Kanadanın baş naziri Castin Trüdonun Rusiyaya məxsus An-124 təyyarəsini müsadirə edərək Ukraynaya təhvil vermək qərarı qanunsuzdur. Elchi.az TASS-a istinadən yazır ki, bu barədə Rusiyanın Ottavadakı səfiri Oleq Stepanov danışıb.
Onun sözlərinə görə, müasir Trüdo rejimi Kanadada hüquq sisteminin mövcud olmadığını göstərib.
Kanadanın Rusiyanın An-124 təyyarəsini Ukraynaya təhvil verməsi üçün müsadirə etməsi iyunun 10-da məlum olub. Bu barədə Kanadanın Baş naziri Castin Trüdo məlumat verib.
Havar Şəfiyeva