Milli Məclisin deputatı Aqil Abbas parlamentin plenar iclasında uşaq evində böyüyən şəhid Səbuhi Əhmədovun qardaşına şəhid ailəsi statusunun verilməməsi məsələsindən danışıb.
Elchi.az xəbər verir ki, deputat çıxışında həmin şəxsə şəhid ailəsi statusunun verilməsini təklif edib.
“Axı bu, nə qanundur? Necə yəni bir var-yox qardaşı olana şəhid ailəsi statusu verilmir? Ailəli birinə necə bir otaq mənzil verilə bilər? Şəhid qardaşına iki otaq mənzil verilməsi böyük işdir? Xahiş edirəm ki, sədr (Sahibə Qafarovaya müraciətlə – red.) kimi həmin ailə diqqətə alınsın və ona iki otaq mənzil verilsin. Həmçinin şəhid ailəsi statusunun verilməsinə kömək edəsiniz”.
MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil
Bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Lənkəran, Şirvan və Yevlax şəhərlərində inşa etdiyi yaşayış komplekslərində güzəştli mənzillərin seçimi həyata...





















Son şərhlər