Suraxanı rayonunda 132 saylı marşrutda aktiv koronavirus xəstəsi, 1972-ci il təvəllüdlü Həmid Bayramov saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayon polis idarəsi əməkdaşları aktiv koronavirus xəstəsinin müalicə təyin olunan ünvana yerləşdirilməsini təmin ediblər.
H.Bayramov barəsində cinayət qanunvericiliyinə uyğun olaraq prosessual tədbirlər davam etdirilir.