Şəmkirdə qətl hadisə baş verib, ölənin anası qətli törədən şəxsin evini yandırıb - YENİLƏNİB

🗓 14.08.2014 13:31 ✍️ "Elçi" qəzeti
Daxili İşlər Nazirliyi Şəmkirdə törədilən qətlə bağlı məlumat yayıb.651f32cb1345665726c15ac9b2609629 (1)
 

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, avqustun 13-də Şəmkir rayonu Sabirkənd kəndinin ərazisində kənd sakini Vüqar Əliyev münaqişə zəminində Zəyəm qəsəbə sakini Pərvin Tanrıvediyevi bıçaqla qətlə yetirib hadisə yerindən qaçıb.

 Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V. Əliyev tutulub.

 P. Tanrıverdiyevin qətlə yetirilməsi ilə əlaqədar onun anası Vəfa qisas məqsədilə Vüqar Əliyevin evini yandırıb.

 Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Bənzər yazılar