“Finlandiya NATO-ya sığınaraq Kremlin caynağından qurtuldu”.
Elchi.az-ın məlumatına görə, bu sözləri tanınmış jurnalist İbrahim Nəbioğlu Feysbuk hesabında yazıb:
“Tam da bu günlərdə NASA, yəni ABŞ kosmosda ilk mobil şəbəkə qurmaq üçün Finlandiya şirkəti Nokia ilə müqavilə imzaladı.
Kosmosda Mobil Şəbəkə Qurmaq!!!
Bu layihənin miqyasını, nəhəngliyini gözlərinizin önünə gətirin. İnsanın heyrətdən qanı donur. Ruslar ölkəsinin 70%-ni internetlə təmin edə bilmir, mütərəqqi Dünya isə kosmosda mobil şəbəkə qurur”.