"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Dolların bahalaşması təxirə salınır – TƏHLİL

30 Mart 2016 - 20:26
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

Türkiyənin iki vilayətində meşə yanğınları baş verib

Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb

Hələ iki həftə əvvəl Federal Ehtiyat Sistemi (FES) öz iclasında faiz dərəcələrini dəyişməyərək 0,25%-0,5% səviyyəsində saxlayanda proqnoz irəli sürmüşdük – FES ötən ilin sonlarında başlanan pul-kredit siyasətinin sərtləşdirilməsi prosesini bir qədər ləngidəcək. Artıq bu ehtimal özünü rəsmən doğruldur. FES-in rəhbəri Canet Yellen dünən Nyu-York İqtisadi Klubunda bəyan edib ki, yaxın zamanlarda FES çox ehtiyatlı monetar siyasətini həyata keçirəcək. Yellen həmçinin bildirib ki, bu ehtiyatlı siyasət ilin sonuna kimi davam edəcək. Lakin son vaxtlar iqtisadiyyatda proseslərin tez-tez, hətta bəzi hallarda qəfil baş verdiyini nəzərə alsaq, Yellenin ehtimallarına tam əmin olmaq olmaz. Amma ən real durum yaxın aylarda gedəcək proseslərin dəqiqləşməsidir.

 

Hər halda FES-in rəhbəri bundan əvvəl ehtimal şəklində, yaxud protokol qaydada ehtiyatlı siyasət yürüdəcəklərinə işarə vurmuşdu. İndi isə onun sözlərinə görə, cari monetar siyasət ölkədə inflyasiya və əmək bazarı üzrə nəzərdə tutulan hədəflərə nail olmaq üçün uyğundur. Xatırladaq ki, FES rəhbəri həmişə bəyan edib ki, əsas hədəf inflyasiyanı 2 faizə çatdırmaqdır. Qeyd edək ki, son zamanlar ölkədə iqtisadi fəallıq kiçik templərlə artıb, həmçinin ev təsərrüfatlarının xərclərində, investisiya sahəsində, mənzil bazarında, ixracda və bir sıra digər sahələrdə kiçik templərlə artım müşahidə olunub. Eyni zamanda əmək bazarında vəziyyətin yaxşılaşdığı və yeni iş yerlərinin açıldığı da bəyan edilir.

 

Əsas göstəricilərdən biri olan və FES-in qərarlarına birbaşa təsir edən amili isə inflyasiya səviyyəsidir. Kiçik artım müşahidə olunsa da, inflyasiya hələ də hədəf götürülən 2%-dən aşağıdır. Buna da təsir edən amillərin sırasında əsas rolu enerjidaşıyıcıların ucuzlaşması oynayıb. Əmək bazarına gəlincə, bu ilin əvvəlindən burada birmənalı olmayan vəziyyət yaranıb. Bir tərəfdən, hər ay 230 min yeni iş yeri yaradılır ki, nəticədə məşğulluq və istehlak xərcləri artıb. Digər tərəfdən isə, dünya iqtisadiyyatında baş verən neqativ tendensiyalar, onun artım templərinin azalması, dolların möhkəmlənməsi yerli istehsala və ixraca mənfi təsir edib. Bundan əlavə neftin qiymətinin aşağı səviyyədə olması enerji sektorunda kütləvi ixtisarlara səbəb olub. Buna görə, tək yeni işlərin açılması amili deyil, bütün faktorlar nəzərə alınaraq, əmək bazarında vəziyyət gözlənilən kimi sevindirici qiymətləndirilmir. Halbuki statistika buna əsas verməkdədir. Belə ki, ABŞ-da işsizlik səviyyəsi sabit şəkildə düşür və hazırda 4,9% təşkil edir ki, bu da 2007-2008-ci illərin böhranın dövründə qeydə alınan səviyyədən də aşağıdır.

 

Qeyd etmək lazımdır ki, C. Yellen FES-in qərarına təsir edən xarici amillər barədə də danışıb. Bu amillərin başında Çin iqtisadiyyatında artım tempinin aşağı düşməsi gəlir. Çin iqtisadiyyatında azalma tendensiyaları yaxın illər ərzində davam edəcək, çünki bu, iqtisadi inkişafın investisiya modelindən istehlak modelinə keçməsi və ixracdan yerli istehlaka keçməsi ilə əlaqəlidir. Bu isə müəyyən qədər vaxt tələb edir. Nəticədə, yaranmış vəziyyət dünya maliyyə bazarlarında qeyri-müəyyənlik yaradıb ki, bu da FES-in sərt pul-kredit siyasətinə keçməsini ləngidib. Bundan əlavə xarici amillərin sırasına neftin ucuz olması da daxildir. İlk baxışdan bu amil ABŞ iqtisadiyyatı üçün əlverişlidir, çünki ABŞ əsas neft idxalçılarından biridir və ucuz enerji daşıyıcıları iqtisadi fəallığın və istehlak xərclərinin artmasına dəstək olacaq. Lakin digər tərəfdən, dünyanın neftdən asılı olan bütün ölkələrində maliyyə və iqtisadi vəziyyət pisləşir. Digər tərəfdən bu, ümumiyyətlə dünya iqtisadiyyatda neqativ proseslərə səbəb olur, bu həmçinin dolayı yolla ABŞ-ın özünə də sərf etmir. Çünki bu ölkələr sırasında onun ticarət partnyorları var və nəticədə ABŞ mallarına tələbat azalır. Bu isə öz növbəsində ölkənin ixracına mənfi təsir edir.

 

FES-in faiz dərəcələrini qaldırmaması planları həmçinin başqa bir məqamla əlaqəlidir. Belə ki, son ayların müşahidələri onu göstərir ki, neftin ucuz olması və idxalın ucuzlaşmasının deflyasiyaya təsiri barədə ehtimallar özünü doğrultmur və inflyasiya təbii yolla artmağa meyllidir. Ümumiləşdirərək demək olar ki, bütün bunların nəticəsində FES faiz dərəcələrini qaldırmır. Bu isə dolların bahalaşmaması üçün əsasdır.

 

Etiraf etmək lazımdır ki, bizim hamımızı FES-in qərarları ilk növbədə bu qərarın dollara təsir baxımından maraqlandırır. Burada qeyd edək ki, ABŞ-da uçot dərəcəsinin qaldırılması dolları möhkəmləndirir, aşağı salınması isə zəiflədir. Daha dəqiq, FES tərəfindən pul-kredit siyasətinin sərtləşdirilməsi dollara möhkəmləndirici təsir edir. Müvafiq olaraq, faiz dərəcələrinin aşağı səviyyədə saxlanması dolları ən azı həmin səviyyədə saxlayacaq, yəni onun möhkəmlənməsi üçün fundamental monetar əsas olmur. Pul-kredit siyasətinin sərtləşdirilməsi nəticəsində ABŞ maliyyə sistemi üçün pul “daha baha başa gəlir” və bunun səbəbindən dolların qiyməti artır. Bu sadə səbəb-nəticə zənciridir, reallıqda hər şey daha mürəkkəbdir, lakin məna eyni olaraq qalır – faizlərin qaldırılması nəticəsində dollar möhkəmlənir.

 

Dolların möhkəmlənməsi isə o deməkdir ki, dünya valyuta bazarında dollar digər valyutalara, o cümlədən avro, yuan, yen, frank, funt kimi əsas dünya valyutalara qarşı bahalaşır. İndiki halda isə dollar bahalaşmamalıdır. Bu isə artıq baş verməkdədir. FES-in rəhbərinin bəyanatından dərhal sonra dollar avroya qarşı dünya bazarında yarım faiz itirib. Ümumilikdə, martın 29-da avro dollara qarşı 0,9% bahalaşıb və rəsmi kurs 1,1291 dollara çatıb. Bu, ikihəftəlik maksimuma (martın 17-də – 1,132 dollar) çox yaxındır. Qeyd edək ki, ondan əvvəl həmin səviyyə sonuncu dəfə fevralın 11-də müşahidə olunub, ondan əvvəl isə, ötən ilin oktyabrında. Yəni əgər avro 1,132 dollarlıq səviyyəni keçsə, yarımillık maksimuma çatacaq. FES-in qərarını və planlarını nəzərə alaraq, bunu böyük ehtimalla proqnozlaşdırmaq olar.

 

Burada tsiklik texniki təhlil aparmaq vacibdir. Son illər üzrə avro-dollar cütlüyünün dinamikası göstərir ki, 2014-cü ilin ortalarına kimi avro nisbətən yüksək səviyyədə olub – 1 avro / 1,38 dollar. Amma sonradan avronun ucuzlaşması dönməz xarakter alıb. Məhz 2014-cü ilin ikinci rübünün sonunda məlum olub ki, ABŞ-da aktivlərin geri alınma proqramı yaxın yarımillik ərzində tam bağlanacaq. O vaxtadək həmin proqramın tətbiqi tədricən azalırdı, 2014-cü ilin oktyabrında isə tam olaraq bağlandı. Bu proqram anti-böhran tədbiri olub, FES tərəfindən qiymətli kağızların geri alınmasını nəzərdə tuturdu və sıfırlıq uçot dərəcəsi ilə birlikdə yumşaq pul-kredit siyasətinin əsas komponenti idi. Sadə dildə desək, FES proqramı bağlayaraq, bazara əlavə dollar kütləsi buraxmağa son qoydu və bununla pul-kredit siyasətini tədricən sərtləşdirməyə başladı. Elə bu vaxtdan dollar yüksəlməyə başlayıb. Müvafiq olaraq gözləmək olar ki, sərtləşdirmə planlarından müvəqqəti olsa da imtina edilməsi dollara zəiflədici təsir edəcək, daha dəqiq onun dəyərinin artması prosesini saxlayacaq.

 

Qeyd edək ki, dolların dünya bazarında bahalaşmaması bütün valyutalara, o cümlədən manata möhkəmləndirici təsir edəcək.Azərbaycan Mərkəzi Bankı bəyan edib ki, ölkədə manatın dollara qarşı məzənnəsi xarici amillərdən deyil, sırf ölkə daxilində təklif-tələbat tarazlığından və tədiyyə balansı vəziyyətindən asılıdır. Nəzəri baxımından, ola bilər ki, bu belədir, amma reallıqda dünya bazarında dollar zəifləyəndə, bu Azərbaycanda (Qazaxıstan, Rusiya və digər sərbəst dönərli olmayan və dünya bazarında birbaşa ticarət predmeti və dollara qarşı kotirovka olunmayan valyutalara malik olan ölkələrdə) da baş verir. Ümumilikdə isə demək olar ki, FES tərəfindən faizlərin artırmaması iki mühüm nəticəyə səbəb ola bilər: dolların ucuzlaşması və neftin bahalaşması. Ən azı ona görə ki, neft məhz dollarda nominallaşıb, buna görə də dolların zəiflənməsi nefti bahalaşdıracaq.

 

Vahab Rzayev, APA Analitik Mərkəzi

Previous Post

Dolların bahalaşması təxirə salınır – TƏHLİL

Next Post

Müşviq Rəhimov çimərlik biznesini genişləndirir – FOTOLAR

Bənzər yazılar

Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

29 Avqust 2026 - 00:04

Azərbaycanın 6 idmançısı bu gün Bakıda start götürən çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib. Bu barədə Elchi.az...

Türkiyənin iki vilayətində meşə yanğınları baş verib

Türkiyənin iki vilayətində meşə yanğınları baş verib

29 Avqust 2026 - 00:01

Türkiyənin Muğla və Balıkesir vilayətlərində meşəlik ərazilərdə yanğınlar baş verib. Elchi.az xəbər verir ki, bu barədə "Anadolu Ajansı" məlumat yayıb....

Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb

Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb

28 Avqust 2026 - 23:58

ABŞ Prezidenti Donald Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb. Elchi.az  xəbər verir ki, bu barədə o Hyustonda (Texas...

Əraqçi: İran mehriban qonşuluq münasibətləri istəyir

Əraqçi: İran mehriban qonşuluq münasibətləri istəyir

28 Avqust 2026 - 23:10

İran qonşu ölkələr və Yaxın Şərq respublikaları ilə yaxşı münasibətlər istəyir və Misirlə heç bir ixtilafın olmadığını bildirir. Elchi.az  "Tasnim"ə...

Next Post

Müşviq Rəhimov çimərlik biznesini genişləndirir - FOTOLAR

Müşviq Rəhimov çimərlik biznesini genişləndirir - FOTOLAR

Son xəbərlər

Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

29 Avqust 2026 - 00:04
Türkiyənin iki vilayətində meşə yanğınları baş verib

Türkiyənin iki vilayətində meşə yanğınları baş verib

29 Avqust 2026 - 00:01
Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb

Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb

28 Avqust 2026 - 23:58
Əraqçi: İran mehriban qonşuluq münasibətləri istəyir

Əraqçi: İran mehriban qonşuluq münasibətləri istəyir

28 Avqust 2026 - 23:10
İstanbulda avtobus qəzaya uğrayıb, ölən və 20-yə yaxın yaralı var

İstanbulda avtobus qəzaya uğrayıb, ölən və 20-yə yaxın yaralı var

28 Avqust 2026 - 20:30
Berlində hakerlər hökumət idarələrinə kiberhücum edib, 30 bitkoin tələb edirlər

Berlində hakerlər hökumət idarələrinə kiberhücum edib, 30 bitkoin tələb edirlər

28 Avqust 2026 - 20:29
Azərbaycan və Belarus XİN arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Azərbaycan və Belarus XİN arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

28 Avqust 2026 - 19:27
XİN Azərbaycan xalqını bu sözlərlə təbrik etdi

Polşa səfiri XİN-ə çağırılıb, etiraz notası təqdim edilib

28 Avqust 2026 - 19:19
Anar Əliyev Qəbələdə vətəndaşları qəbul edib

Anar Əliyev Qəbələdə vətəndaşları qəbul edib

28 Avqust 2026 - 19:10
Yunanıstan İsraillə “Axiellisin qalxanı” HHM sistemini yaradır

Yunanıstan İsraillə “Axiellisin qalxanı” HHM sistemini yaradır

28 Avqust 2026 - 19:01
Konfrans Liqasının püşkü atılıb

Konfrans Liqasının püşkü atılıb

28 Avqust 2026 - 18:54
Xaricdə təhsil üzrə sənəd qəbulu başladı

ETN Türkiyə Prezidentinin Qarabağ Universiteti ilə bağlı qərarını şərh edib

28 Avqust 2026 - 18:43
Emin Əmrullayev Xankəndidə vətəndaşları qəbul edib

Emin Əmrullayev Xankəndidə vətəndaşları qəbul edib

28 Avqust 2026 - 18:37
DTX-nin “Bilgəh” İstirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil edilib

DTX-nin “Bilgəh” İstirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil edilib

28 Avqust 2026 - 18:25
Zelenski: Rusiya balistik raket istehsalını artırmağı planlaşdırır

Zelenski: Rusiya balistik raket istehsalını artırmağı planlaşdırır

28 Avqust 2026 - 18:13
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.