“Rusiya hakimiyyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) tərəfdaşlarına Ukraynada keçirilən xüsusi əməliyyatla bağlı yardım istəyi ilə müraciət etməyib”.
Elchi.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya-24” telekanalına müsahibəsində deyib:
“Biz xüsusi hərbi əməliyyatın vəzifələrini həll etmək, çevrilişdən sonra Qərbin Ukrayna rejimi vasitəsilə başlatdığı müharibəni dayandırmaq üçün lazım olan hər şeyə malik olduğumuzu əsas götürürük”.
Eyni zamanda, nazir qeyd edib ki, bu yaxınlarda KTMT ölkələrinin parlamentariləri ilə görüşüb. Onun sözlərinə görə, Rusiyanın KTMT-dəki tərəfdaşları Qərb ölkələrinin Ukraynada hansı məqsədlər güddüyünü çox gözəl görür və qarşılıqlı fəaliyyət və kənardan qeyri-qanuni təsirlərdən qorunmaq üçün əlavə mexanizmlər yaratmaq istərdilər.
Yeganə