2 oktyabr tarixində qoşulduğu “Əlillərin hüquqları haqqında” Konvensiyasının 33.2-ci maddəsində iştirakçı dövlətlər tərəfindən hüquqi və inzibati quruluşlarına müvafiq olaraq bu Konvensiyanın həyata keçirilməsinin təşviqi, müdafiəsi və monitorinqi üçün müstəqil mexanizmlərdən ibarət strukturun dəstəklənməsi, möhkəmləndirlməsi, təyin və ya təsis edilməsi nəzərdə tutulub.
Ölkəmizdə Konvensiyanın həyata keçirilməsinin təşviqi, müdafiəsi və monitorinqi üçün müstəqil mexanizm funksiyalarının Ombudsman tərəfindən həyata keçirilməsi dövlət səviyyəsində də məqsədəmüvafiq hesab edilmiş və razılaşdırılmışdır. Hökumətin təqdim etdiyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan dövlət hesabatlarında da Müvəkkil “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”nın həyata keçirilməsinin təşviqi, müdafiəsi və monitorinqi üzrə müstəqil mexanizm olaraq təqdim olunub.
Qeyd olunanlarla yanaşı, uşaq hüquqları sahəsində preventiv tədbirlərin həyata keçirilməsi, bu hüquqların təşviqi, müdafiəsi və təmini vəziyyətinin monitorinqi, eləcə də pozulmuş hüquqların bərpası sahəsində Ombudsmanın fəaliyyətinin effektivliyinin artırılması məqsədilə (BMT-nin Uşaq Hüquqları Komitəsinin və digər beynəlxalq təşkilatların tövsiyələri də nəzərə alınmaqla) zəruri mexanizmin təşkili üçün Konstitusiya Qanununa yeni müddaların əlavə edilməsi zərurəti yaranıb.
Qeyd olunanları və xarici ölkələrin bu sahədə təcrübəsini nəzərə alaraq, Konstitusiya Qanununa “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”nın, “Uşaq hüquqları haqqında Konvensiya”nın həyata keçirilməsinin, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının təşviqi və monitorinqi üzrə müstəqil mexanizm funksiyalarının tətbiqini nəzərdə tutan digər müddalar da təklif edilir.
Qanun layihəsində Konstitusiya Qanununa 13-2 və 13-3-cü maddələri əlavə edilməsi təklifi bu istiqamətlər üzrə dövlət siyasətinin səmərəli təşkili, BMT çərçivəsində qoyulan tələblərin icrası və Ombudsmanın “A” statusunun bərpası məqsədi ilə irəli sürülüb.
Konstitusiya Qanununun 16-cı maddəsi Müvəkkilinin sosial, maliyyə və digər təminatlarını nəzərdə tutur. Beynəlxalq təcrübə də nəzərə alınmaqla 16-cı maddəyə təklif edilən dəyişikliklər Konstitusiya Qanununa dövri dəyişikliklərin edilməsi zərurətini aradan qaldırmaqla, bu sahədə yaranan münasibətlərin günün tələblərinə uyğun tənzimlənməsinə imkan verir.
Digər dəyişikliklə qanuna yeni bənd (16.6-1) əlavə olunur. Yeni bəndə əsasən, Müvəkkil 5 illik vəzifə maaşı məbləğində icbari sığorta ediləcək.
Dəyişiklik layihəsi müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib.

Bunu da oxuyun

Bəzi yerlərdə şimşək çaxıb, leysan olub – FAKTİKİ HAVA

FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – VİDEO

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

Previous Post

Ombudsmanın “A” statusu bərpa edilir

Next Post

İran Ermənistana niyə raketlər bağışlayır? – Patrik Uolş

Bənzər yazılar

Bəzi yerlərdə şimşək çaxıb, leysan olub – FAKTİKİ HAVA

Bəzi yerlərdə şimşək çaxıb, leysan olub – FAKTİKİ HAVA

30 Sentyabr 2026 - 10:02

Sentyabrın 30-u saat 9:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti yağıntılı...

FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – VİDEO

FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – VİDEO

30 Sentyabr 2026 - 09:49

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşlarının sağlamlıq vəziyyəti daim diqqətdə saxlanılır. Bu barədə Elchi.az-a FHN-nin mətbuat xidmətindən məlumat...

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

29 Sentyabr 2026 - 20:16

Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Bu barədə...

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

29 Sentyabr 2026 - 16:44

Ev şəraitində hazırlanan konserv məhsullarının təhlükəsizliyi xammalın düzgün seçilməsi, sanitariya-gigiyena qaydalarına və texnoloji tələblərə əməl olunması, kifayət qədər istilik emalı...

Next Post
İran Ermənistana niyə raketlər bağışlayır? – Patrik Uolş

İran Ermənistana niyə raketlər bağışlayır? – Patrik Uolş

İran Ermənistana niyə raketlər bağışlayır? – Patrik Uolş

İran Ermənistana niyə raketlər bağışlayır? – Patrik Uolş

Son xəbərlər

Bu ay 87 mln. manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Bu ay 87 mln. manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

30 Sentyabr 2026 - 11:38
Milli Məclisin payız sessiyası çərçivəsində ilk iclası başlayıb

Milli Məclisin payız sessiyası çərçivəsində ilk iclası başlayıb

30 Sentyabr 2026 - 11:04
Merz, Vadeful və Lavrov arasındakı danışıqları şərh etdi

Merz, Vadeful və Lavrov arasındakı danışıqları şərh etdi

30 Sentyabr 2026 - 10:44
Yaponiyada 6,0 bal gücündə zəlzələ

Yaponiyada 6,0 bal gücündə zəlzələ

30 Sentyabr 2026 - 10:36
Dünyanın 40%-i təhlükəli ozon çirklənməsinə məruz qalır

Dünyanın 40%-i təhlükəli ozon çirklənməsinə məruz qalır

30 Sentyabr 2026 - 10:25
Qətərin Baş naziri Əl Sani: Netanyahu müharibə cinayətkarıdır

Qətərin Baş naziri Əl Sani: Netanyahu müharibə cinayətkarıdır

30 Sentyabr 2026 - 10:17
Yeni süni intellekt qalmaqalı: Bioloji silahların necə hazırlanacağını izah edib

Yeni süni intellekt qalmaqalı: Bioloji silahların necə hazırlanacağını izah edib

30 Sentyabr 2026 - 10:08
Bəzi yerlərdə şimşək çaxıb, leysan olub – FAKTİKİ HAVA

Bəzi yerlərdə şimşək çaxıb, leysan olub – FAKTİKİ HAVA

30 Sentyabr 2026 - 10:02
İlham Əliyev İsveçin Kralına təbrik məktubu ünvanladı

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

30 Sentyabr 2026 - 09:53
FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – VİDEO

FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – VİDEO

30 Sentyabr 2026 - 09:49
Prezident İlham Əliyev ötənilki dövlət büdcəsini təsdiqlədi

Prezident “ADEX 2026”nın iştirakçılarına müraciət ünvanlayıb

30 Sentyabr 2026 - 09:41
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş keçirilib

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş keçirilib

30 Sentyabr 2026 - 09:34
Sabah Zaqatalanın bəzi ərazilərində qaz kəsiləcək

Nəsimi rayonunun bir sıra küçələrində qaz təchizatı dayandırılacaq

30 Sentyabr 2026 - 09:25
Qlobal fond bazarlarında eniş davam edib

Qlobal fond bazarlarında eniş davam edib

30 Sentyabr 2026 - 09:12
30 sentyabr – Beynəlxalq Tərcüməçilər günüdür

30 sentyabr – Beynəlxalq Tərcüməçilər günüdür

30 Sentyabr 2026 - 00:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.