"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Sərksiyanın ölümü Sərkisyan rejimini böhrana soxdu – düşmən ölkə çalxalanır

18 Mart 2017 - 09:12
in XƏBƏR LENTİ
FacebookVatsap

Sərksiyanın ölümü Sərkisyan rejimini böhrana soxdu - düşmən ölkə çalxalanır
Məhbusun türmədə ölməsi Ermənistanı qarışdırdı; 2 aprel yaxınlaşdıqca işğalçı ölkədə siyasi ehtiraslar artır, atəş səsləri eşidilməyə başlayıb; hərbi müxalifət iqtidarı silahlı çevrilişlə hədələdi; Kremlin dəstəyi Ermənistan prezidentini xilas edəcəkmi? Azərbaycan üçün unikal şans pəncərəsi açılır…

İşğalçı Ermənistanda hakim qüvvəyə qarşı yeni və daha sərt etiraz dalğası başlayıb. Bu dəfə motiv siyasi məhbus sayılan 49 yaşlı Artur Sərkisyanın qəfildən həbsxana ölməsi olub. Baş vermiş olaydan dərhal sonra paytaxt İrəvanda sakinlər Azadlıq meydanına toplaşmağa başlayıb.

Bunu da oxuyun

Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

Türkiyənin iki vilayətində meşə yanğınları baş verib

Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb

Daha sonra etirazçılar mərkəzi Maştots prospektində yolu bağlayıblar və Ədliyyə Nazirliyinə doğru yürüş təşkil ediblər. Etirazçılar güclü yağış altında İrəvanın mərkəzi küçələrindən keçiblər. Hakimiyyət əleyhinə kəskin şüarlar səsləndiriblər. Qəzet çapa gedərkən Ermənistanda, paytaxt İrəvanda vəziyyət mürəkkəb olaraq qalırdı.

Ermənistanda ötən ilin yayında İrəvan Polis İdarəsinin binasını zəbt edən silahlı dəstənin üzvlərini öz şəxsi avtomobili vasitəsi ilə qida məhsulları və dərmanla təmin edən və cinayətkarlarla əlaqədə ittiham olunan Artur Sərkisyan “Sasna Tsrer” hadisələrinə görə də təqsirli bilinirdi. Özünə qarşı ittihamları əsassız sayan müxalifətçi etiraz aksiyası kimi həbsxanada aclıq aksiyası keçirirdi. Məlumata görə, onun halı qəfildən pisləşib. Xəstəxanaya aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Artur Sərksiyanın məhz parlament seçkiləri ərəfəsi ölməsi isə ölkədə siyasi ehtirasları ikiqat kəskinləşdirib. İqtidara qarşı ictimai-siyasi narazılığı daha da gücləndirib. Hakim partiya əleyhinə rəqiblərin əlinə yaxşı kontur-arqument verib. Faktiki surətdə hakim rejimi seçkiöncəsi böhrana soxub, seçki saxtakarlığına hazırlaşan hakimiyyətin manevr imkanlarını bir az da daraldıb.

Bu arada hərbi müxalifət iqtidarı hədələyən bəyanatla çıxış edib. Musavat.com-un məlumatına görə, bu barədə “Jamanak” qəzeti yazıb. “Əgər Ohanyan-Raffi-Oskanyan bloku parlamentə düşməsə, Samvel Babayan (”Sasna Tsrer”in fəalı, Qarabağdakı qondarma rejimin keçmiş “müdafiə naziri” – red.) seçkisonrası geniş miqyaslı etirazlara, hətta silahlı üsyan qaldıracaq. Mahiyyət etibarilə “Sasna Tsrer” -2-yə cəhd ediləcək. Özü də təkcə İrəvanda yox, həm də Ermənistanın başqa bölgələrində. Dövlət müəssisələrinin zəbt edilməsi bu inamla həyata keçiriləcək ki, polis və digər güc strukturlarının dəstələri eyni vaxtda bir neçə etiraz ocağına nəzarəti təmin edə bilməyəcək”, – deyə nəşr vurğulayıb.

Qeyd edək ki, həbsxanada dünyasını dəyişən Artur Sərkisyan da daxildəki Rusiya əleyhinə hərbi-siyasi düşərgənin təmsilçisi idi. Onları bəzən qərbyönlü qüvvələr də adlandırırlar. Bu qüvvələr Ermənistanın Rusiya vassallığından çıxmasının tərəfdarıdır. Lakin yekcins də deyillər, aralarında silahlı terrorla mübarizə tərəfdarları, Qarabağ məsələsində ən radikal mövqe tutanlar da var, sabiq prezident Levon Ter-Petrosyan kimi mötədillər də.

Yeri gəlmişkən, keçən ilin yayındakı hadisələr vaxtı silahlı qiyamçıları bir çox yerli siyasi partiyalar, media qurumları və ekspert dairələri ilə yanaşı, Rusiyanın Ermənistandakı səfirliyi də müdafiə eləmiş, hakimiyyəti onlara qarşı sərt tədbirlər görməkdən çəkinməyə çağırmışdı. Belə qənaət hasil olur ki, Sərkisyan rejiminə qarşı müqavimətdə, hətta silahlı çevrilişə əslində ABŞ (Qərb) də maraqlı ola bilər. Bu xüsusda seçkisonrası Ermənistanda bu ölkəyə təsir uğrunda Rusiya-ABŞ gizli rəqabətin ən pik həddə çatacağı gözlənləndir.

***

Bir sıra siyasi analitiklər də 2 aprel parlament seçkisində Ermənistanda aranın qarışacağını real sayırlar. O sırada politoloq Elxan Şahinoğluna görə, Serj Sərkisyana qarşı bəzi qrupların hətta silahlı müqavimət göstərməsi də mümkündür. “Ona görə ki, Ermənistanda seçkinin saxtalaşdırılması və inzibati resurslardan istifadə imkanları böyükdür. Ötən ilin yayında İrəvanda silahlı qrup polis məntəqəsini ələ keçirərək, qanun keşikçilərini girov götürmüşdü, ölən və yaralanan oldu. Ermənistanda əllərdə başqa silahlar da var. Misal üçün, seçkiqabağı mitinqlərin birində keçmiş müdafiə naziri Seyran Ohanyana atəş açdılarsa, seçkidən sonra başqa silah səslərinin eşidilməsi ehtimalı da yüksəkdir”, – deyə ekspert qeyd edib.

Bəs, Kremlin dəstəyi Moskvadan təzəcə qayıdan və məmnun kimi görünən Sərkisyanı xilas edə biləcəkmi? Əsas sual da budur. Məsələnin başqa bir önəmli tərəfi isə əlbəttə ki, Qarabağla bağlı Azərbaycan üçün açıla biləcək şans pəncərəsı ilə bağlıdır. Çünki Ermənistanda daxili qarışıqlıq, hətta silahlı qarşıdurma işğal altındakı torpaqların daha böyük qisminin azad edilməsi üçün unikal fürsət yaradır.

Təsadüfi deyil ki, Sərksiyanın aprel ərəfəsi Moskvaya səfər etməsinin bir hədəfinin də Rusiyanın əli ilə Azərbaycanı “sakit oturmağa” vadar etmək olduğu deyilir. Yəni atəşkəsin pozulmayacağına zəmanət məsələsi. Belə bir zəmanət də Moskva səfəri zamanı Ermənistan prezidentinə verilibmi?

Cavabı bilmək üçün çox gözləmək lazım gəlməyəcək.

Previous Post

Sərksiyanın ölümü Sərkisyan rejimini böhrana soxdu – düşmən ölkə çalxalanır

Next Post

Bu günə olan hava proqnozu

Bənzər yazılar

Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

29 Avqust 2026 - 00:04

Azərbaycanın 6 idmançısı bu gün Bakıda start götürən çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib. Bu barədə Elchi.az...

Türkiyənin iki vilayətində meşə yanğınları baş verib

Türkiyənin iki vilayətində meşə yanğınları baş verib

29 Avqust 2026 - 00:01

Türkiyənin Muğla və Balıkesir vilayətlərində meşəlik ərazilərdə yanğınlar baş verib. Elchi.az xəbər verir ki, bu barədə "Anadolu Ajansı" məlumat yayıb....

Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb

Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb

28 Avqust 2026 - 23:58

ABŞ Prezidenti Donald Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb. Elchi.az  xəbər verir ki, bu barədə o Hyustonda (Texas...

Əraqçi: İran mehriban qonşuluq münasibətləri istəyir

Əraqçi: İran mehriban qonşuluq münasibətləri istəyir

28 Avqust 2026 - 23:10

İran qonşu ölkələr və Yaxın Şərq respublikaları ilə yaxşı münasibətlər istəyir və Misirlə heç bir ixtilafın olmadığını bildirir. Elchi.az  "Tasnim"ə...

Next Post

Bu günə olan hava proqnozu

Bu günə olan hava proqnozu

Son xəbərlər

“Yuventus”un yarımmüdafiəçisi “Beşiktaş”da

“Yuventus”un yarımmüdafiəçisi “Beşiktaş”da

29 Avqust 2026 - 13:08
Sabah leysan yağacaq, şimşək çaxacaq

Sabah leysan yağacaq, şimşək çaxacaq

29 Avqust 2026 - 12:37
Nikol Paşinyandan yeni təyinat

Nikol Paşinyandan yeni təyinat

29 Avqust 2026 - 12:08
Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb – Faktiki hava

Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb – Faktiki hava

29 Avqust 2026 - 11:50
Nepalda daşqın fəlakətinin ilkin maliyyə ziyanı açıqlandı

Nepalda daşqın fəlakətinin ilkin maliyyə ziyanı açıqlandı

29 Avqust 2026 - 11:40
Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olunub

Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olunub

29 Avqust 2026 - 11:30
Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb

Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb

29 Avqust 2026 - 11:11
Antalyada güclü yanğın: 20-dən çox gəmi külə döndü

Antalyada güclü yanğın: 20-dən çox gəmi külə döndü

29 Avqust 2026 - 10:54
FHN-in qurumları arasında cüdo çempionatına yekun vuruldu – FOTO

FHN-in qurumları arasında cüdo çempionatına yekun vuruldu – FOTO

29 Avqust 2026 - 10:35
BDYPİ sürücülərə xəbərdarlıq edib

BDYPİ sürücülərə xəbərdarlıq edib

29 Avqust 2026 - 10:21
“Bitcoin”in qiyməti 78 min dollardan aşağı enib

“Bitcoin”in qiyməti 78 min dollardan aşağı enib

29 Avqust 2026 - 10:00
Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

29 Avqust 2026 - 00:04
Türkiyənin iki vilayətində meşə yanğınları baş verib

Türkiyənin iki vilayətində meşə yanğınları baş verib

29 Avqust 2026 - 00:01
Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb

Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb

28 Avqust 2026 - 23:58
Əraqçi: İran mehriban qonşuluq münasibətləri istəyir

Əraqçi: İran mehriban qonşuluq münasibətləri istəyir

28 Avqust 2026 - 23:10
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.