Sərəncam: Naxçıvanda 4600 nəfərin pensiyası artırıldı

22

Minimum pensiyanın artırılması Naxçıvan Muxtar Respublika üzrə ümumilikdə 4 600 əmək pensiyaçısına şamil ediləcək.

Elchi.az xəbər verir ki, bu barədə MR-in Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” sərəncama uyğun olaraq əmək pensiyasının minimum məbləğindən aşağı məbləğdə əmək pensiyası alan bütün vətəndaşların pensiyalarının məbləği 240 manatdan 280 manata çatdırılıb.