Sən məğrursan, dönməzsən Azərbaycan əsgəri!

🗓 24.03.2015 09:18 ✍️ "Elçi" qəzeti
img1770970MİRZƏ SAKİT
O torpağlar öndədir, dönməyəcəksən geri, Sən məğrursan, dönməzsən Azərbaycan əsgəri !! Ana sözün dilində, vətən də o dildədi, Düşmən ləpirlərində o torpağ inildədi Əsir qalan daşların yaşı on min ildədi Qayalarda hay salıb o daşların ləngəri Sən məğrursan, dönməzsən Azərbaycan əsgəri !! Qubadlı, Cəbrayıldı qardaşın da bacın da, Düşmənin caynaqları anamızın saçında Şuşada, Kəlbəcərdə, Zəngilanda, Laçında, Ayaqların altında qalsın düşmən ləşkəri Sən məğrursan, dönməzsən Azərbaycan əsgəri !! Füzulidə, Ağdamda babamızın ruhları, Öc almasan əfv etməz Xocalının ahları Məsum gözlü cocuğların nə idi günahları, Kimlər aldı əlimizdən yeddi yaşlı Ülkəri Sən məğrursan, dönməzsən Azərbaycan əsgəri !! And içmisən - Sahib dur, kəsəyinə, kəndinə, Düşmən lərzəyə gəlsin baxıb döyüş fəndinə Azərbaycan bayrağın sancmasan Xankəndinə, Bayraq dalğalanmasa dönməyəcəksən geri Sən məğrursan, dönməzsən Azərbaycan əsgəri !!...

Bənzər yazılar