"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Sərdar Cəlaloğlu İsa Qəmbər və Əli Kərimlinin tənqid etdi

29 Avqust 2015 - 10:12
in XƏBƏR LENTİ
FacebookVatsap

Sərdar Cəlaloğlu İsa Qəmbər və Əli Kərimlinin tənqid etdi

Bunu da oxuyun

Qızıl və gümüş ucuzlaşdı

Şimali Kiprdə üç günlük matəm elan edilib

Gəncə şəhərində yanğın baş verib

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Trend-ə müsahibə verib.

– Sərdar bəy, parlament seçkilərində iştirak edəcək namizədlərinizin ilkin siyahısını artıq ictimaiyyətə açıqlamısınız. Hazırda partiya seçkilərlə bağlı hansı işləri həyata keçirir?

– İşlər davam etdirilir, partiyamız seçkilərə hazırlaşır. Sentyabrın birinci ongünlüyündə partiyanın Məclisini çağıracağıq. Məclisdə ümumi siyahımızı təsdiqləyəcəyik, seçki ilə bağlı proqram qəbul edəcəyik və seçkilərdə iştirak edəcəyik.

– Seçkilərə uzun müddət əməkdaşlıq etdiyiniz Ümid Partiyası ilə ayrı-ayrılıqda getmək qərarı verdiniz. İndi Ümid Partiyası ilə münasibətləriniz hansı səviyyədə qalır?

– Heç bir münasibətimiz yoxdur. Onlar 125-lər layihəsində seçkiyə gedirlər, biz ayrılıqda seçkiyə gedirik. İndi seçkilərdə həm də artıq rəqibik. Ona görə də heç bir əməkdaşlığımız yoxdur.

– Seçkilərdən sonra Ümid Partiyası ilə hansısa formada əməkdaşlıq etməyi düşünürsünüz?

– Hələlik bu barədə ideya yoxdur, gələcəkdə baxarıq.

– İki partiyanın yollarını ayırmasına nə səbəb oldu?

– Bizim Ümid Partiyası ilə yaratdığımız koalisiya məqsədlərinə çatıb. O zaman koalisiya yaratmaqda məqsədimiz Ümid Partiyasının təklənməsinin qarşısını almaq idi. İndi artıq Ümid Partiyasında belə bir problem yoxdur. Ümid Partiyası özü də son seçkilərdə nümayiş etdirdi ki, başqa qüvvələrlə də əməkdaşlıq edə bilər, istənilən layihəni həyata keçirə bilər. Ona görə də düşünürəm ki, artıq əməkdaşlığımızın limiti tükənib. Yəni, əməkdaşlığımız üçün elə böyük bir zərurət yoxdur.

– Ümid Partiyası ilə ayrıldıqdan sonra hansısa partiya əməkdaşlıq üçün sizə müraciət edib?

– Elə bir təklif gəlməyib, heç buna zərurət də yoxdur. Çünki faktiki olaraq seçkidə kimin necə iştirak etməsi ilə bağlı konkret ideyalar yoxdur. İdeyalar meydana çıxdıqdan sonra digər partiyalarla əməkdaşlıq məsələsinə baxarıq.

– Son zamanlar AXCP-də baş verən parçalanma proseslərini necə izah edərdiniz?

– Bu, Azərbaycan müxalifətinin yanlış siyasətinin nəticəsidir. Uzun müddət üzvlərini intriqalara, həmrəyliyin əleyhinə tərbiyə edən partiyaların hamısında indi üzvlər özləri de-inteqrasiya olur, intriqalara cəlb olunurlar. Bu baxımdan bu, AXCP-nin üzvlərinə hazırladığı siyasi nəticədir ki, indi qarşısına çıxır.

– AXCP-dən narazı olan bir çox üzv yaranmış vəziyyətdə partiya sədri Əli Kərimlini günahlandırır.

– Əli Kərimli Azərbaycan xalq hərəkatına gələndən onun haqqında birmənalı fikir olmayıb. Sadəcə olaraq, AXCP ilə əməkdaşlıq naminə zaman-zaman onun şəxsi qüsurlarını heç kim qabartmayıb. Amma faktiki olaraq hələ 88-ci ildən Əli Kərimli çox qüsurlu şəxsiyyəti ilə bu proseslərdə iştirak edib. Elçibəy hakimiyyətinin parçalanmasına da o səbəb olub. Ondan sonrakı dövrdə də Elçibəyin müavini kimi ona qarşı mübarizə aparıb, işlərini pozub. Sonrakı dövrlərdə Azərbaycan müxalifətinin bir araya gəlməsinə əngəl olub. Yəni bu adam separatist, müxalifət birliyinin əleyhinə olan destruktiv bir qüvvədir. Biz əvvəllər bunu deyəndə deyirdilər ki, başqa partiyaya qarşı qərəzlilik edirsiniz. Bu gün onun yanında olan ikinci nəsil müavinləri belə eyni iddianı edir. Əli Kərimlinin birinci nəsil müavinləri, yəni əvvəldən hərəkatda olanlar onun yanından getdi. Sonra Əli Kərimli yeni bir komanda yaratdı. Bu komanda da eyni iddialarla çıxış edib onun yanından uzaqlaşır. Bu da onu göstərir ki, bizim onun haqqında dediklərimizin hamısı doğrudur, obyektivdir, reallıqlara uyğundur.

– Sərdar bəy, Müsavat Partiyasında da son qurultaydan sonra parçalanma prosesləri başladı. Bunun səbəbini nədə görürsünüz?

– Harada demokratiya boğulursa, orada antidemokratiya meydana çıxır. Bu gün Müsavat üzvlərinin atdığı addımlar demokratik addımlar deyil. Çünki seçkilər ərəfəsində Müsavatın qurultayını şübhə altına almaq, məsələni Ədliyyə Nazirliyində qaldırmaq partiyanı seçkidən kənarda qoya bilər. Əgər belə bir iradları var idisə, qurultaydan dərhal sonra məhkəmədə bu məsələni həll edə bilərdilər. Amma bunu etmədilər. İndi Ədliyyə Nazirliyi qurultayın araşdırılması ilə bağlı qərar verərsə, Müsavat Partiyasının bu seçkilərdə iştirakı qeyri-mümkün olacaq. Əslinə baxanda, bir nailiyyətsizlik sindromu var və bu sindroma görə, hamı hamını ittiham edir, hamı hamını agent görür, yanlış yolda olduğunu deyir. Amma bunun səbəbi odur ki, aparılan siyasi mübarizənin bir səbəbi yoxdur, ona görə də təşkilatlar daxilində parçalanma baş verir. Amma mənə elə gəlir ki, İsa Qəmbərin Müsavat başqanlığından getməsi bütün bu proseslərin başlıca səbəbidir. Bir məşhur söz var, deyir ki: “Döngələrdə atları dəyişməzlər”. Yəni indiki bu qaçaqaçda İsa Qəmbərin guya bir demokratiya oyunu oynaması, Müsavatın rəhbərliyindən getməsi bütünlükdə Müsavat Partiyasını dağıtdı və bununla da Azərbaycan müxalifətini zəiflətdi.

– Parlament seçkiləri ərəfəsində ümumi müxalifətin durumunu necə dəyərləndirirsiniz?

– Qənaətbəxş deyil. Müxalifətin ümumi aktivliyi zəifdir. Həm də müxalifət seçkilərdən əvvəl apardığı siyasəti davam etdirir. Yəni bir məşhur ərəb misalı var: “Bir şeydə ərəblər birləşiblər ki, heç bir şeydə birləşməsinlər”. Azərbaycan müxalifəti də bir şeydə həmrəydir ki, heç vaxt həmrəy olmasınlar.

 

Previous Post

Sərdar Cəlaloğlu İsa Qəmbər və Əli Kərimlinin tənqid etdi

Next Post

“Qohum məmurların başıpozuqluğu davam edəcək…” – “Siyasi, iqtisadi, hüquqi islahatlar aparılmalıdır”

Bənzər yazılar

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Qızıl və gümüş ucuzlaşdı

31 Avqust 2026 - 09:37

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. Elchi.az xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.25% azalaraq 4.473...

Şimali Kiprdə üç günlük matəm elan edilib

Şimali Kiprdə üç günlük matəm elan edilib

30 Avqust 2026 - 23:57

Girnə-Taşucu reysini həyata keçirən sərnişin gəmisinin Girnə sahillərində qəzaya uğrması və insan itkisinə səbəb olmasına görə Şimali Kiprdə üç günlük...

Gəncə şəhərində yanğın baş verib

Gəncə şəhərində yanğın baş verib

30 Avqust 2026 - 23:54

Gəncə şəhəri, Bağmanlar küçəsində yanğın qeydə alınıb. Bu barədə Elchi.az - a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Məlumatla əlaqədar...

Bakıda, Abşeronda və bölgələrdə küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

Bakıda, Abşeronda və bölgələrdə küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

30 Avqust 2026 - 19:54

Milli Hidrometeorologiya Xidməti avqustun 31-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı...

Next Post

“Qohum məmurların başıpozuqluğu davam edəcək…” - "Siyasi, iqtisadi, hüquqi islahatlar aparılmalıdır"

“Qohum məmurların başıpozuqluğu davam edəcək…” - "Siyasi, iqtisadi, hüquqi islahatlar aparılmalıdır"

Son xəbərlər

Azad edilmiş ərazilərdə ötən ay 481 mina, 1621 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb

31 Avqust 2026 - 12:28
Üç şüar və bir köhnə refleks: Bakı – Moskva münasibətləri yeni sınaqda

Üç şüar və bir köhnə refleks: Bakı – Moskva münasibətləri yeni sınaqda

31 Avqust 2026 - 12:20
“Qarabağ” Dani Boltla yollarını ayırdı

“Qarabağ” Dani Boltla yollarını ayırdı

31 Avqust 2026 - 12:12
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

31 Avqust 2026 - 12:09
Sabirabadda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı

Sabirabadda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı

31 Avqust 2026 - 11:55
İlham Əliyev İsveçin Kralına təbrik məktubu ünvanladı

Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib

31 Avqust 2026 - 11:47
Trampdan Tehrana sərt xəbərdarlıq: “Bir saatdan az vaxta körpülərini dağıda bilərəm”

Tramp: “İran nüvə silahına sahib olmayacaq”

31 Avqust 2026 - 11:43
Bazar günü Bakıya yağış yağacaq – XƏBƏRDARLIQ

Sentyabrda aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq – PROQNOZ

31 Avqust 2026 - 11:31
NİİM valideynlərə müraciət edib

DYP yağışlı havada sürət həddi ilə bağlı müraciət edib

31 Avqust 2026 - 11:23
İlham Əliyev İsveçin Kralına təbrik məktubu ünvanladı

Azərbaycan lideri Trinidad və Tobaqo Prezidentini təbrik edib

31 Avqust 2026 - 11:17
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 794-ə çatıb

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 794-ə çatıb

31 Avqust 2026 - 11:14
İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti ilə təkbətək görüşü keçirilir

Prezident İlham Əliyev Malayziya Kralını təbrik edib

31 Avqust 2026 - 11:10
Prezident İlham Əliyev Sadır Japarovu təbrik edib

Prezident İlham Əliyev Sadır Japarovu təbrik edib

31 Avqust 2026 - 11:06
Sumqayıtda sexdə yanğın oldu – VİDEO

FHN: Ötən həftə 751 yanğına çıxış olub, 43 nəfər xilas edilib – VİDEO

31 Avqust 2026 - 11:00
İran ABŞ PUA-sını vurduğunu açıqladı

İran ABŞ PUA-sını vurduğunu açıqladı

31 Avqust 2026 - 10:51
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.