"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home FLƏŞ

Rüşvətxor sabiq hakimdən məhkəmə sədrinə şok ittihamlar

16 Oktyabr 2014 - 12:05
in FLƏŞ
FacebookVatsap

12000-ci ildən 2007-ci ilə qədər Binəqədi Rayon Məhkəməsinin sədri, 2007-ci ildən etibarən isə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləmiş və bu ilin fevral ayında ölkə başçısı İlham Əliyevin sərəncamı ilə səlahiyyətlərinə xitam verilmiş sabiq hakim Həsən Əliyev ona qarşı aparılan bu oyunların arxasında dayanan şəxslərin məqsədlərini açıqlayıb.

Bunu da oxuyun

iPhone 15 ABŞ satışlarında iPhone 14-ə qalib gələ bilmədi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Virtualaz.org saytına danışan keçmiş hakimin sözlərinə görə, 2007-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində işə başladığı gündən məhkəmə sədri Mahmud Nəbiyevlə ulduzları heç cür barışmayıb. Buna səbəb isə guya Həsən Əliyevin məhkəmə sədrinin kreslosuna göz dikməsi olub. Elə sabiq hakimə qarşı aqressiyanın kökündə də bu məsələ dayanıb.

Bəzi mənbələrin H.Əliyevi ədliyyə nazirinin kadrı kimi qələmə verməsi isə münasibətləri daha da korlayıb. Yeni gələn hakimin nazirə yaxın olması barədə deyilənlərə əsasən hər an onun yerinə keçməsi ehtimalı məhkəmə sədrini rahat buraxmayıb. Hətta bəzi qaynaqlarda sabiq hakimin “vurulması”na səbəb kimi məhz bu amil önə çəkilib.

H.Əliyevin dediklərindən: “Mahmud Nəbiyev öz davranışı ilə hakim dostlarımı, texniki işçiləri də məndən çəkindirməyə çalışırdı. Həmin şəxslər mənimlə ünsiyyət qurmaqdan çəkinirdilər. Məni bir növ qaralamışdı. Hər vəchlə məni gözdən salmağa çalışırdı. Hakim səlahiyyətlərimə xitam veriləndən sonra şəxsi əşyalarımı aparmaq üçün kabinetin açarının birini özümdə saxlamışdım. MTN-ə verdiyim səs yazısından sonra məni cəzalandırmaq  tapşırığı gəlmişdi. Mənim qapım möhürləndi, Mahmud Nəbiyev sanki orada bir xof yaratdı.

Qeyd edim ki, qapı yalnız istintaq zamanı möhürlənə bilər. Mahmud Nəbiyev isə məhkəmənin texniki işçisinə göstəriş vermişdi ki, Həsən Əliyev özü gəlməyincə əşyalarını vermə. Sonra mənə zəng vurub dedi ki, gətir vəsiqəni qaytar. Dedim mən vəsiqəni Ədliyyə Nazirliyinə verməliyəm. Cavabında “rəhbərlik mənə tapşırıb” dedi.

Əminəm ki, Ədliyyə Nazirliyindən ona heç kim belə tapşırıq verməmişdi. Bəs Mahmud Nəbiyevin rəhbəri kim idi? Bax, müəmmalı olan budur.

Mən yalnız əməkhaqqına işləyən hakim olmuşam. 7 il ərzində çıxdığım işlər hamısı analoji işlər olub. Bəraət hökmü çıxardığım işlər də olub. Prokurorluq protest verməsinə baxmayaraq bəraət verdiyim işlər öz gücündə qalıb”.

Digər tərəfdən, sabiq hakimin həm də baş prokurorun yerinə iddialı olması barədə söz-söhbətlər dolaşıb. Bundan H.Əliyevin özünün də xəbəri olub və buna təəccüblənib: “Mən kiməm ki, kiminsə yerinə göz dikim? Bəlkə də Mahmud Nəbiyevin yerinə ola bilərdi. Amma Zakir Qaralovun yerinə keçmək istəyi yatsam heç yuxuma da girməzdi”.

Sabiq hakimin dediklərinə görə, bəzi KİV-lərdə onun barəsində həqiqətə uyğun olmayan yazıları dərc etdirən, onlara maliyyə dəstəyi verən şəxslər Nərimanov Rayon Polis İdarəsi (RPİ) 16-cı polis bölməsinin rəisi Hikmət Usubovla Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevdir: “Mən yalan danışmıram. Əməllərimdə iynə ucu boyda qüsur axtaran Mahmud Nəbiyev öz gözündə tiri görmür, görmək istəmir. Onun kürəkəni barəsində 20 milyonluq maxinasiya üzrə il yarım-iki ildir iş gedir. Onu ört-basdır elədi. Axı əməllərimdə nə vardı ki, məni bu cür tələyə saldılar, cinayət işi quraşdırdılar?! Hər şeyin sifariş olduğu məlum idi. Bu, bir oyun idi. Ədliyyə naziri Fikrət Məmmədov ədaləti qoruyan insandır. Əgər o olmasaydı, görün nələr baş verərdi. O insanın varlığı çox şeylərin qabağını aldı”.

H.Əliyevin sözlərinə görə, ona 600 min manat rüşvət ittihamı irəli sürən Ramazan Səlimovun pulunun dəyərini ödəmək məqsədi ilə 18 avqust, 2014-cü ildə Nəsimi Rayon Məhkəməsində oğlu Vüqar Əliyevə mərhum anasından miras qalmış mənzilin üzərinə həbs qoyulması ilə bağlı qərar çıxarılıb: “Nəsimi Rayon Məhkəməsinin 8 sentyabr tarixli qərarı ilə digər oğlum Tural Əliyevin adına olan 3 min manatlıq “Niva” markalı maşının üzərinə həbs qoyulub. Məgər mənim oğlum özünə maşın ala bilməz? Həyat yoldaşımın adına olan əmlaka da həbs qoyulub. Hakimlər bu cür qərarları sifarişlə çıxarırlar. Bunu özləri də etiraf edirlər. Belə qərarlar çıxarmağa göstəriş verən qara qüvvə kimdir? Onlara təbii ki, məhkəmə sədri tapşırıq verir. Yaxşı, məhkəmə sədrinə sifarişi kim verir? Bax, məsələ bundadir. Əgər söhbət cinayət işində olan cinayətdən gedirsə, mülki qaydada əmlak üzərinə həbs qoymaq nə deməkdir? Əmlak üzərinə mülki qaydada həbs qoyurlarsa, onda bu cinayət işi nə deməkdir? Hal-hazırda o qərardadların apelyasiyada ləğvi ilə məşğulam. Konstutisiyaya görə, hər kəsin əmlakı toxunulmazdır. Ata oğula, oğul ataya görə cavab verməməlidir. Yəqin bu təqib belə davam edərsə, deməli, mənim bacım, qardaşlarım, digər qohumlarım da əmlak həbsinə məruz qalacaqlar…”

Xatırladaq ki, H.Əliyevin səlahiyyətlərinə xitam verildikdən təxminən 5 ay sonra o, cinayət məsuliyyətinə cəlb olunub. Ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Həsən Əliyev bu cinayət işi üzrə yeganə təqsirləndirilən deyil, onunla yanaşı daha iki nəfər var. Bunlar Elman Məmmədov və Taleh Süleymanovdur. Hər iki şəxsin barəsində həbs-qətimkan tədbiri seçilib.

Həsən Əliyevə verilən ittihamın mahiyyəti ondan ibarətdir ki, o, Ramazan Səlimov adlı şəxsə vəzifədə olan tanışları vasitəsilə onu icra başçısı təyin etdirəcəyi barədə vəd verib. Bu təyinat üçün Ramazan Səlimovdan 1 milyon dollar istənilib. Bu məbləğ milli valyuta ilə hesablanaraq təxminən 800 min manata bərabər sayılıb.

İş materiallarından belə aydın olur ki, pulun böyük hissəsi əvvəlcədən verilib. Yəni Həsən Əliyev 2011 və 2012-ci illərdə hər dəfə 300 min olmaqla R.Səlimovdan iki dəfəyə ümumilikdə 600 min manat pul alıb.

Previous Post

Rüşvətxor sabiq hakimdən məhkəmə sədrinə şok ittihamlar

Next Post

“Bu adamların istefa verməsi belə etik normalardan kənardır” -GÜLMƏLİ AÇIQLAMA

Bənzər yazılar

iPhone 15 ABŞ satışlarında iPhone 14-ə qalib gələ bilmədi

iPhone 15 ABŞ satışlarında iPhone 14-ə qalib gələ bilmədi

02 May 2024 - 14:56

Consumer Intelligence Research Partners analitik şirkəti 2024-cü ilin birinci rübündə - yanvarın 1-dən martın 31-dək iPhone satışlarına yekun vurub. Siyahıya...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

15 Aprel 2024 - 15:53

Dünya şöhrətli Sidney keşişi Mar Mari Emmanuel canlı moizə zamanı bıçaqla hücuma məruz qalıb. Elchi.az xəbər verir ki, dünya şöhrətli Sidney...

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

01 Aprel 2024 - 17:16

Rusiyada sürət qatarı sərnişin avtobusu ilə toqquşub. Elchi.az xəbər verir ki, hadisə Yaroslavl vilayətində baş verib. Yaroslavl vilayətinin Berendeyevo şəhərində...

Next Post

"Bu adamların istefa verməsi belə etik normalardan kənardır" -GÜLMƏLİ AÇIQLAMA

"Bu adamların istefa verməsi belə etik normalardan kənardır" -GÜLMƏLİ AÇIQLAMA

Son xəbərlər

İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə zərbə endirdiyini açıqlayıb

İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə zərbə endirdiyini açıqlayıb

30 İyul 2026 - 23:54
Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edilib

Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edilib

30 İyul 2026 - 23:51
ABŞ İrana görə beş şirkəti “qara siyahı”ya salıb

ABŞ İrana görə beş şirkəti “qara siyahı”ya salıb

30 İyul 2026 - 23:49
Livan Prezidenti Türkiyədə rəsmi səfərdədir

Livan Prezidenti Türkiyədə rəsmi səfərdədir

30 İyul 2026 - 20:15
İran Bolqarıstanı ABŞ hərbi aviasiyasının yerləşdirilməsindən imtina etməyə çağırıb

İran Bolqarıstanı ABŞ hərbi aviasiyasının yerləşdirilməsindən imtina etməyə çağırıb

30 İyul 2026 - 20:12
Sabah Bakının üç ərazisində qaz təchizatında fasilə yaranacaq

Sabah Bakının üç ərazisində qaz təchizatında fasilə yaranacaq

30 İyul 2026 - 20:08
Türkiyədə SOCAR-ın strateji layihələri və enerji təhlükəsizliyi məsələləri müzakirə edilib

Türkiyədə SOCAR-ın strateji layihələri və enerji təhlükəsizliyi məsələləri müzakirə edilib

30 İyul 2026 - 20:05
Sülh Şurası: Razılaşma icra edildikdən sonra HƏMAS Qəzzada inzibati rol oynamayacaq

Sülh Şurası: Razılaşma icra edildikdən sonra HƏMAS Qəzzada inzibati rol oynamayacaq

30 İyul 2026 - 20:01
Bu ilin ilk altı ayında Azərbaycanda hepatit B və C diaqnozu ilə 28 nəfər qeydiyyata alınıb – RƏSMİ

Bu ilin ilk altı ayında Azərbaycanda hepatit B və C diaqnozu ilə 28 nəfər qeydiyyata alınıb – RƏSMİ

30 İyul 2026 - 19:57
Prezident İlham Əliyev Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib

Prezident İlham Əliyev Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib

30 İyul 2026 - 19:33
Beynəlxalq axtarışda olan şəxs Ukraynadan Azərbaycana ekstradisiya olunur

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan Azərbaycana ekstradisiya olunur

30 İyul 2026 - 19:30
Sumqayıtda və Yasamalda oğurluq edən şəxslər saxlanıldı

Sumqayıtda və Yasamalda oğurluq edən şəxslər saxlanıldı

30 İyul 2026 - 19:27
Ərdoğan: Cozef Aunla İsrailin Livana hücumlarını müzakirə etdik

Ərdoğan: Cozef Aunla İsrailin Livana hücumlarını müzakirə etdik

30 İyul 2026 - 19:25
İran Küveytdəki ABŞ bazasına hücum edib

İran Küveytdəki ABŞ bazasına hücum edib

30 İyul 2026 - 19:20
“Zirə” – “Payde” matçının start heyətləri açıqlandı

“Zirə” – “Payde” matçının start heyətləri açıqlandı

30 İyul 2026 - 19:15
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.