“Rusiya Federasiyası hələ ki, Strateji Hücum Silahları Müqaviləsi (START) çərçivəsində ABŞ-la əlaqə saxlamaq niyyətində deyil”.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verib.
O, eyni zamanda ABŞ-ın bu açıqlamadan geri çəkilə biləcəyini də istisna etməyib.
“Mən heç nəyi istisna etmirəm. Onlar əvvəllər bir çox müqavilələrdən çıxıblar. Onların bundan sonra nə edə biləcəyini proqnozlaşdırmaq asan deyil”,- deyə Ryabkov amerikalıların START-dan geri çəkilə biləcəyi sualına cavab verib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin ötənlərdə Federal Məclisə müraciəti zamanı ölkənin 2026-cı il fevralın 5-də başa çatacaq Yeni START müqaviləsində iştirakını dayandırdığını açıqlayıb.
Yeganə