1991-1994-cü illərdəTərtər -Ağdərə -Goranboy rayonları istiqamətində aparılan döyüş əməliyyatları zamanı xüsusi xidmətləri olan “N” saylı hərbi hissənin yaranma günü ilə əlaqədar bölgədə səfərdə olan tanınmış QHT fəalları, yaxınlıqdakı kənd qəbristanlığında dəfn edilmiş Xocalı şəhidi, ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Füzuli Salah oğlu Rüstəmovun məzarını ziyarət etdilər.İxlas,fatihə surələri oxundu.
“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri Şamil Sabiroğlu, “Qürur” Şəhid Ailələri Xeyriyyə ictimai birliyinin sədri, Şəhid Milli Qəhrəmanımız Səfiyar Behbudovun bacısı Naibə Behbudova,Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, II dərəcəli müharibə əlili Hacı Ədalət Məhərrəmov, “Sosial Rifah və Tədqiqatlar” ictimai birliyinin sədri Əkrəm Bəydəmirli, “Bakunews.az”İnternet Televiziyasının redaktoru Vüsalə Rüfət, 20 Yanvar Cəmiyyətinin sədr müavini, ehtiyatda olan sərhədçi Mustafa Qaramanlı,”Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin şöbə müdiri Dilbər Sultanova,”N”saylı hərbi hissənin zabiti Vüqar Əhmədov və başqları Vətənimizin azadlığı,ərazi bütövlüyünün bərpası naminə əziz canlarından keçən oğulları unutmağa, kimsənin haqqının olmadığını qeyd etdilər.Füzuli Rüstəmovun bacısı, Xocalı şəhər 2 saylı məcburi köçkün tam orta məktəbinin direktoru Fiqurə xanım Rüstəmova yeganə qardaşının xatirəsini əziz tutan hər bir kəsə təşəkkürünü bildirdi.
Şəhid Milli Qəhrəman F.Rüstəmovun məzarı önünə tər gül dəstələri düzüldü.
Şamilə Şamilqızı,
“Ana harayı” qəzeti