Tacikistandan Suriyaya “İŞİD”-in tərkibində döyüşənlərin baş ofisi Moskvada yerləşir.
Elchi.az-ın “AzadlıqRadiosu”-na istindaən məlumatına görə, Tacikistanın Milli Təhlükəsizlik Komitəsinin sədr müavini Akram Amonov deyib ki, Suriyada vuruşanlar arasında, o cümlədən İslam Dövləti yaraqlıları sıralarında 300 tacik var.
O, noyabrın 21-də parlamentə bildirib ki, taciklər Suriyaya Rusiya və Əfqanıstandan keçərək gedirlər.
Onun sözlərinə görə, Suriya üçün könüllü yığan ofis Moskvada Prospekt “Mira”-da yerləşir.
Rusiyanın Avropa regionları müsəlmanlarının Dini İdarəsinin sədr müavini Damir Muxetdinov “Azadlıqradiosu”na deyib ki, Orta Asiyadan olan işçi miqrantlar Moskvada könüllü axtaranların hədəfinə asanlıqla çevrilir.
Bundan əvvəl Tacikistan hakimiyyəti Suriyada 200 tacikin vuruşduğunu bildirirmişdi. Məlumata əsasən, Suriyadakı döyüşlərdə 50 tacik ölüb.