Rusiya hakimiyyəti Ukrayna ordusunun ölkənin şərqində əks-hücum əməliyyatını davam etdirməsi fonunda gizli səfərbərliyi ikiqat artırıb.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Ukrayna şərqdə əks-hücum əməliyyatlarını davam etdirir, Xarkovun şərq hissəsində, Luqanskın şimalı və Donetskin şərqində rusların mövqelərinə, maddi-texniki dəstək xətlərinə təzyiqi artırır. Rusiya Ukrayna ilə müharibədən bəri keçmiş sovet respublikalarında olan hərbi bazalarındakı qüvvələrin əksəriyyətini tükəndirib. Bu isə həmin dövlətlərdə Rusiyanın təsirini zəiflədir”, – məlumatda deyilir.
Avropa liderlərindən Ukrayna ilə bağlı mesaj: Rusiya ilə danışıqlara hazırıq
Kiyevə güclü dəstək nümayiş etdirən Avropa liderləri, Ukraynadakı müharibəyə son qoymaq məqsədilə Rusiya ilə danışıqlara başlamağa hazır olduqlarını bəyan etdilər....





















Son şərhlər