Rusiyanın Ryazan vilayətində baş verən meşə yanğınlarının söndürülməsi üçün 7 təyyarə və 10 helikopter göndərilib.
Bunu Ryazan vilayətinin qubernatoru Pavel Malkov deyib.
“Əlavə qüvvələr gəlməyə davam edir. Bu gün demək olar ki, burada misli görünməmiş resurslardan istifadə olunur – 7 təyyarə, 10 helikopter. Bütövlükdə heyət bu gün 900 nəfərə yaxın olacaq. Bütün bu qüvvələr əlaqələndirilir, federal və regional idarələr sıx əlaqədə işləyirlər”, – deyə Malkov bildirib.
Onun sözlərinə görə, güclü küləyin əsməsi zamanı yanğın ocaqları yaranır ki, bu da aviasiyanın işini çətinləşdirir.
Qubernator bildirib ki, yanğın riski aviasiyanın işləyə bilmədiyi gecə vaxtı daha da artır.
Azərbaycan nümayəndə heyəti beynəlxalq konfransda iştirak etdi
14-18 sentyabr 2026-cı il tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş Konfransının 70-ci Növbəti Sessiyası...





















Son şərhlər