Almaniyada sərt qış və mənzillərin soyuq olacağı ilə bağlı proqnozlar özünü doğrultmadı.
Elchi.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.
“Bir neçə dəhşət ssenarisini xatırlayıram: kütləvi etirazlarla müşayiət olunan sərt qış, evdə soyuq və Almaniyada donmuş insanlar, ağlasığmaz ölçülərdə iqtisadi böhran. Yaxşı xəbər budur ki, bunların heç biri baş vermədi”, – Şolts bildirib.
Kansler qeyd edib ki, Almaniya Nazirlər Kabineti qazın və elektrik enerjisinin yüksək qiymətləri səbəbindən vətəndaşlara və biznesə dəstək olmaq üçün 300 milyard avro ayıracaq.
Türkiyədən İsrailə xəbərdarlıq: Bütün dünyaya təsir edəcək!
Rəfahda mümkün hərbi əməliyyat bütün dünyaya təsirini göstərəcək. Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü...