"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Səfirliyimizə atılan raketin Ramiz Mehdiyevlə nə əlaqəsi?

20 Noyabr 2025 - 13:26
in MANŞET
FacebookVatsap

Kremlə yaxın media gərginliyi artırmaq mövqeyi tutub və bu məqsədlə PA-nın sabiq rəhbərinin adını hallandırır
Rusiya qoşunlarının Kiyevə növbəti zərbələri nəticəsində Azərbaycan səfirliyinin binasına da zərər dəyməsi Bakı və Moskva arasında gərginlik yaradıb. Hadisədən sonra Azərbaycan Rusiyanın səfiri Mixail Yevdokimova nota verib. Kremlə yaxın Rusiya mediası isə bu hadisəni Azərbaycana yeni hücum fürsəti bilib.

Bunu da oxuyun

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Nyu-Yorkda uşaqlar üçün romantik süni intellekt botları məhdudlaşdırıldı

NATO-da Ukrayna gündəmi: London və Berlin hərəkətə keçir

Məsələn, “Moskovskiy komsomelts” Azərbaycanın səfirlik səviyyəsində Rusiyaya etirazına nədənsə barəsində ev dustaqlığı qərarı verilmiş Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevi yada salmaqla “cavab verib”.

Məqalədə bildirilir ki, iki ölkə lideri arasında Düşənbədəki danışıqlardan sonra Bakı Rusiyaya qarşı mövqe alıb. “Düşənbə görüşündən az sonra Azərbaycanda siyasi sensasiya yaranıb. Əsrin dörddə birindən artıq Prezident Administrasiyasının rəhbəri vəzifəsində çalışmış Ramiz Mehdiyev dövlət çevrilişi təşkil etməyə cəhddə ittiham olunub. 87 yaşlı siyasi ağsaqqalın Kremlin maraqları naminə Bakıda hakimiyyəti ələ keçirməyi planlaşdırdığı iddia edilir”. Nəşr Azərbaycanda Ramiz Mehdiyev xəyanətinin Rusiya tərəfindən ifşa edildiyi haqda rəyləri də yada salıb.

Bundan əvvəl də “Kommersant” qəzetində erməni jurnalist Lusine Balasyanın imzası ilə dərc edilən məqalədə Mehdiyev “Bakının boz kardinalı” adlandırılırdı. Qəzet onu uzun illər Azərbaycan siyasətində mühüm rol oynamış, dövlət ideologiyasının formalaşmasında iştirak etmiş “nüfuzlu siyasi fiqur” kimi təqdim edib. “Kommersant” yazırdı ki, Mehdiyevə qarşı irəli sürülən əsas ittihamlardan biri “dövlətə xəyanət” maddəsidir və bu, “Rusiya xeyrinə fəaliyyət” kontekstində izah olunur.

Rusiya mediasının bir hissəsi Mehdiyevlə bağlı hadisəni “Bakı ilə Moskva arasında münasibətlərdəki gərginliyin təzahürü” kimi qiymətləndirirdi. Bu məqalələrdə açıq-aşkar Mehdiyev ittiham olunan şəxs yox, “sabiq nüfuzlu dövlət xadimi” kimi göstərilirdi. Kiyevdəki səfirliklə bağlı hadisə gərginlik yaradan kimi Ramiz Mehdiyevin yenidən yada düşməsi diqqət çəkir.

ƏHD Partiyasının baş katibi, politoloq Niyaməddin Orduxanlı “Yeni Müsavat”da məsələyə bu cür şərh verdi: “Rusiyanın daxilində müəyyən qüvvələr var ki, hər zaman istəyir və çalışır ki, Moskva-Bakı münasibətləri gərgin olsun. İstintaqın obyektiv araşdırmasından sonra dəqiq biləcəyik ki, bu məsələdə kimlərin iştirakı və ya hansı ölkənin rolu olub. Mətbuatda gedən mülahizələr, fikirlər, ittihamlar tam həqiqəti əks etdirə bilməz. Özü də nəzərə alsaq ki, ən ağır ittihamlardan, vətənə xəyanət, dövlət çevrilişi və s. – dən söhbət gedir. Bunu, dediyim kimi, ancaq istintaq orqanı müəyyənləşdirməlidir. İstintaqın yekununu gözləyək”.

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Rusiyanın bu addımlarının bumeranq effekti verəcəyini düşünür: “Rusiyanın Kiyevə noyabrın 14-də endirdiyi hava zərbələri zamanı Azərbaycanın bu şəhərdə yerləşən Ukraynadakı səfirliyinin də hədəf alınması növbəti təxribatıdır. Bundan öncə də səfirliyi hücuma məruz qalmış, dağıntılar törədilib. Moskva bir müddət əvvəl SOCAR-ın Odessa vilayətində olan yanacaq bazası və Azərbaycan qazını Ukraynaya nəql edən stansiya hücumlarına məruz qaldı. Rusiyanın bu dəfəki səfirliyi dağıtması həm də beynəlxalq hüquq normalarına sayğısızlığının bir daha dünyaya nümayişi oldu. “Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası”na görə, diplomatik nümayəndəliklər, səfirliklər toxunulmazdır və onlar hər hansı bir təsirə məruz qala bilməzlər. Odur ki, BMT baş katibi və Belçikanın xarici işlər naziri də Moskvanın bu addımına etirazını bildirdi. Rəsmi Bakı haqlı olaraq Rusiyaya etiraz notasını verməklə, səfirliyə raket hücumunu qəbuledilməz adlandırdı. Lakin Moskva törətdiyi beynəlxalq cinayətə görə üzr istəmək əvəzinə öz ənənəsinə sadiq qalaraq Azərbaycana qarşı çirkin təbliğat kampaniyasına start verdi, ağılasığmaz iddialar səsləndirdi, məsuliyyətdən qaçmağa çalışdı. Rusiyanın Kremlə bağlı media qurumları və sifarişlər icra edən politoloqları vahid mərkəzdən düşmənçilik mövqelərini, nifrət və qərəzlərini açıq şəkildə ortaya qoydular. Bu dəfə aparılan çirkin kampaniya zamanı Prezident Administrasiyasının sabiq rəhbəri, ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin adının hallandırılması, onun “nüfuzlu siyasi fiqur” kimi təqdim edilməsi məkrli niyyətlərdən xəbər verir. Görünür, bu hələ başlanğıcdır. Onun yenidən Rusiya tərəfindən gündəmə gətirilməsi təsadüfi deyil. Növbəti mərhələdə Ramiz Mehdiyevdən Kreml öz məqsədləri üçün istifadə edə bilər.

“Boz kardinal”ın Rusiyanın tapşırıqlarını icra etməsi, nökəri olması hər kəsə məlumdur. Rusiya Azərbaycanla yenidən gərginlik fazasına keçməyi üstün tutursa, bu, Moskva üçün böyük səhv və itki ola bilər. Kremlin məqsədləri aydındır. Təzyiqlə, güc, hədə və şantaj dilində danışmaqla Azərbaycanı haqlı və ədalətli mövqeyindən çəkindirməkdir. Ukrayna ilə əlaqələrinə mane olmaqdır, həmçinin Bakının Moskvanın ənənəvi nüfuz zonaları hesab etdiyi Cənubi Qafqazda və Mərkəzi Asiyada təsirini artırması və möhkəmləndirməsidir. Kremldəkilər bir həqiqəti anlamaq istəmirlər ki, Azərbaycanla dostluq münasibətlərindən daha çox faydalana bilərlər. Eyni zamanda Azərbaycan güclü dövlət olduğundan hansısa “nüfuzlu siyasi fiqur”dan istifadə etməklə nəyəsə nail ola bilməzlər. Həmin “fiqurlar” və onun çevrəsi zamanında ifşa olunub tam zərərsizləşdirilməkdədir. Rusiyanın Azərbaycandakı “5-ci kolon”u son dövrlər ciddi surətdə zəiflədilib. Kremlin zamanında daxili faktorlardan bəhrələnmək planları demək olar ki, iflasa uğradılıb. Azərbaycanın Ukrayna ilə enerji əməkdaşlığını, diplomatik nümayəndəliyini, mədəniyyət bağlarını hədəf seçməklə Kreml istəyinə çata bilməyəcək. Bu addımlar bumeranq effekti verərək Rusiyanın əleyhinə işləyəcək”.

Previous Post

Tramp yeni Sülh Planını təsdiqləyib

Next Post

Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi

Bənzər yazılar

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

29 Oktyabr 2026 - 20:21

Yasamal rayonunda yerləşən orta məktəbdə "Real Təhlil və İnformasiya Mərkəzi"nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı cinayət işi başlanılıb....

Nyu-Yorkda uşaqlar üçün romantik süni intellekt botları məhdudlaşdırıldı

Nyu-Yorkda uşaqlar üçün romantik süni intellekt botları məhdudlaşdırıldı

29 Oktyabr 2026 - 16:46

Nyu-Yorkda uşaqlarla dostluq və romantik münasibətləri imitasiya edən çat-botların istifadəsi məhdudlaşdırılıb. Elchi.az xəbər verir ki, bu barədə ştat qubernatorunun saytında...

NATO-da Ukrayna gündəmi: London və Berlin hərəkətə keçir

NATO-da Ukrayna gündəmi: London və Berlin hərəkətə keçir

29 Oktyabr 2026 - 15:16

Böyük Britaniya və Almaniya noyabrın 17-də NATO-nun mənzil-qərargahında Ukraynaya hərbi yardım üzrə təmas qrupunun iclasını keçirəcək. Elchi.az xəbər verir ki,...

“Biz təbii müttəfiqik, eyni millətik”-Qüdrət Həsənquliyev

“Biz təbii müttəfiqik, eyni millətik”-Qüdrət Həsənquliyev

29 Oktyabr 2026 - 13:17

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Next Post
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi

Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi

Hadrut qəsəbəsinə növbəti köç karvanı yola salındı

Hadrut qəsəbəsinə növbəti köç karvanı yola salındı

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

29 Oktyabr 2026 - 23:40
“Google”un ana şirkəti bir sutka ərzində rekord həcmdə — 477 milyard dollar itirib

“Google”un ana şirkəti bir sutka ərzində rekord həcmdə — 477 milyard dollar itirib

29 Oktyabr 2026 - 22:27
İrəvan yaxınlığında qazdoldurma məntəqəsində partlayış baş verib

İrəvan yaxınlığında qazdoldurma məntəqəsində partlayış baş verib

29 Oktyabr 2026 - 22:25
İspaniyada qatarların toqquşmasından sonra ölənlərin sayı 74 nəfərə çatıb

İspaniyada qatarların toqquşmasından sonra ölənlərin sayı 74 nəfərə çatıb

29 Oktyabr 2026 - 21:07
Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

29 Oktyabr 2026 - 20:21
IRIB: İran Cey Di Vensin məktubuna cavab verməyib

IRIB: İran Cey Di Vensin məktubuna cavab verməyib

29 Oktyabr 2026 - 20:18
İran HDQ: Hörmüz boğazında neft tankeri minaya düşüb

İran HDQ: Hörmüz boğazında neft tankeri minaya düşüb

29 Oktyabr 2026 - 19:49
Xorvatiyada Qərbi Nil virusu alovlanır: 25 yoluxma, 1 ölüm

Xorvatiyada Qərbi Nil virusu alovlanır: 25 yoluxma, 1 ölüm

29 Oktyabr 2026 - 19:29
Xalq artisti Zaur Rzayev vəfat edib

Xalq artisti Zaur Rzayev vəfat edib

29 Oktyabr 2026 - 19:15
Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşdü

Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşdü

29 Oktyabr 2026 - 19:07
“Azəristiliktəchizat” 9 ayda istilik enerjisi istehsalını 4 %-dən çox artırıb

“Azəristiliktəchizat” 9 ayda istilik enerjisi istehsalını 4 %-dən çox artırıb

29 Oktyabr 2026 - 19:00
Sabah Masallının bu kəndlərində qaz olmayacaq

Sabah Masallının bu kəndlərində qaz olmayacaq

29 Oktyabr 2026 - 18:45
“Google”dan yeni flaqman: “Gemini 4 Carbon” təqdim olundu

“Google”dan yeni flaqman: “Gemini 4 Carbon” təqdim olundu

29 Oktyabr 2026 - 18:39
Ronaldu “Qızıl top”dan sonra paylaşım etdi

Ronaldu “Qızıl top”dan sonra paylaşım etdi

29 Oktyabr 2026 - 18:25
Azərbaycanın xurma ixracından gəliri azalıb

Azərbaycanın xurma ixracından gəliri azalıb

29 Oktyabr 2026 - 18:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.