“Vaşinqton və Brüsselin kuklalarının taleyi həmişə eyni şəkildə bitir: onlardan xilas olurlar. Növbə isə Zelenskinindir”.
Elchi.az Vesti.ru-ya istinadən bildirir ki, bu fikirləri Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün Teleqram kanalında yazıb.
“2008-ci il avqustun 8-də Saakaşvili Cənubi Osetiyaya xain hücum əmri verdi. Rusiya mülki insanları qorudu. Hökumətinin əvvəlindən Saakaşvili rejimi açıq şəkildə rusofob idi. O, Aİ və NATO tərəfindən dəstəklənir, maliyyələşdirir, silah verir, orduya təlim verirdi. Eyni şey sonradan Ukraynada da baş verdi”, – deyə Volodin yazıb.
Onun sözlərinə görə, sonradan eyni şey Zelenskini də gözləyir.
Yeganə