Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacaq.
Azərbaycan ərazisində qeyi-sabit hava şəraiti davam edəcək, bəzi yerlərdə leysan olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, avqustun 25-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22˚, gündüz 24-28˚, Bakıda gecə 20-22˚, gündüz 25-27˚ isti olacaq.
Azərbaycanın rayonlarında avqustun 25-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan olacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə aran rayonlarında 18-23˚, gündüz 25-30˚, dağlarda gecə 8-13˚, gündüz 14-19˚ isti olacaq.