Ukraynadakı rus qoşunları rəhbərliyin vəd etdiyi maaşları və mükafatları almır. Bu, yəqin ki, Ukraynada döyüşməyə razılıq verən rus əsgərlərinin əsas problemlərindən biridir.
Bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
“Rus işğalçılarının gəliri əsas əmək haqqı, müxtəlif bonuslar və müavinətlər sistemindən ibarətdir. Lakin Rusiyada vəd edilən vəsaitin ödənilməsində problemlər yaranıb. Bu, çox güman ki, səmərəsiz hərbi bürokratiya, “xüsusi hərbi əməliyyat”ın qeyri-adi hüquqi statusu və komandirlər arasında aşkar korrupsiya ilə bağlıdır”, – məlumatda bildirilib.
Qeyd olunur ki, Rusiya komandanlığı ödənişin gecikdirilməsi ilə yanaşı, əsgərləri adi əşyalarla – geyim, silah və yeməklə də təmin etmir. Bu, rus qoşunlarının mənəviyyatına əhəmiyyətli dərəcədə təsir edir.
Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib
Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Antonio Koşta Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı ölkənin Aİ-yə üzvlüyə hazırlıq prosesini...





















Son şərhlər