"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Sabiq nazirdən Bakıya ərəb axını ilə bağlı ilginc iddia

06 Yanvar 2017 - 09:27
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

 Sabiq nazirdən Bakıya ərəb axını ilə bağlı ilginc iddiaFikrət Yusifov: “Bunların bizə xeyri lazım deyil, ziyanlarını istəmirik”

 
Sabiq maliyyə naziri Fikrət Yusifov sosial şəbəkədəki şəxsi səhifəsində ərəblərin Bakıya axın etmələrindən narahatlığını ifadə edən fikirlər paylaşıb. O bildirib ki, yaxın bir dostu Yeni ilə bir neçə gün qalmış Dubaydan Bakıya dönərkən təyyarədə sərnişinlərin 80%-dən çoxunun ərəblər olduğunun şahidi olub: “Həmin ərəblər Yeni ili Azərbaycanda qarşılamağa gəlirlərmiş. Bir tərəfdən bu çox yaxşı haldır. Hər birimiz postneft dövründə ölkəmizdə turizmin sürətli inkişafını istəyirik. Ancaq nədənsə, bu ərəblərin Azərbaycana axını artdıqca mənim içimdə narahatlıq da böyüyür. Çünkı bunlar olan yerdə sabitlik olmur. Bütün bunların kökündə isə onların təbiət etibarılə cahil olmaları dayanır. Bir baxın ərəb dünyasına, görün bu gün orada nələr baş verir? Düşünürəm onları məsafədə saxlasaq daha yaxşı olar…”
Doğrudan da, turist kimi Bakıya gələn ərəblərin sayında bu ilin yay aylarından etibarən artım müşahidə olunur. Bunu rəsmi rəqəmlərdən də görmək olur. Belə ki, Mədəniyyət və Turizm Nazirliyinin  yaydığı məlumatda qeyd edilir ki, Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) ölkəmizə gələn turistlərin sayında 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ilin birinci yarım ili ərzində 10 086 nəfər olmaqla, 19 dəfə, Bəhreyndən gələn qonaqların sayında 2016-cı ilin birinci yarım ili ərzində 422 nəfər olmaqla, 13 dəfə artım qeydə alınıb. Bununla yanaşı, ərəb ölkələri arasında ən yüksək artım tempi İraqda qeydə alınıb. Ötən ilin ilk altı ayı ərzində 11 028 nəfər İraq vətəndaşı ölkəmizə səfər edib ki, bu da əvvəlki ilin yanvar- iyun aylarındakı göstəricilərdən (376 nəfər) 30 dəfə çoxdur. 2016-cı ilin birinci yarım ili ərzində ərəb ölkələrindən Azərbaycana səfər edən xarici vətəndaşların sayı ümumilikdə 25 min nəfər təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə (3158 nəfər) təxminən 22 min nəfər (8 dəfə) çoxdur.
 
Bəs Fikrət Yusifovu konkret olaraq narahat edən məsələ nədir?
“Yeni Müsavat”a Fikrət Yusifov fikrini daha geniş formada aşağıdakı kimi əsaslandırıb: “Onların iqtisadi baxımdan faydaları var, bu, öz yerində. Ancaq məsələ burasındadır bizim harada zəmanətimiz var ki, səhəri gün İŞİD-ə aid olan insanlar bu ərəblərin arasında ölkəyə daxil olub, hər hansı bir təxribat törətməyəcəklər. Bu qaydada ərəblər artıq Avropaya da axın edirlər və terrorların araşdırılmasında bəlli oldu ki, terrorçular ərəb axınının içərisinə qoşulub gəliblər. Ərəb dedikdə mən təkcə Səudiyyə Ərəbistanını nəzərdə tutmuram. 20 ərəb dövləti var və mən də bütövlükdə bu cəbhəni nəzərdə tuturam. Camaatı qəfəsə salıb yandırmaq, başını kəsib videoya çəkib, sonra da onu internet vasitəsilə yaymaq nə İslamda var, nə də qeyri bir dində. Belə götürəndə bunların heç bizə xeyri də lazım deyil, ziyanlarını da istəmirik. Ərəblərin çoxalması istər-istəməz adamın içində narahatlıq yaradır. Sosial şəbəkələrdə bu məsələ ilə bağlı təkcə mən deyil, onlarla oxşar fikir bildirənlər var. Çünki hər kəsdə eyni hissləri yaradırlar. Bu gün guya sakit gəliblər və hər hansı bir iğtişaş hadisəsi törətmirlər. Ancaq şəhərin ortasında elə hərəkətlər edirlər ki, onu heç ifadə etməli deyil. Bu şəhərdə çox biabırçı işlərlə məşğuldurlar. Narahatlığımın əsas səbəbi ondan ibarətdir ki, bu gün dünyada baş verən terrorun mərkəzində bunlar dayanıblar. Dubaydan gələn ərəblərin hamısı oralı deyil. Orada hava limanı olduğu üçün bütün ərəb ölkələrindən Dubaya gəlib, oradan da Azərbaycana yollanırlar. Bu insanlar mahiyyət, təbiət etibarı ilə sakit deyillər”.
Ərəblərin ölkə üçün nə qədər təhlükəli olub-olmaması ilə bağlı təhlükəsizlik üzrə ekspert Arzu Nağıyevin də fikirlərini aldıq. A. Nağıyev “Yeni Müsavat”a bildirdi ki, hər hansı bir kontingentin artmasının sonu yaxşı olmur: “Misal üçün, vaxtilə belə bir kontingentin çinlilərlə bağlı olması demək olar ki, bütün dövlətlərin ərazisində ”Çayna-taun”ların yəni Çin mini şəhərlərinin yaradılmasına gətirib çıxardı. Onlar da öz qanunları ilə idarə olunan icmalara çevrildilər. Məhz ərəb dövlətlərindən bura turistlərin gəlməsi düşünürəm ki, bu gün Ərəbistanda baş verən hadisələrlə, “Ərəb baharı” ilə uzlaşsa, bu, böyük problemlərin yaranmasına səbəb ola bilər. Məhz buna görə də gələn turistləri kimliyindən asılı olmayaraq xüsusi xidmət, hüquq-mühafizə orqanları, cavabdeh turist təşkilatları hərtərəfli yoxlamalıdırlar. Onların nə məqsədlə gəlmələri və digər bu kimi arqumentlər də xüsusi olaraq nəzarətdə saxlanmalıdır. Gələcəkdə ərəb dövlətindən gələn şəxslərin hər hansı bir təhlükə yaratması məsələsini də hesab edirəm ki, o qədər də qabartmaq da düzgün deyil. Lakin təkcə ərəb dövlətləri deyil, ümumiyyətlə, Azərbaycana gələn axından, kütlədən onun dinindən və millətindən asılı olmayaraq hər tərəfli qorunmalı, ehtiyatlı davranılmalıdır. Hətta müəyyən məqamlarda onların özlərinin də təhlükəsizliyi təmin edilməlidir. Məlumdur ki, ərəb dövlətlərindən gələnlərin arasında dini inanc baxımından da müxtəlif fikirliləri var. Bunlar da nəzərə alınmalıdır”.
Previous Post

Sabiq nazirdən Bakıya ərəb axını ilə bağlı ilginc iddia

Next Post

Kerri böyük siyasətdən gedir

Bənzər yazılar

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

07 Oktyabr 2026 - 21:26

Ötən həftə Hörmüz boğazından keçən tankerlərə edilən hücumların sayı İranla müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb. Elchi.az  "Reuters" agentliyinə...

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22

  Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var. Elchi.az  "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət...

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

07 Oktyabr 2026 - 20:18

Britaniya kral ailəsinin həkim-terapevti Hanna Terri Böyük Britaniyanın şərqindəki Norfolk qraflığında yerləşən Sandrinqem malikanəsinin kənarındakı evində ölü tapılıb. Elchi.az "The...

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

07 Oktyabr 2026 - 20:12

Bu ilin sentyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) "Google" axtarış sisteminin bazar payı 97,35 % təşkil...

Next Post

Kerri böyük siyasətdən gedir

Kerri böyük siyasətdən gedir

Son xəbərlər

Paytaxtın üç rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

Paytaxtın üç rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

08 Oktyabr 2026 - 09:13
İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

07 Oktyabr 2026 - 21:30
Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

07 Oktyabr 2026 - 21:26
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22
Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

07 Oktyabr 2026 - 20:18
“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

07 Oktyabr 2026 - 20:12
DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

07 Oktyabr 2026 - 19:28
AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

07 Oktyabr 2026 - 19:20
Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

07 Oktyabr 2026 - 19:12
Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

07 Oktyabr 2026 - 18:56
Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

07 Oktyabr 2026 - 18:47
BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

07 Oktyabr 2026 - 18:33
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

07 Oktyabr 2026 - 18:25
Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

07 Oktyabr 2026 - 18:16
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

07 Oktyabr 2026 - 17:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.