Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin qardaşı David Saakaşvili maraqlı açıqlama verib. David Mixailin Ukrayna Ali Radasının deputatı Yelizaveta Yaskodan qızı olduğunu təsdiqləyib.
Elchi.az bu barədə Smotrim.ru-ya istinadən xəbər verir.
David Saakaşvili qeyd edib:
“Bəli, bu Mixailin uşağıdır. Qızdır, təxminən altı ay əvvəl doğulub. Mən onu görmüşəm. Mixail uşağı görməyib”.
Bundan əvvəl Yelizaveta Yasko öz səhifəsində ana olduğunu açıqlayıb və uşağın atasının Saakaşvili olduğuna eyham vurmuşdu.
Xatırladaq ki, Gürcüstanın eks-prezidenti 2021-ci ilin oktyabrından Gürcüstan həbsxanasındadır.
Yeganə