"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home FLƏŞ

“Sərkisyan Qarabağla ətrafındakı rayonları dəyişmək istəyir, Bakı isə…”

07 Avqust 2014 - 21:10
in FLƏŞ
FacebookVatsap

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində 31 iyul tarixində publika.az1407419196sark-4sbaşlayan şiddətli döyüşlərdən sonra hər kəsin diqqəti prezidentlərin Soçi görüşünə yönəlib. Moskvanın təşəbbüsü ilə keçiriləcək görüşlə bağlı gözləntilər də birmənalı deyil.

Bunu da oxuyun

iPhone 15 ABŞ satışlarında iPhone 14-ə qalib gələ bilmədi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

 

Publika.az-ın verdiyi xəbərə görə, Rusiyanın vestikavkaza.ru saytında gedən “Rusiya Qarabağı sakitləşdirir” başlıqlı yazıda da Soçi görüşü və ümumilikdə Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyətə toxunulub.

Həmin yazını ixtisarla təqdim edirik.

 

Müharibə kimə sərf edir?

 

Rusiya Ukrayna böhranı ilə bağlı çətin vəziyyətə baxmayaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində təşəbbüsü özünə qaytarır. Hamıya çoxdan aydındır ki, yalnız Rusiyanın diplomatik potensialı münaqişəni yekun razılaşma ilə nəticələndirə bilər. ATƏT-in Minsk Qrupunun həmsədri Fransanın cəhdi, yəni Azərbaycan və Ermənistan prezidentlərinin sammitini təşkil etmək istəyi müvəffəqiyyətlə nəticələnmədi. Başqa cür də ola bilməzdi. Görüntü xatirinə danışıqlar Azərbaycana çoxdan lazım deyil, Ermənistana isə status-kvonun saxlanılması hava kimi lazımdır.

 

Rusiya diplomatiyası üçün “ikinci cəbhə” avqustun 8-9-da Soçidə açılacaq. Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirib ki, bu tarixlərdə Rusiya prezidentinin Azərbaycan və erməni həmkarları ilə ayrı-ayrılıqda görüşləri təyin edilib. Prezidentlərin iştirakı ilə birgə görüşün keçəriləcəyi isə dəqiq deyil.

 

Regionda gərginliyin pozulması iyul ayının sonu – avqust ayının əvvəllərinə təsadüf etdi. Hər iki tərəfdən onlarla hərbçi həlak oldu. Bu 20 illik atəşkəs dövründə ilk böyük itki idi. Mətbuatda isə fitnəkar bəyanatların sayı hədsiz dərəcədə artmağa başladı. Bu bəyanatların mahiyyəti isə münaqişəni daha da alışdırır və sülh danışıqları üçün qapıları bağlayırdı.

 

Amma burada maraqlı sual yaranır. Ukraynada, İraqda, Liviyada, Suriyada, İsraildə və Fələstində müharibənin olduğu bir vaxtda Qarabağda müharibə kimə lazımdır? Rusiyanın ən cənub sərhədlərində, Moskvanın strateji müttəfiqi və strateji partnyoru arasında müharibəni alovlandırmaq kimə sərf edir?

 

Danışıqlar stolunda sülh razılaşmasının konturlar çoxdan var

 

Danışıqlar stolunda münaqişənin üzünmüddətli və hərtərəfli həllinə gətirib çıxara bilən konturlar var. Diplomatlara yeni nəsə ixtira etmək laqzım deyil. ATƏT-in Minsk Qrupunun diplomat-vasitəçiləri hərəkət proqramına artıq öz dövlət başçılarının dəstəyini də təmin ediblər. Və bundan sonra planın icrasına başlamaq olardı. İlk addımlardan biri odur ki, Ermənistan Dağlıq Qarabağ ətrafında işğal edilmiş Azərbaycan rayonlarını azad edir, Azərbaycan və Türkiyə tərəfindən kommunikasiyalar bərpa olunur və Ermənistan blokadadan çıxarılır və regionda genişmiqyaslı iqtisadi əməkdaşlığın təməli qoyulur. Daha sonra isə azad edilən rayonlara, həmçinin Qarabağa qaçqınlar qayıdırlar. Yekunda isə referendum perspektivi açılır və hər iki icma regionun gələcək statusunu müəyyən edir.

 

Ermənistandan ilk addımı gözləyirlər: heç olmasa işğal edilmiş iki rayonun azad edilməsinə razılaşmaq. Bundan sonra isə regional ziddiyyətlərin yumağı tədricən açılmağa başlayacaq. Yerevan isə Dağlıq Qarabağın müstəqilliyinin tanınmasını tələb edir. Başqa sözlə, Ermənistan Qarabağın statusu ilə ətrafındakı rayonları dəyişmək istəyirlər. Öz növbəsində, Bakıda isə belə bir güzəşt anlayışı tamamilə yoxdur.

 

Serj Sərkisyana hər tərəfdən böyük təzyiq var: Paris, Vaşinqton və Moskva ondan aydın və birmənalı cavab gözləyirlər. Hansı ki Yerevanda bunu sadəcə tələffüz edə bilmirlər. Aydındır ki, Ermənistan indiki halda Qarabağ üçün müstəqillik statusunu ucuza almamağa, eyni zamanda, sərhədləri açmağa və təhlükəsizlik zəmanəti almağa çalışır.

 

Ermənistan əhalisinin qırılmasının qarşısının alınması necə mümkündür?

 

Azərbaycana indiki şəraitdə müharibə lazım deyil. Amma heç də ona görə yox ki, orada “sülh göyərçinləri” daha çoxdur. Bakı da daha praqmatikdir və həqiqətən də əmindir ki, münaqişəni sülh danışıqları ilə həll etmək olar. Sülh planı tamamilə səmərəlidir və Azərbaycan tərəfinin ədalət barədə təsəvvürlərinə uyğundur. Yerevandakı indiki hakimiyyət status-kvonu saxlamaq istəyir. Ermənstan Dağlıq Qarabağ ətrafındakı rayonları bufer zona kimi saxlamağa və bu torpaqların “davakar azərbaycanlılara” ötürülməsinin qeyri-mümkünlüyünü “təkzibedilməz sübutlar”la göstərməyə çalışır. Serj Sərkisyan yalnız belə hansısa vaxta istənilən status-kvonu, eyni zamanda, hakimiyyətini saxlaya biləcək. Əks təqdirdə, Manvel Yeqiazaryan (erməni terror təşkilatı “Arabo”nun komandiri)  və onun “silahdaşları” artıq bu gün “qorxaq və bacarıqsız insanlardan siyasi səhnədən çəkilməyi xahiş etməyə” hazırdır.

 

Öz partnyorları olan Fransa və ABŞ-dan fərqli olaraq, Rusiya böhran vəziyyətində yenidən öz qabiliyyətini nümayiş etdirdi. Ancaq Moskvada ATƏT-in Minsk Qrupunun verdiyi suallara Serj Sərkisyandan anlaşılan cavab gözləyir. Rusiya üçün son dərəcə əhəmiyyətlidir ki, Avrasiya İttifaqına üzv olacaq müttəfiqi münaqişənin ağır yükü və kip bağlanmış sərhədlərlə yüklənməsin. Əks təqdirdə, yaxınlaşma və inteqrasiya barədə deyilənlər pafosdan başqa bir şey olmayacaq. Ermənistanın iqtisadiyyatının, demək olar ki, yarısı Rusiya biznesidir. Vladimir Putinə Serj Sərkisyanı yenidən inandırmalıdır ki, yalnız Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə Türkiyə və Azərbaycanla sərhədlərin açılışı, erməni zavodları və fabriklərin nəfəs alması, ölkə əhalisinin işlə təmin olunması, demoqrafik faciənin qarşısının alınması və Ermənistan əhalisinin qırılmasının qarşısının alınması mümkündür.

 

Ömər Dağlı

Previous Post

“Sərkisyan Qarabağla ətrafındakı rayonları dəyişmək istəyir, Bakı isə…”

Next Post

Tovuzda əsir düşən erməni diversant öldü

Bənzər yazılar

iPhone 15 ABŞ satışlarında iPhone 14-ə qalib gələ bilmədi

iPhone 15 ABŞ satışlarında iPhone 14-ə qalib gələ bilmədi

02 May 2024 - 14:56

Consumer Intelligence Research Partners analitik şirkəti 2024-cü ilin birinci rübündə - yanvarın 1-dən martın 31-dək iPhone satışlarına yekun vurub. Siyahıya...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

15 Aprel 2024 - 15:53

Dünya şöhrətli Sidney keşişi Mar Mari Emmanuel canlı moizə zamanı bıçaqla hücuma məruz qalıb. Elchi.az xəbər verir ki, dünya şöhrətli Sidney...

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

01 Aprel 2024 - 17:16

Rusiyada sürət qatarı sərnişin avtobusu ilə toqquşub. Elchi.az xəbər verir ki, hadisə Yaroslavl vilayətində baş verib. Yaroslavl vilayətinin Berendeyevo şəhərində...

Next Post

Tovuzda əsir düşən erməni diversant öldü

Tovuzda əsir düşən erməni diversant öldü

Son xəbərlər

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33
İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32
Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08
İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55
Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

04 Oktyabr 2026 - 12:52
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39
Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

04 Oktyabr 2026 - 12:33
SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

04 Oktyabr 2026 - 11:13
Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11
Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

04 Oktyabr 2026 - 11:10
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08
4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00
Filosof İoanna Kuçuradi vəfat edib

Filosof İoanna Kuçuradi vəfat edib

03 Oktyabr 2026 - 23:00
İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

03 Oktyabr 2026 - 21:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.