Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin rəhbəri Viktor Ozerov söyləyib.
O, Krımın geri qaytarılmasının mümkün olmayacağını bildirib:
“Krım Rusiyanındır və o heç vaxt sövdələşmə predmeti ola bilməz. Amerikanın Krımı geri qaytarmaq tələbi bizim ABŞ-dan Alyaskanı istəməyimizə bənzərdi. Hər ikisini icra etmək mümkünsüzdür”.
Qeyd edək ki, dünən Ağ Ev ABŞ Prezidenti Donald Trampın Krımın Ukraynaya qaytarılmasını istədiyini açıqlayıb.



















Son şərhlər