"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Rəsul Quliyev müxalifətin vahid namizədi ola bilər-reaksiyalar

06 Oktyabr 2017 - 13:37
in MANŞET
FacebookVatsap

 

Bunu da oxuyun

Merz Trampla danışıqdan imtina edib

Zaxarova Qərb elitalarını qullarla müqayisə etdi

“ABŞ Kuba böhranında iştirak etmir” – Rubio

Sabiq spikerin prezident seçkilərində iştirak etmək istəməsi yeni iddialara yol açıb

Bir ildən sonra ölkəmizdə keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca fəallaşan siyasətçilərdən biri də Amerikada mühacir həyatı yaşayan sabiq spiker, Gələcək Azərbaycan Partiyasının lideri Rəsul Quliyevdir. Sabiq spiker günlər öncə Azərbaycana qayıtmaq və 2018-ci ilin prezident seçkilərində iştirak etmək niyyətinin olduğunu bəyan edib.

Onun bu açıqlamasından sonra R.Quliyev ətrafında gedən söz-söhbətlər getdikcə çoxalır. Sabiq spikerin Azərbaycanda uğur qazanmaq şansları barədə fikirlər birmənalı deyil. Əksəriyyət Milli Məclisin keçmiş rəhbərinin indiki şərtlər daxilində ölkəyə qayıtmaq şanslarının az olduğunu düşünərək, onun ölkə rəhbərliyinə namizəd olacağına inanmır. Bununla yanaşı, ölkəyə qayıdarsa, R.Quliyevin hakimiyyətə alternativ olacaq gücə sahib olduğunu deyənlər də az deyil. Heç kəsə sirr deyil ki, sabiq spiker Azərbaycanda kifayət qədər ciddi elektorata malikdir.

Artıq R.Quliyevin namizədliyi ilə bağlı gedən müzakirələrə tanınmış siyasətçilər də qoşulmağa başlayıb. Son olaraq 1998-2003-cü illərdə prezidentliyə iddiaçı olan AMİP lideri Etibar Məmmədov eks-spikerin namizədliyindən danışıb. E.Məmmədov ölkə.az-a açıqlamasında deyib ki, Rəsul Quliyev tanınmış azərbaycanlıdır və Azərbaycan prezidentliyinə namizəd olmaq hüququ var:

Image result for Etibar Məmmədov

“Əgər Rəsul Quliyev bu hüququndan istifadə etmək istəyirsə, buna normal yanaşmaq lazımdır. Rəsul Quliyev Azərbaycana gəlmək və prezidentliyə namizəd olmaq istəyirsə, buyurub gəlsin. Mənim istənilən namizədə münasibətim müsbətdir. Ancaq mən heç bir siyasətçinin dəstəyi barədə fikir bildirmək istəmirəm. Ölkə qanunlarının tələblərinin Rəsul Quliyevin Azərbaycanda prezident seçkilərinə namizəd olmasına imkan verməməsi məsələsinə gəldikdə isə, bu, Mərkəzi Seçki Komissiyasının (MSK) səlahiyyətlərinə aid olan məsələdir. Hansı namizədin qanunun tələblərinə cavab verib-verməməsi məsələsini MSK müəyyənləşdirir”.

Keçmiş spikerlə bağlı gedən müzakirələrdən biri də onun vahid namizədliyi barədədir. R.Quliyevin vahid namizəd olmaq potensialının elə də zəif olmadığı vurğulanır. Qeyd edək ki, R.Quliyevdən öncə prezidentliyə iddiasını irəli sürənlər də var. Bunlar hələ üç il öncə Müsavatın son qurultayında namizədliyi elan olunan partiyanın sabiq başqanı, MSDM rəhbəri İsa Qəmbər, VİP sədri Əli Əliyev və Yeni AXCP-nin rəhbəri Razi Nurullayevdir.

Image result for Əli Əliyev

Ə.Əliyev gələcəkdə rəqibi ola biləcək şəxsin iddiasından danışdı: “Rəsul Quliyev vaxtaşırı fəallaşır. Onun siyasi aktivliyi sinusoidal xarakter daşıyır. Son illərdə, qiyabi də olsa, siyasi proseslərin əsas fiqurlarından biri kimi çıxış edir, hər halda görüntü belədir. İstər 2005, istərsə də 2013-cü il seçkilərində kifayət qədər fəal olub. Rəsul müəllimin bir məsləhətçi tövrü var, sanki hamıdan çox bilirmiş kimi özünü aparır. Hesab edirəm ki, onun davranışı ötən əsrin sonlarında qalıb, Naxçıvan dialektində hamıya ”bədbaxtlar” dediyi vaxtları xatırladır. Söz yox ki, Rəsul Quliyev siyasi səhnənin təcrübəli və önəmli şəxslərindəndir. Hadisələrin fərqli ssenarilərində potensialı yüksək ola bilər. Rəsul müəllimin, sözsüz ki, seçkilərdə iştirak iddiası qanunidir. Lakin müxalifətin vahid namizədi ola biləcəyi məsələsinə ehtiyatla yanaşılmalıdır. Fikrimcə, vahid namizəd bugünkü hakimiyyətin etdikləri mənfi işlərin məsuliyyətini daşımamalıdır. Rəsul müəllim bugünkü komandanın uzun müddət ortağı, onun törətdiklərinin bünövrə müəlliflərindəndir. Bu qəbildən olan şəxslərin müxalifət simvoluna çevrilməsi ziyanlı ola bilər. İrəli sürdüyüm müxalifət birliyi formatında mən bugünkü hakimiyyətlə prinsipial mövqedə duran şəxs və qurumların birliyi təklifini irəli sürmüşəm. Sözsüz ki, Rəsul müəllim belə statusa malik siyasətçidir. Lakin belə bir ittifaqın zirvəsində mütləq bu hakimiyyətin məsuliyyət yükünü daşımayan, qeyri-siyasi şəxsin olması daha məqsədəuyğundur. Bu mənim baxışlarımdır. Düz, ya səhv belə görürəm. Əgər Rəsul Quliyev iradə göstərə, Azərbaycana dönə, məni və tərəfdarlarımı inandıra bilsə, planın həyata keçməsi üçün ölkədaxili və xarici qüvvələri bir araya gətirmək qabiliyyətini nümayiş etdirsə, o zaman onun namizədliyini dəstəkləyə bilərəm. Qalan variantlarda mən namizəd olaraq özümü ondan daha şanslı və layiqli bilirəm”.

Image result for Razi Nurullayev

R.Nurullayev Rəsul Quliyevin vahid namizədliyinə və iddiasını irəli sürməsinə normal yanaşır: “Bunlar onun şəxsi işidir. Partiya kimi qarşımızda duran öz vəzifələrimiz var. Digər partiyaların planlarını, namizədlərin necə iştirak edəcəklərini müzakirə etmirik. Seçkilərdə iştirakımı artıq bəyan etmişəm. Qeyd etmişəm ki, bu ilin sonlarına qədər bütün siyasi partiyalarla, seçkilərdə iştirak edəcək şəxslərlə danışıqlar aparacam. Vahid format, platforma müəyyən etməliyik. Əgər bu, baş verməyəcəksə, biz gələn ilin əvvəllərindən təkbaşına seçkidə iştirak üçün çalışacağıq. Kimsə seçkidə iştirak etmək istəyirsə, ona uğurlar arzulayırıq. İstənilən halda hər bir Azərbaycan vətəndaşı, prezident olmağı istəyən şəxs namizəd ola bilər. Rəsul Quliyev namizədliyini verib, bizə ona uğurlar diləmək qalır”.

Previous Post

Rəsul Quliyev müxalifətin vahid namizədi ola bilər-reaksiyalar

Next Post

Binəqədi yolunda son vəziyyət – Fotolar

Bənzər yazılar

Merz Trampla danışıqdan imtina edib

Merz Trampla danışıqdan imtina edib

09 Sentyabr 2026 - 17:38

Almaniya kansleri Fridrix Merz çərşənbə gününə planlaşdırılan ABŞ prezidenti Donald Tramp ilə telefon danışığını keçirməkdən imtina edib. Elchi.az xəbər verir...

Zaxarova Qərb elitalarını qullarla müqayisə etdi

Zaxarova Qərb elitalarını qullarla müqayisə etdi

09 Sentyabr 2026 - 16:00

"Qərb elitaları reallıqdan qopublar və qulyabanılar kimi öz ölkələrinin hesabına yaşayırlar". Elchi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər...

“ABŞ Kuba böhranında iştirak etmir” – Rubio

“ABŞ Kuba böhranında iştirak etmir” – Rubio

09 Sentyabr 2026 - 14:00

ABŞ Dövlət katibi Mark Rubio Kubada mümkün böhranla bağlı iddiaları rədd edərək, ada ölkəsində pisləşən vəziyyətə görə iqtisadi blokada tətbiq...

Çox isti içkilər xərçəng riskini artıra bilər

Çox isti içkilər xərçəng riskini artıra bilər

09 Sentyabr 2026 - 10:44

Çox yüksək temperaturda isti çay və qəhvə kimi içkilərin müntəzəm olaraq qəbul edilməsi qida borusu xərçəngi riskini artırır. Mütəxəssislər içkinin...

Next Post

Binəqədi yolunda son vəziyyət - Fotolar

Binəqədi yolunda son vəziyyət - Fotolar

Son xəbərlər

Dövlət qurumu adı ilə zəng edib pulları ələ keçirirlər – DİN-dən xəbərdarlıq

DİN-in yeni vəzifəsi müəyyənləşib

09 Sentyabr 2026 - 19:26
Fransa FİFA prezidentliyinə İnfantinonu dəstəkləməyəcək

Fransa FİFA prezidentliyinə İnfantinonu dəstəkləməyəcək

09 Sentyabr 2026 - 19:12
Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

09 Sentyabr 2026 - 19:04
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib

“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib

09 Sentyabr 2026 - 18:52
Bakının bu yollarında sıxlıq var – SİYAHI/YENİLƏNDİ

Bakının bu yollarında sıxlıq var – SİYAHI/YENİLƏNDİ

09 Sentyabr 2026 - 18:44
Konqoda dəhşətli statistika: Ebola epidemiyasında ölüm faizi 48%-ə çatdı

Konqoda dəhşətli statistika: Ebola epidemiyasında ölüm faizi 48%-ə çatdı

09 Sentyabr 2026 - 18:32
Azərbaycanda kök hüceyrə köçürülməsinə başlanılır – Tibb müəssisələrinin rəsmi siyahısı yeniləndi

Azərbaycanda kök hüceyrə köçürülməsinə başlanılır – Tibb müəssisələrinin rəsmi siyahısı yeniləndi

09 Sentyabr 2026 - 18:27
“Mançester Yunayted”in baş məşqçisi: “Sabah”ın necə oynadığını bilirik”

“Mançester Yunayted”in baş məşqçisi: “Sabah”ın necə oynadığını bilirik”

09 Sentyabr 2026 - 18:13
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi

FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi

09 Sentyabr 2026 - 17:59
Bakıda Mərakeş İrsi Günləri keçiriləcək

Bakıda Mərakeş İrsi Günləri keçiriləcək

09 Sentyabr 2026 - 17:45
Merz Trampla danışıqdan imtina edib

Merz Trampla danışıqdan imtina edib

09 Sentyabr 2026 - 17:38
Mərhum jurnalist Nəcəf Nəcəfovun məzarındakı barelyefi oğurlayan şəxs tutulub

Mərhum jurnalist Nəcəf Nəcəfovun məzarındakı barelyefi oğurlayan şəxs tutulub

09 Sentyabr 2026 - 17:26
The Economist: Ukraynanın “Patriot” raket ehtiyatları tükənir

The Economist: Ukraynanın “Patriot” raket ehtiyatları tükənir

09 Sentyabr 2026 - 17:19
Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlayır – VİDEO

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlayır – VİDEO

09 Sentyabr 2026 - 17:10
Suraxanıda növbəti səyyar görüşlər keçirildi

Suraxanıda növbəti səyyar görüşlər keçirildi

09 Sentyabr 2026 - 16:57
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.