Səbail rayonunun icra başçısının oğlu qəza törətdi, biznesmenin oğlu öldü

Sentyabrın 27-də saat 18 radələrində 26 yaşlı İlham Əsgərlinin idarə etdiyi 90 AR 819 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil 23 yaşlı Əhliman Qəhrəmanovun idarə etdiyi "Howo" markalı yük maşını ilə toqquşub.
Qəza nəticəsində 16 yaşlı S.Mirzəyev hadisə yerində ölüb, İlham Əsgərli, 27 yaşlı Pərvin Fətullayev, Ə.Qəhrəmanov yaralanıblar.
Qeyd edək ki, qəzada ölən yeniyetmə «MCDonalds»ın Bakı nümayəndəliyinin rəhbərinin oğludur.
Toqquşan maşınlardan digərinin sürücüsü Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğlu İlham Əsgərli olub.