Saakaşvili təcili əməliyyat OLUNMALIDIR

34

Saakaşvili təcili əməliyyat olunmalıdır.

Elchi.az xəbər verir ki, bu barədə “Georgia News” məlumat yayıb.

“Amerikalı cərrah deyir ki, Saakaşvilinin təcili əməliyyata ehtiyacı var, əks halda hərəkət etmək qabiliyyətini itirəcək.

Həkim qeyd edib ki, müayinə zamanı Saakaşvilinin şiddətli ağrıları olub, başını döndərə, sol çiynini hərəkət etdirə bilmir, ayaq üstə durmaqda çətinlik çəkirdi.

O, civənin oynaqların zədələnməsinə səbəb ola biləcəyini qeyd edib. Omba və çiyin oynaqlarının inkişaf edən artritinin zəhərli təsirə bağlı ola biləcəyini etiraf edib”, – deyə nəşr yazıb.(konkret.az)