Ukraynada törətdiyi pozuculuq fəaliyyətinə, terrorçuları dəstəklədiyi üçün Rusiyanın sanksiyara məruz qalması ölkə iqtisadiyyatına ciddi təsir göstərməyə başlayıb.
Elchi-az-ın “Bi-Bi-Si”-yə istinadən məlumatına görə,Rusiyanın keçmizş maliyyə naziri Aleksey Kudrin ölkə iqtisadiyyatı ilə bağlı proqnozlar verib: “Ölkə iqtisadiyyatına xarici sərmayənin cəlb edilməsi və rublun etibar qazanması üçün 7- 10 il lazım gələcəck. Azı yaxın 20 ildə rubl bölgə üçün ehtiyat valyuta ola bilməyəcəck”.
Onun sözlərinə görə, Ruisiya hazırda keçid dövründədir: “3-4il, bəlkə bir az gec iqtisadiyyat durğunluq dövrünə, keçərək çökəcəck. İnsanlar yeni şəraitlə bağlı qənaətə keçəcək. Müəssisələr inkişaf proqramlarını azaldacaq. Böhranadək olan dövrdə daxili bazarın tələbi ildə 6,9 faiz təşkil edirdisə, ötən il bu rəqəm 1,6 faiz olub.Sərmayə qoyuluşu ardıcıl olaraq, iki azalır ”-deyə o, bildirib.
Keçmiş nazirin fikrincə,Rusiya iqtisadiyyatı uzun müddət sanksiya rejimi altında olacaq: “Mənim proqnozum bvelədir – sanksiyalar illər uzunu tətbiq ediləcək. Neçə il? Bu, tərəflərin siyasi qərarından asılı olacaq” .