Səddam Hüseynin qızı İŞİD-ə maliyyə yardımı göstərir...

🗓 31.08.2014 15:20 ✍️ "Elçi" qəzeti

Raghadın atasının intiqamını almaq üçün İŞİD-ə yardım etdiyi bildirilir1409477731

İraqın keçmiş lideri Səddam Hüseynin qızı Raghadın İŞİD-ə maliyyə yardımı göstərdiyi üzə çıxıb.
ANS PRESS-in məlumatına görə, alman jurnalı “Der Spiegel” Raghadın İŞİD-in əsas maliyyə mənbəyi olduğunu iddia edib.
Jurnalda dərc olunan xəbərdə qeyd olunub ki, Ürdün vilayətində lüks bir həyat sürən xanım Hüseyn milyon dollarlıq sərvətə malikdir.
Sərvətin bir hissəsinin İŞİD-ə verildiyi bildirilib. Raghadın atasının intiqamını aldıqdan sonra iqtidara keçəcəyi də qeyd edilib.

Bənzər yazılar