"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home ŞOU

“Şəkillərdə əxlaqsız qadına bənzəyirəm”

03 Sentyabr 2014 - 04:45
in ŞOU
FacebookVatsap

Bunu da oxuyun

Muazzez Ersoydan Epşteyn iddialarına cavab

Beyons milyarder statusu qazanıb

Kıvanç Tatlıtuğun oğlu Kurt Efe idman edərkən gündəm oldu

Britaniyalı aktrisa Kira Naytli:загруженное

Kinoda beş dəfə ərə getmişəm, üç uşağım və sonsuz evlilik təkliflərim olub.

Aktyor olmaq müşahidə etməyi bacarmaq deməkdir…

Məni yaxşı kitab, yaxşı qida və dostlarla görüş xoşbəxt edir.

Yəqin, bunu demək ağılsızlıqdır, amma heç vaxt uşaq olmaqdan xoşum gəlməyib. Həmişə istəmişəm ki, insanlar məni daha ciddi qəbul etsinlər.

İyirmi səkkiz yaşım tamam olanda düşündüm: “Bax belə, yəqin, bu gün böyüdüm. On yaşımdakı şəkli əlimə aldım. Əynimdə cins kombinezon vardı. Dərhal qərarlaşdırdım ki, eyni kombinezondan yenisini alım. Birdən kimsə mənə pəri qanadları hədiyyə etdi. Bir sözlə, 28 yaşımı arxasında qanadları olan cins kombinezonda keçirdim. Heç vaxt belə xoşbəxt olmamışdım.

Böyük qardaşım dünyaya gəldikdən sonra anam ikinci uşaq arzusunda idi. Lakin atam (teatr və televiziya aktyoru Uill Naytli – red.)  bunun ancaq bir şərtlə mümkün olduğunu söyləyirdi. Anam (Şarman Makdonald, tanınmış ssenarist – red.) uğurlu pyes yazmalı idi. Beləcə, mən dünyaya gəldim, anam isə “Uşaq olanda ağlayır və qışqırırdım”  adlı ilk pyesini yazdı.

Mən “o oynaya bilmir” ifadəsindən “Oskar”a qədər yol keçmişəm. Bu əladır.

Bütün tədbirlərdə əlimdə şampan badəsi küncdə dayandığımı görəcəksiniz. Hər dəfə sıxılıram və özümü narahat hiss edirəm, ona görə sakitcə küncdə dayanıb üzümdə mənasız təbəssüm yaradaraq bütün bunların nə zaman bitəcəyini gözləyirəm. Kimə və nə söyləməli olduğumu bilmirəm.

Qırmızı xalıda heç bir individuallıq mövcud deyil və fotoqrafların bütün səylərinə baxmayaraq, şəkillər eyni alınır. Bəzi şəkillərdə əxlaqsız qadına bənzəyirəm, düzdür, bahalısına…

Jurnallarda məni Britaniyanın pinti qadını adlandırırlar, bununla fəxr edirəm, çünki bu, həqiqətdir.

Məndən müsahibə alan insanları daim təəccübləndirirəm. Çox güman ki, bir çoxları həyatda daha gözəl olduğumu düşünür.

Balanslaşdırılmış qida haqda düşünmürəm. Pəhriz haqda fikirləşən kimi çips və dondurma istəyirəm. İdman zalına da getmirəm, ordan zəhləm gedir.

Çəkimin nə qədər olduğunu bilmirəm, heç tərəzim də yoxdur. Fikir vermişəm ki, bunları zərif olmayan xanımlara söyləyəndə onlar əməlli-başlı qıcıqlanırlar.

Çox tənbələm. Mütəmadi olaraq etdiyim yeganə hərəkət televizoru yandırmaqdır.

Evdə televizorun olmasının yeganə səbəbkarı futboldur. Axı futbola noutbukda baxmaq əsl cəfəngiyatdır. Həyatda ən çox sevdiyim iş piyada gəzməkdir. Bilirəm, gülünc səslənir, amma nə etmək olar?

Heç bilmirəm, normal insan olduğumu deyə bilərəm, yoxsa yox?  Bugünkü dünya birmənalı olaraq, anormaldır. Ətrafımdakı insanları və özümü incitməməyə çalışıram.

Afişalarda döşlərim başqa cür görünür. Məsələn, “Kral Artur”un (film, 2004-cü il istehsalı – red.)  afişalarında da mənimki deyildi sanki… Elə düzəldirdilər ki, bərbad bir şey alınırdı. Axırda dözməyib dedim: “Uşaqlar, əgər hər dəfə kompyuterdə mənə döş düzəldəcəksinizsə, heç olmasa, elə edin ki, onlar sallanmasın”.

Bəli, mənim döşlərim var, amma planetin 50 %  əhalisinin döşləri var. Odur ki, gəlin, mənimkilər barədə danışmağa vaxt ayırmayaq.

Yaxşı ki, insanlar müxtəlif cür fikirləşirlər. Belə yaşamaq daha maraqlıdır.

Aktyor olmaq müşahidə etməyi bacarmaq deməkdir. Kafedə oturub, saatlarla insanlara baxmaq məcburiyyətindəsən.

Həyatda ən gözlənilməz şeyləri özümüz haqda öyrənirik. Əgər hansısa qaranlıq tərəfim varsa belə, hələ onu aşkarlamamışam. Bəli, belə darıxdırıcı insanam.

Lüt səhnələr məni qorxudur, ancaq ssenari bunu tələb edirsə, çəkilirəm.

Həyatımı gözəl yaşayacağımı qətiləşdirmişəm, bunun üçün bütün vasitələrdən istifadə edəcəm. İlk növbədə, müsahibələrimin sayını azaldacam.

Bəli, barmağımda üzük var, bu, şəxsi həyatım barədə deyə biləcəyim yeganə şeydir.

Ekrandakı evliliklərimdən, toy səhnələrindən bezmişəm. Kinoda beş dəfə ərə getmişəm, üç uşağım və sonsuz evlilik təkliflərim olub.

Heç vaxt aktyor dostlarımdan həyatları barədə heç nə soruşmuram, çünki bu mənə maraqlı deyil. Ola bilsin, sadəlövh səslənir, lakin onların necə və kiminlə yaşadıqlarını bilmək istəmirəm. Əgər onların həyatda bir çox pis işlərlə məşğul olduqlarını öyrənsəm, onlara ekranda baxmaq istəməyəcəm.

Məndən daim soruşurlar: “Deməli, siz feminist olduğunuzu söyləyəndə zarafat etmirmişsiniz?”… İşə bir bax!

Əgər ailən, ərin və dostlarınla  yaxşı münasibətdə olmaq istəyirsənsə, bütün vaxtını internetdə keçirəcəksən, telefon da əlindən düşməyəcək.

Məni yaxşı kitab, yaxşı qida və dostlarla görüş xoşbəxt edir.

Karaokeyə nifrət edirəm. Gərək elə sərxoş olum ki, kiminsə qarşısında oxumaq cəsarətini tapa bilim. Təsəvvür edin, ətrafımda gözəl səsi olan dostlarım, həqiqətən, çoxdur. Birdən mikrofonu mən götürürəm. Bu onlara “bilirsiniz, gedin işinizlə məşğul olun” demək kimi bir şeydir.

Söyüş söymək  əsas günahlarımdan biridir, ancaq bundan həzz alıram. Nəzərə alın ki, anam çox az, atam isə ümumiyyətlə, söyüş söymür.

Əvvəllər “Rage Against the Machine” qrupunu çox sevirdim. Onların bütün mahnılarında söyüş vardı.

Uşaqlıqda həkimlər mənə disleksiya diaqnozunu qoymuşdular, odur ki, asta oxuyuram. Lakin sözləri sevirəm, onların öhdəsindən çətinliklə gəlməyimə rəğmən…

Tamamilə hər şeyi unuduram, hətta simaları belə. Disleksiyanın əlamətlərindən biri.

Nə etmək lazım olduğunu bilməyəndə huşunu itir.

Həyat təkcə öyrənmək, öyrənmək və öyrənməkdən ibarət deyil. Həyat öyrənmək – unutmaq, öyrənmək – unutmaq, unutmaq və yenidən öyrənməkdən ibarətdir…

Previous Post

“Şəkillərdə əxlaqsız qadına bənzəyirəm”

Next Post

Bürclər (3 sentyabr)

Bənzər yazılar

Muazzez Ersoydan Epşteyn iddialarına cavab

Muazzez Ersoydan Epşteyn iddialarına cavab

13 Fevral 2026 - 02:36

Tanınmış sənətçi Muazzez Ersoy illər öncə yaşlanmamaqla bağlı zarafatla işlətdiyi "sehrli hovuz tapacağam" ifadəsinin ABŞ-li milyarder Ceffri Epşteynin cinayət işi...

Beyons milyarder statusu qazanıb

Beyons milyarder statusu qazanıb

29 Dekabr 2025 - 18:13

Amerikalı müğənni Beyons (tam adı Beyons Giselle Knowles-Carter) Forbes siyahısında milyard dollarlıq gəliri keçən beşinci musiqiçi oldu. Elchi.az xəbər verir...

Kıvanç Tatlıtuğun oğlu Kurt Efe idman edərkən gündəm oldu

Kıvanç Tatlıtuğun oğlu Kurt Efe idman edərkən gündəm oldu

19 Dekabr 2025 - 17:26

Kıvanç Tatlıtuğ və Başak Dizer Cütlüyünün Ailə Həyatı Kıvanç Tatlıtuğun oğlu Kurt Efe - Stilist Başak Dizer ilə aktyor Kıvanç Tatlıtuğ yeddi il öncə...

Bülənt Ərsoya mərmər çanta bağışlandı – FOTO

Bülənt Ərsoya mərmər çanta bağışlandı – FOTO

02 Oktyabr 2023 - 19:51

Türk klassik musiqisinin divası Bülənt Ərsoy dəbdəbəli səhnə geyimləri, zinət əşyaları və qeyri adi tərzi ilə tez-tez gündəmi zəbt edir....

Next Post

Bürclər (3 sentyabr)

Bürclər (3 sentyabr)

Son xəbərlər

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

04 İyun 2026 - 19:25
Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

04 İyun 2026 - 19:18
Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

04 İyun 2026 - 19:11
BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

04 İyun 2026 - 19:02
Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

04 İyun 2026 - 18:56
Leonid Kuçma İlham Əliyevi təbrik etdi

Leonid Kuçma İlham Əliyevi təbrik etdi

04 İyun 2026 - 18:47
Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

04 İyun 2026 - 18:35
Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

04 İyun 2026 - 18:23
Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

04 İyun 2026 - 18:14
“Qəbələ” kapitanı ilə yolları ayırdı

“Qəbələ” kapitanı ilə yolları ayırdı

04 İyun 2026 - 18:00
“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

04 İyun 2026 - 17:49
Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

04 İyun 2026 - 17:35
İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

04 İyun 2026 - 17:28
Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

04 İyun 2026 - 17:20
Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

04 İyun 2026 - 17:11
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.