"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Rusiyanın canlı efirində: "Ermənistan itin quyruğudur, Azərbaycan isə.."

18 Yanvar 2015 - 17:28
in SİYASƏT
FacebookVatsap

rusiyaRusiyanın “Exo Moskva” radiostansiyasının şərhçisi, nüfuzlu jurnalist Yuliya Latınina müəllifi olduğu “Kod dostupa” verilişində Ermənistanın ünvanına ağır ifadələr işlədib. Azərbaycanın isə qüdrətli ölkəyə çevrildiyini deyib.

Bunu da oxuyun

Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşdü

İlham Əliyev İspaniya Kralına başsağlığı verib

Milli Məclis Azərbaycan ilə Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni ratifikasiya edəcək

Ermənistandakı 102-ci Rusiya hərbi bazasının əsgərinin Gümrüdə bir erməni ailəsini güllələməsi hadisəsi ətrafında baş verənləri şərh edən Yuliya Latınina canlı yayımda Ermənistanın “Rusiyanın arxasınca it quyruğu kimi süründüyünü” deyib.
 
Bizimyol.info Virtualaz.org-a istinadən xəbər verir ki, nüfuzlu rusiyalı şərhçinin yanvarın 17-də axşam efirə gedən verilişinin bu hissəsinin stenoqramını olduğu kimi təqdim edir:
“Axşamınız xeyir! Efirdə Yuliya Latıninadır. Ermənistan məsələsindən başlamaq istəyirəm. Mənim Ermənistanda nə baş verdiyinə dair bir neçə sualım var. Xatırladıram ki, bizim, Rusiyanın satelliti olan Ermənistan adında ölkə var. Üümumiyyətlə, bizim satellitlərimizi barmaqla saymaq olar, özü də çəkməni çıxarmadan və hətta sol əldən əlcəyi çıxarmadan. Bu, Cənubi Osetiyadır, hansı ki, biz onu HƏMAS-a çevirmişik; Abxaziyadır, hansı ki, situasiya tamamilə fəlakətlidir; Dnestryanı bölgədə də fəlakətli situasiya hökm sürür, budur, bizim böyük HƏMAS-a çevirdiyimiz Donbasda isə kifayət qədər anlaqsız lümpenlər ailələri güllələyir, mənzillərini və maşınlarını əllərindən alır. Bütün bunları güllələnənlərin “lənətlənmiş ukraynalı faşistlərdən müdafiə olunması” adı altında edirlər. Ancaq yeri gəlmişkən kimi güllələsələr dərhal onu Ukrayna faşisti elan edirlər. Beşincisi isə Ermənistandır. Ermənistan bizdən heç cür yaxa qurtara bilməz: ölkə hər cür azərbaycanlılardan fərqli olaraq Gömrük İttifaqına üzv olub, o cümlədən həmin Ukraynanın özündən fərqli olaraq. Aydındır nəyə görə. Çünki balaca və yoxsul Ermənistanın yanında qüdrətli və varlı Azərbaycan var.
Görürük ki, rollar son 20 ildə necə dəyişib, çünki hələ 20 il əvvəl Ermənistam qabaqcıl, daha inkişaf etmiş ölkə kimi görünürdü. Bütün bu 20 il ərzində Ermənistandan məhsuldar yaradıcı əhalinin böyük hissəsi qaçıb getdi. Azərbaycan isə əksinə, neftin və kifayət qədər ağıllı siyasətin sayəsində çox güclü inkişaf etdi və ayağa qalxdı. Və bu gün Ermənistan küncə sıxılıbsa təbii ki, Azərbaycanı Dağlıq Qarabağı geri qaytarmaqdan saxlayan yeganə səbəb var-Rusiyanın Ermənistana yardımı.
Və budur, bütün dövrlərdə bizim sadiq nökərimiz olan bu ölkə arxamızca itin quyruğu kimi sürünür… 12 yanvarda çağırışçı əsgər Valeri Permyakov Gümrüdə ya Avetisyanlar ailəsinin evinə girib, ya su içmək istəyib, ya güclü kayfda olub. Ya da hərbi bazada tamamilə bardak hökm sürür.
Və əgər bazanın əsgəri güclü kayfda olubsa görünür bu, bazanın ərazisində satılan yeganə kayfdır. Qısa desək o, bütün ailəni güllələyib. İki yaşlı uşağa gülləsi çatmadığından onu süngü-bıçaqla öldürüb. O, hərəkətini belə izah edib ki, adamların onu tanıyıb hərbi bazaya xəbər verəcəyindən qorxub. Yəni iki yaşlı uşaq da onu tanıyıb xəbər verərmiş. Və budur, gülləsi çatmayıb, süngü-bıçaqla doğramağı qərara alıb.
Evdə onun ayaqqabısını və paltarını tapıblar, ayaqqabıda isə müvafiq olaraq əsgərin familiyası yazılıbmış: “Permyakov”. Permyakovu bir sutka sonra Türkiyə ilə sərhəddə tutublar. Və bundan sonra finiş gəliir, çünki əsgəri məhkəmə üçün Ermənistan hakimiyyətinə vermək əvəzinə 102-ci bazanın komandanlığına təhvil veriblər.
Bundan sonra görünür Kremldə kimlərsə ayaqlarını erməni xalqına silməyi qərara alıb. Mən yeri gəlmişkən analoji vəziyyəti yada salıram. Podolsk ətrafında yol qəzası oldu: sürücü erməni idi və onu məhkəməyə qadın xalatında gətirdilər-o vaxt da xeyli adam hlak olmuşdu. Ancaq onda, bildiyiniz kimi, Rusiya ərazisində cinayət törətmiş həmin ermənini mühakimə olunmaq üçün Ermənistana vermədilər.
Lakin tamamilə aydındır ki, biz ayrıca götürülmüş sıravi Permyakovun şərəfini niyə qorumağı qərara almışıq. Bu fakt diqqəti ona yönəldir ki, biz özgə ölkənin ərazisində özümüzü hətta müstəmləkə ərazisində olduğu kimi deyil, erməni xalqı üçün ən təhqiramiz formada aparırıq. Üstəlik ona görə yox ki, belə eləmək olar. Ona görə ki, Kremlin beynəlxalq siyasətdə böyüklüyü ideyası belədir.
Nəticədə minlərlə nümayişçi Rusiya hərbi bazasını mühasirəyə aldı. Mənim iki sualım var. Aydındır ki, bu hadisəyə görə Ermənistanda kritik heç nə olası deyil. Çətin ki, orada Sərkisyanı aşıran maydan başlasın. Ancaq iki məsələ var. Bizə elə gəlir ki, Ermənistan çox uzaqdır. Doğrudanda uzaqdır, ancaq o, bizim döyüşdüyümüz “lənətlənmiş pindoslar” deyil, hər halda Zaqafqaziyadır. Kifayət qədər qaynar regiondur. Qonşuda isə Azərbaycan var, hansı ki, onunla münasibətlər də bizə vacibdir. İndi budur, azərbaycan xalqı Ermənistanda baş verənləri sevincək baxır və deyir: “Görürsünüz, sizin ikinci sort müstəmləkəçiləriniz sizinlə necə davranır?”
Previous Post

Rusiyanın canlı efirində: "Ermənistan itin quyruğudur, Azərbaycan isə.."

Next Post

“Real”dan böyükhesablı qələbə

Bənzər yazılar

Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşdü

Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşdü

29 Oktyabr 2026 - 19:07

Oktyabrın 28-də Bakıda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli...

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdi

İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29 Oktyabr 2026 - 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. Elchi.az xəbər verir ki, məktubda deyilir: "Əlahəzrət, Toledo əyalətində...

Milli Məclis Azərbaycan ilə Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni ratifikasiya edəcək

Milli Məclis Azərbaycan ilə Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni ratifikasiya edəcək

29 Oktyabr 2026 - 17:24

Milli Məclis Azərbaycan ilə Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni ratifikasiya edəcək. Elchi.az-ın xəbərinə görə, bu barədə qanun layihəsi bu...

Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb

Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb

29 Oktyabr 2026 - 14:13

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb. Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Xarici...

Next Post

“Real”dan böyükhesablı qələbə

“Real”dan böyükhesablı qələbə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

29 Oktyabr 2026 - 23:40
“Google”un ana şirkəti bir sutka ərzində rekord həcmdə — 477 milyard dollar itirib

“Google”un ana şirkəti bir sutka ərzində rekord həcmdə — 477 milyard dollar itirib

29 Oktyabr 2026 - 22:27
İrəvan yaxınlığında qazdoldurma məntəqəsində partlayış baş verib

İrəvan yaxınlığında qazdoldurma məntəqəsində partlayış baş verib

29 Oktyabr 2026 - 22:25
İspaniyada qatarların toqquşmasından sonra ölənlərin sayı 74 nəfərə çatıb

İspaniyada qatarların toqquşmasından sonra ölənlərin sayı 74 nəfərə çatıb

29 Oktyabr 2026 - 21:07
Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

29 Oktyabr 2026 - 20:21
IRIB: İran Cey Di Vensin məktubuna cavab verməyib

IRIB: İran Cey Di Vensin məktubuna cavab verməyib

29 Oktyabr 2026 - 20:18
İran HDQ: Hörmüz boğazında neft tankeri minaya düşüb

İran HDQ: Hörmüz boğazında neft tankeri minaya düşüb

29 Oktyabr 2026 - 19:49
Xorvatiyada Qərbi Nil virusu alovlanır: 25 yoluxma, 1 ölüm

Xorvatiyada Qərbi Nil virusu alovlanır: 25 yoluxma, 1 ölüm

29 Oktyabr 2026 - 19:29
Xalq artisti Zaur Rzayev vəfat edib

Xalq artisti Zaur Rzayev vəfat edib

29 Oktyabr 2026 - 19:15
Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşdü

Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşdü

29 Oktyabr 2026 - 19:07
“Azəristiliktəchizat” 9 ayda istilik enerjisi istehsalını 4 %-dən çox artırıb

“Azəristiliktəchizat” 9 ayda istilik enerjisi istehsalını 4 %-dən çox artırıb

29 Oktyabr 2026 - 19:00
Sabah Masallının bu kəndlərində qaz olmayacaq

Sabah Masallının bu kəndlərində qaz olmayacaq

29 Oktyabr 2026 - 18:45
“Google”dan yeni flaqman: “Gemini 4 Carbon” təqdim olundu

“Google”dan yeni flaqman: “Gemini 4 Carbon” təqdim olundu

29 Oktyabr 2026 - 18:39
Ronaldu “Qızıl top”dan sonra paylaşım etdi

Ronaldu “Qızıl top”dan sonra paylaşım etdi

29 Oktyabr 2026 - 18:25
Azərbaycanın xurma ixracından gəliri azalıb

Azərbaycanın xurma ixracından gəliri azalıb

29 Oktyabr 2026 - 18:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.