Şəhid bulağına quraşdırılan sayğacla bağlı rəsmi açıqlama- “Bizlik deyil”

181
SHARES
317
VIEWS

>

Mingəçevir İcra Hakimiyyəti şəhid Şaiq Mustafayevin adını daşıyan bulağa sayğac quraşdırılmasına aydınlıq gətirib.

Bunu da oxuyun

Rayon icra hakimiyyətinin başçısının müavini, İctimai-Siyasi və Hümanitar Məsələlər Şöbəsinin müdiri Hikmət Kərimov AzNews.az-a açıqlamasında bildirib ki, şəhidin adını daşıyan bulağa sayğacın quraşdırılması “Azərsu” ASC-nin səlahiyyətlərinə aiddir:

“Bu məsələ rayon icra kimiyyətinin finksiyasına daxil deyil. Məsul şəxs biz yox, “Azərsu”dur.”

 Mingəçevirdə şəhidin adını daşıyan bulaqdan ya su gəlmir, ya da sayğac quraşdırılıb. ARB TV xəbər verir ki, məhəllə sakinlərinin təşəbbüsü ilə çəkilən şəhid Şaiq Mustafayevin xatirəsinə çəkilən bulağa isə 6 ay əvvəl sayğac quraşdırılıb. Şəhidin həyat yoldaşı Arzu Mustafayeva deyir ki, bulaqdan daim suyun gəlməsi üçün hər ay 5 manat ödəyir: “Mingəçevir şəhərində yaşayıb, suya yaxın olduğumuz üçün qəribə gəlir ki, sayğac quraşdırılıb. Əlacsızlıqdan buna da şükür edirik. Çünki yoldaşımın adınadır”.

Bundan başqa isə Mingəçevirin mərkəzində ümumilikdə 6-dan çox şəhid bulağının suyu kəsilib.

Bənzər yazılar

Next Post

Son xəbərlər