NATO-nun baş katibi Mark Rütte etiraf edib ki, alyans Ukraynanın hava hücumundan müdafiə (HHM) sistemləri ilə təminatının öhdəsindən tam gələ bilmir, lakin “əlindən gələni edir”.
Elchi.az xəbər verir ki, o, bu barədə iyulun 7-8-də Ankarada keçiriləcək sammitdən əvvəl təşkil olunan mətbuat konfransında bəyan edib.
“Avropada HHM vasitələrinin istehsalı üçün müəyyən hüdudlar var”, — deyə o, Kiyevə endirilən “dağıdıcı Rusiya zərbələri” barədə suala cavab verərkən bildirib.
“NATO ölkələri əllərindən gələn hər şeyi edirlər, xüsusən də PURL (ABŞ-dan Avropa pulları hesabına silah satın alınması) sistemi çərçivəsində. Hazırda biz danışarkən belə, raket-tutucular Ukraynaya daxil olur”, — deyə Rütte qeyd edib və eyni zamanda Ukraynanın özündə HHM vasitələrinin istehsalının vacibliyini vurğulayıb.
Məryəm





















