Pskov vilayətində Rusiyanın iki ədəd Ka-52 helikopteri partlayıb.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, helikopterlər Rusiya-Latviya sərhədi yaxınlığında yerləşən hərbi aerodromun ərazisində olublar. Dünən axşam saatlarında aerodrom ərazisində bir neçə güclü partlayış eşidilib.