Rusların 81 faizi Putinə güvənir

67

Rusiyada İctimai Rəy Fondunun fevralın sonunda keçirdiyi sorğu göstərib ki, respondentlərin 81%-i Rusiya Federasiyasının prezidentinə etimad göstərib.

Elchi.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, respondentlərin 81 faizi bildirib ki, Vladimir Putin vəzifəsini yaxşı yerinə yetirir.

Rusiyalıların 11%-i Putinə etibar etmədiyini deyib, 8%-i isə cavab variantlarından heç birini seçə bilməyib.

Bir həftə əvvəl oxşar araşdırmanın nəticələri təxminən eyni idi. “FOMnibus” sorğusu fevralın 24-26-da keçirilib. Sosioloqlar 53 regionda 104 yaşayış məntəqəsindən 1500 yetkin rusdan müsahibə götürüblər.

Eyni sorğuda ruslardan fevralın ikinci yarısında hansı hadisələri ən əlamətdar hesab etdikləri soruşulub. 30%-i Ukraynadakı xüsusi hərbi əməliyyat hadisələrini, 19%-i isə Prezidentin Federal Məclisə müraciətini adlandırıb.

Eyni zamanda Rusiyanın START-da iştirakını dayandırması, Moskva ilə Qərb arasında münasibətlərin kəskinləşməsi, Türkiyədə baş verən zəlzələdən sonra Rusiyanın yardımı da mühüm hadisə kimi dəyərləndirilib.

Yeganə