"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Şəfiqə Məmmədovadan illər sonra ETİRAF: “Buna görə çox peşmanam” – MÜSAHİBƏ

30 Mart 2016 - 20:14
in XƏBƏR LENTİ
FacebookVatsap

“İkinizi də Allah öldürsün, səni də, Hitleri də…”

Bunu da oxuyun

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

 

Milli kinomuzun misilsiz incisi sayılan “Bizim Cəbiş müəllim” filmindən bu məşhur frazanı təsadüfən xatırlamadım. Bu gün “Cəbiş müəllimin həyat yoldaşı”, xalq artisti, tanınmış aktrisa Şəfiqə Məmmədovanın doğum günüdür.

 

Şəfiqə xanım bir-birindən gözəl, yaddaqalan obrazlar yaradan aktrisalarımızdandır.

 

1968-ci ildə Akademik Dram Teatrında fəaliyyətə başlayan aktrisa “Hamlet”də Gertruda, “Mənim günahım”da Nurcahan, “Aydın”da Gültəkin, “Dəli yığıncağı”nda Sona kimi parlaq obrazlar yaradıb.

Şəfiqə Məmmədova “Dədə Qorqud”da Burla xatun, “İstintaq”da Gülya, “Bizim Cəbiş müəllim”də Cəbişin arvadı, “Ad günü”ndə Fəridə, “Çarvadarların izi ilə”də Səriyyə kimi rollarla özünə çoxsaylı tamaşaçı sevgisi qazanıb.

 

Aktrisanın yaratdığı obrazlar müxtəlif dönəmlərdə ən yüksək mükafatlara layiq görülüb.

 

Sevilən, cazibədar və hər zaman təravətli olan Şəfiqə xanımı biz də təbrik elədik. Hər zaman mətbuatdan uzaq olan xalq artisti bizi qırmadı, suallarımızı cavablandırdı.

 

Şəfiqə Məmmədovanın Publika.az-a müsahibəsini təqdim edirik.

 

 

– Doğum gününüzü təbrik edirik, necəsiniz, hansı əhval-ruhiyyədəsiniz?

 

– Çox yaxşıyam, səhər tezdən hər kəs mənə zəng edir, təbriklərini çatdırır, xoş sözlər söyləyir. İndi də sizdən gözəl sözlər eşidirəm, deyirsiniz ki, “bir dənəsiniz”. Bir aktrisa üçün bundan gözəl söz nə ola bilər?

 

–  Siz ən gözəl sözlərə layiqsiniz. Doğum günlərinizi təmtəraqla qeyd etməyi sevirsinizmi?

 

– Ailəmlə, uşaqlarım və həyat yoldaşımla bərabər qeyd edəcəyik. Sevinirəm ki, heç vaxt unudulmuram, həmişə diqqət mərkəzində oluram.

 

– Biz sizi çox istəyirik, sadəcə, mətbuatdan qaçırsınız deyə sizi narahat etmək istəmirik.

 

– Elə mən də jurnalistləri çox istəyirəm. Sizlərlə tez-tez ünsiyyətdə olmamağımın da səbəbi aramızdakı sevgini qorumaqdır. Buna görə sizlərlə məsafə saxlayıram.

 

– Filmlərdə yaratdığınız hər rol bizlər üçün çox dəyərli hədiyyədir. Bilmək istərdik, Şəfiqə xanımın ən çox sevdiyi hədiyyələr hansıdır?

 

– Mart ayında doğulmuşam və bəlkə də bundan irəli gəlir, Vaqif Mustafazadənin “Mart” kompozisiyasını dinləyəndə zövq alıram. O musiqini dinləyəndə bütün həyat yolum gözlərim önündə canlanır. Bir də əlvan tülpanları çox sevirəm. Sevdiyim hədiyyələri də sevdiklərimdən alıram. Mən məhəbbətə bağlı insanam, sevgi mənim üçün ən böyük hədiyyədir.

 

– Bu günə qədər istər səhnədə, istərsə də kinoda  saysız-hesabsız rollar yaratmısınız. Maraqlıdır, ən çox sevdiyiniz obrazınız hansıdır?

 

– Fərq qoya bilmirəm. Onu da deyim ki, səhnədə saysız-hesabsız rollar yaratmışam. Sonuncu dəfə “Dəli yığıncağı” tamaşasında oynamışam.

 

– Şəfiqə xanım, niyə teatrla müqayisədə kinoda az çəkilmisiniz?

 

–  Düzdür, teatrda yaratdığım rolların beş faizini kinoda oynaya bilməmişəm. Buna görə çox peşmanam. Keçmişi xatırlayanda  buna görə təəssüf hissi keçirirəm. Ekran elədir ki, hər zaman qalır. Kino çox çəkili, sanballı sənət növüdür. Hərdən fikirləşirəm ki, kaş teatrın repertuarını böyük ekrana köçürmək mümkün olaydı. İşlərimin çoxluğu  məni filmlərdən uzaq saldı. Hansı ki, daha çox filmlərdə çəkilə bilərdim. Amma bu rolları oynamaq başqa aktrisalara qismət oldu.

 

– Bəs çəkildiyiniz filmlər arasında ən çox sevdiyiniz hansıdır?

 

– Deməyə çətinlik çəkirəm. Sizə bir söz deyim, çox vaxt öz filmlərimə baxmıram. Sevimli rollarım var. Hamısını sevə-sevə yaratmışam, ekrandadır. Hamısı mənə əzizdir, doğmadır. Mən öz filmlərimə baxmıram.

 

– Niyə?

 

– Daha doğrusu, baxa bilmirəm. Çünki mənə elə gəlir ki, o rolları daha zəngin yarada bilərdim. Daha çox analiz edib daha möhtəşəm yaradardım. Həm də nostalji hisslər yaşayıram. Elə anlar olur ki, o illərin töhfələri, o illərin yaradıcılıq mühitini xatırlayıram. Xatirələr çox itidir. Amma gözüm yoldadır.

 

– Deməli, yaxın zamanlarda yenidən gözəl bir filmlə bizi sevindirəcəksiniz?

 

– Mənə aid elə bir ssenari olsa, mütləq çəkiləcəm. Artıq bu istiqamətdə söhbətlər də gedir.

 

– İndiyə qədər xeyli tərəf müqabilləriniz olub. Onlardan kimləri daha çox xatırlayırsınız?

 

– Əlbəttə, mənim çox gözəl tərəf müqabillərim olub. Həsənağa Turabov mənim tərəf müqabilim, həm də dostum idi. Səməndər Rzayev çox gözəl və professional tərəf müqabili idi. Həqiqətən çox peşəkar idi. Onunla çox gözəl rollar oynamışam. Hamlet Xanızadə, İsmayıl Osmanlı… Mən çox sənətçilər görmüşəm, onlarla səhnəni bölüşmüşəm. Ona görə mənim teatra gəlişim çox güclü olub. Tahir Salahov tamaşalarda rəssam kimi çıxış edirdi, Qara Qarayev tamaşalara musiqilər yazırdı… Bax belə bir yaradıcılıq dövrüm olub. Doğrudur, bu, çox uzun çəkmədi, amma çox maraqlı idi. Hamıya özüm oynadığım rolları arzulayıram.

 

– Bəs bu gün kiminlə tərəf müqabili olmaq istəyirsiniz?

 

– Bu suala cavab verməkdə çətinlik çəkirəm.

 

– Xoşbəxt aktrisa, xoşbəxt ana, xoşbəxt həyat yoldaşı – ən çox hansında özünüzü tapırsınız?

 

– Xoşbəxtəm ki, ailəmin xanımıyam.

 

– Biz də bir tamaşaçı kimi xoşbəxtik ki, sizin kimi füsünkar, qüdrətli, təbii oyunu ilə hər zaman bizləri riqqətə gətirən belə gözəl aktrisamız var. Doğum gününüz mübarək olsun!

 

– Təşəkkürlər!

Previous Post

Şəfiqə Məmmədovadan illər sonra ETİRAF: “Buna görə çox peşmanam” – MÜSAHİBƏ

Next Post

Dolların bahalaşması təxirə salınır – TƏHLİL

Bənzər yazılar

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40

İran həm diplomatiya, həm də ölkəni müdafiə etmək üçün hazırdır. Elchi.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran xarici...

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb. Elchi.az paylaşımı...

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35

Bazar günü Hörmüz boğazından keçən tanker atəşə tutulub. Elchi.az xəbər verir ki, bu barədə bazar ertəsi Böyük Britaniya Hərbi Dəniz...

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

12 Oktyabr 2026 - 23:31

İran Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniyanın Tehrana qarşı ittihamlarını pisləyib. Elchi.az IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran...

Next Post

Dolların bahalaşması təxirə salınır - TƏHLİL

Dolların bahalaşması təxirə salınır - TƏHLİL

Son xəbərlər

Təyyarələrdə heyətin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir

Təyyarələrdə heyətin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir

13 Oktyabr 2026 - 12:26
“Sabah”ın oyunu ilə əlaqədar metronun iş rejimi gücləndiriləcək

“Sabah”ın oyunu ilə əlaqədar metronun iş rejimi gücləndiriləcək

13 Oktyabr 2026 - 12:18
9 ayda Azərbaycanda 12 mlrd. manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib

9 ayda Azərbaycanda 12 mlrd. manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib

13 Oktyabr 2026 - 12:10
Laos Prezidenti Azərbaycan dövlət başçısına tələbələrlə bağlı təklifinə görə təşəkkür edib

Laos Prezidenti Azərbaycan dövlət başçısına tələbələrlə bağlı təklifinə görə təşəkkür edib

13 Oktyabr 2026 - 12:00
Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb

Prezident İlham Əliyev: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir

13 Oktyabr 2026 - 11:56
Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb

Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb

13 Oktyabr 2026 - 11:44
Azərbaycanda nağdsız ödənişlərin payı 70%-ə yaxınlaşıb

Azərbaycanda nağdsız ödənişlərin payı 70%-ə yaxınlaşıb

13 Oktyabr 2026 - 11:30
Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb

13 Oktyabr 2026 - 11:24
Milli Məclisin iclası başlayıb

İsraildə müxalifət Netanyahunu qabaqlayır

13 Oktyabr 2026 - 11:15
Azərbaycan və Laos prezidentlərinin təkbətək görüşü olub

Azərbaycan və Laos prezidentlərinin təkbətək görüşü olub

13 Oktyabr 2026 - 11:05
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub

13 Oktyabr 2026 - 10:59
DİM sədri: Bu il Prezident təqaüdünə namizəd olan 15 nəfər kənd və qəsəbə məktəblərinin məzunudur

DİM sədri: Bu il Prezident təqaüdünə namizəd olan 15 nəfər kənd və qəsəbə məktəblərinin məzunudur

13 Oktyabr 2026 - 10:51
Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

13 Oktyabr 2026 - 10:42
Türk dövlətləri fintex sahəsində əməkdaşlığı Bakıda müzakirə edir

Türk dövlətləri fintex sahəsində əməkdaşlığı Bakıda müzakirə edir

13 Oktyabr 2026 - 10:34
Çempionlar Liqası: “Sabah” bu gün Çexiyanın “Slaviya” klubunu qəbul edəcək

Çempionlar Liqası: “Sabah” bu gün Çexiyanın “Slaviya” klubunu qəbul edəcək

13 Oktyabr 2026 - 10:19
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.