Sabah Şuşada nazirlərin toplantısı olacaq

Sabah Azərbaycanın Şuşa şəhərində TÜRKSOY-a üzv dövlətlərin mədəniyyət nazirlərinin iclası keçiriləcək. Elchi.az xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının mədəniyyət naziri Fikri Ataoğlu oktyabrın 12-də Bakıda jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, toplantıda iştirak edəcək. Xatırladaq ki, iclasa TÜRKSOY-a üzv dövlətlərin mədəniyyət nazirləri və başqa rəsmi şəxslər qatılacaqlar.