Çindəki ekspertlər avqustun 5-6-da Səudiyyə Ərəbistanında Ukrayna ilə bağlı danışıqların nəticəsini qiymətləndirib və bəyan ediblər ki, Ciddə görüşü Rusiya Federasiyasının iştirakı ilə sammitə gətirib çıxara bilər. Elchi.az xəbər verir ki, bu barədə “People’s Daily” məlumat yayıb.
Pekin Dil və Mədəniyyət Universitetinin Yaxın Şərq Kollecinin dosenti Vanq Quanqyuan, “Keçmişi və gələcəyi birləşdirən keçid hadisəsi olan Ciddə görüşü Rusiyanın iştirak edə biləcəyi növbəti sülh konfransına yol açır” – deyə qeyd edib.
Zhejiang Beynəlxalq Araşdırmalar Universitetinin Aralıq dənizi Araşdırmaları İnstitutunun tədqiqatçısı Li Xingang vurğulayıb ki, Səudiyyə Ərəbistanında keçiriləcək danışıqlar böhranı həll etmək üçün daha böyük beynəlxalq sülhməramlı qüvvələrin yaradılmasına təkan verəcək.
Bundan əvvəl Çin Xarici İşlər Nazirliyi Ciddədə Ukrayna münaqişəsinin nizamlanması üzrə davam edən məsləhətləşmələri beynəlxalq konsensusun möhkəmlənməsinə kömək kimi şərh edib. Qeyd edək ki, Çin diplomatik departamenti Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huinin Ukrayna münaqişəsinin bir çox tərəfləri ilə əlaqə saxladığını bildirib.
ABŞ Rusiyanın taxıl müqaviləsi ilə bağlı məsələlərini həll edəcəyinə zəmanət verib.
Havar Şəfiyeva