"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Rusiyada bir şəhəri xilas edən azərbaycanlının qeyri-adi həyatı – (MÜSAHİBƏ-FOTO)

15 Fevral 2017 - 12:37
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

David Hüseyn oğlu Paşayev 1940-cı ildə Moskva vilayətinin Ostaşovo kəndində anadan olub. Atası Hüseyn Kazım oğlu Paşayev milliyyətcə azərbaycanlı, anası Varvara Sergeyevna isə rusdur. David Paşayev Rusiyanın atom sualtı gəmiqayırma sahəsini dağılmaqdan xilas etmiş azərbaycanlıdır. O, Rusiya dövlət atom gəmiqayırması mərkəzinin baş direktoru və prezidenti, nəhəng “Sevmaş” maşınqayırma zavodunun direktoru vəzifələrində çalışıb. Rusiya Federasiyası Dövlət mükafatının ikiqat laureatdır. Hərbi gəmiqayırma sahəsində xidmətlərinə görə “İlin adamı” adına layiq görülüb. 2010-cu ildə 70 yaşında Moskvada vəfat edib və Severodvinsk şəhər məzarlığında dəfn olunub.

David Paşayevin həyat və fəaliyyəti haqqında  ona yaxından bələd olan Səyyad Mahmudov danışır.

– 1990-cı ildə tale elə gətirdi ki, məni Azərbaycan “Sənayecihaz” Elmi İstehsalat Müəssisəsinə (“Sənayecihaz” EİM) işə dəvət etdilər. Həmin vaxtlar ora çox savadlı bir mühəndis olan Babək Pənahov rəhbərlik edirdi. Gəncədə isə Rusiyada ən böyük zavodlardan biri olan Gəncə Cihazqayırma Zavodu fəaliyyət göstərirdi. Həmin zavod da “Sənayecihaz” EİM-ə daxil idi. Müəssisədə müxtəlif cihazlar istehsal edilirdi. Bu sahədə həmçinin konstruktor işləri aparılır və onlar icad olunurdu. Sovet dövründən başlayaraq əsas alıcılar isə sualtı, suüstü gəmiqayırma, neft-qaz çıxarma və su-kanal idarələri idi.

1992-ci ildə Rusiya, Ukrayna, Qazaxıstan və digər ölkələrlə istehsalat əlaqələri demək olar ki, dayandı, sifarişlər azladı. İşçilərin ixtisarı başladı. Maliyyə çətinlikləri yarandı. Məhz həmin dövrdə “Sənayecihaz” EİM-də yeni bir şöbə yaradıldı. Bu, Xarici İqtisadi Əlaqələr Şöbəsi adlanırdı. Şöbənin əsas məqsədi bir vaxtlar başqa ölkələrlə olan əlaqələri yenidən bərpa etmək idi. “Sənayecihaz” EİM-in gələcək fəaliyyətini davam etdirməsi üçün bu əlaqələri yenidən bərpa etmək lazım idi. Məni həmin şöbənin müdiri təyin etdilər.

Zavod necə xilas edildi

İlk dəfə 1993-cu ilin əvvəlində bizim zavodun ən böyük alıcısı, sifarişçisi olan Rusiyanın Arxangelsk vilayətinin Severodvinsk şəhərində yerləşən “Sevmaş” İstehsalat Birliyinə gedəsi olduq. Oradakı görüşlərdən sonra çalışdıq ki, baş direktorla da görüşək və problemlərimizi deyək. Bildirmək istəyirdik ki, “Sevmaş”ın bizə xeyli borcu var. Onlar borcları pulla ödəyə bilmirdilər. Maliyyə vəziyyətləri ağır idi. Nəhayət, David Paşayevin qəbulunda olduq. Əvvəllər heç vaxt onunla tanışlığımız olmamışdı. David Paşayevin Azərbaycan “Sənayecihaz” EİM qarşısında gördüyü ən böyük işlərdən biri budur: o, dedi ki, belə bir unikal texnolgiyaya sahib olan müəssisəni itirə bilmərik və bacardımız qədər onlara kömək etməliyik, bu müəssisə dağılmamalıdır. Həmçinin əlavə etdi ki, müxtəxəssislərin Azərbaycan “Sənayecihaz” EİM-ni tərk etmələrinə göz yuma bilmərik və yenidən davam etmək lazımdır.

Çox qısa bir müddətdə bizim zavoda lazım olan materiallar hazırlandı, sifarişlər qəbul olundu və Azərbaycana göndərildi. Bundan sonra vəziyyət yaxşılığa doğru getməyə başladı.
Buna baxmayaraq, “Sənayecihaz” EİM-in gördüyü işlər, istehsal etdiyi məhsullar o vaxt Azərbaycanda öz təyinatını tapa bilmirdi. Sonralar Azərbaycan Müdafiə Sənayesi Nazirliyi yarandı. 2006-2007-ci illərdə oradan sifarişlər gəlməyə başladı. Amma bu illərə qədər “Sənayecihaz” EİM-in əsas müştərisi Rusiyanın aparıcı müəssisələri və “Sevmaş” idi. “Sevmaş”ın da işləri ləng gedirdi. Buna görə də, həmişə sifarişlər verə bilmirdilər. Buna baxmayraq, D.Paşayev həmişə “Sənayecihaz” EİM-in dağılmaması üçün əlindən gələni etdi.

Qeyd edim ki, SSRİ dağılanda Rusiya bu cür müəssisələrin texnologiyalarını almaq üçün bütün respublikalara öz nümayəndələrini göndərirdi. Azərbaycana da bir heyət göndərilib. “Sənayecihaz” EİM-nin istehsal etdiyi məhsulların iş çertyojlarını, konstruksiya sənədərinin Rusiya tərəfindən alınmasını istəyiblər. Həmin vaxt müəssisənin baş direktoru Babək Pənahovun uzaqgörənliyi sayəsində bu, baş tutmayıb.

Sürgündən kolxoz sədrliyinə

Paşayevlər qədimdən Qazax rayonunun Daş-Salahlı kəndində məskunlaşıblar. Onların ulu babaları Əhməd ağa Paşayev olub. Davidin babası isə Müsəllim ağadır. Onun iki oğlu olub. Biri Kazım ağa, digəri Allahyar ağa. Kazım ağanın 3 övladı olub. Böyük oğlu Müsəllimə atasının adını qoyub. İkinci oğlu Hüseyndir. Hüseyn David Paşayevin atasıdır. Üçüncü oğlu Fərhad isə cavan yaşlarında faciəvi hadisə nəticəsində dünyasını dəyişib.

Sovet hakimiyyəti qurulan kimi Azərbaycanda ağalara-bəylərə qaşı təqiblər başlandı. Paşayevləri də Sibirə sürgün elədilər. Davidin atası Hüseyn ağa Paşayev o zaman Bakıda hansısa bir artilleriya polkunda qərargah rəisi işləyirdi. Onu da Ağ dənizdə yerləşən Salavki adalarına sürgün ediblər. Ora Ağ dənizin ortasında yerləşir, dörd adadan ibarətdir. Lap öncələr həmin adlarda monastırlar olub, sovet hökuməti zamanında isə ləğv edilib, yerində sürgün olunanlar üçün düşərgələr yaradılıb. Orada C vitamini çatışmadığına görə, insanlar xəstəliklər səbəbidən tez həlak olurdular. Həmin vaxt Davidin atası, ixtisasca aqronom olan Hüseyn Paşayev təklif edib ki, burada istixanalar yaradıb, tərəvəz becərə, bu yolla insanların tez ölmələrinin qarşısını ala bilərik. Sürgündə olanlar Hüseyn Paşayevə istixanaların yaradılması ilə bağlı kömək ediblər. Orada pomidor, xiyar, göyərti məhsulları yetişdirməyə başlayıblar. Düşərgənin müəyyən bir hissəsi həmin tərəvəz məhsulları ilə təmin edilib.

Bir gün Kalinin həmin adaya səfər edib. Ona nahar vaxtı müxtəlif tərəvəzlər təqdim ediblər. O da maraqlanıb ki, bunları kim yetişdirir? Deyiblər bizim bir məhkumumuz. Əvvəlcə xahiş edir ki,onun sənədlərini təqdim etsinlər. Sənədlərlə tanış olduqdan sonra, görür ki, Hüseyn gənc oğlandır, iki ali təhsili var. Çağırıb, onunla görüşür, həyatı yolu ilə maraqlanır. Və Hüseyni həmin adadan azad edib, Moskva ətrafında geridə qalmış bir kolxoza sədr göndərir. 3 ildən sonra həmin kolkoz Moskva vilayətindəki bütün kolxozlar içərisində birinci yeri tutur. 1947-ci ildə ona gördüyü işlərə görə Lenin ordeni verilir.

Bir şəhəri xilas edən azərbaycanlı

David Moskva vilayətində anadan olub, orta məktəbi də orada bitirib. Sonra Sverdlovsk Politexnik İnstitutuna daxil olub. Atom reaktorları üzrə mühəndis ixtisasına sahiblənib. Bundan sonra onu təyinatla “Sevmaş” zavoduna göndəriblər. Orada usta köməkçisi, usta, sonra gəmilərin hazırlandığı sexdə rəis müavini, rəis olub. Daha sonra “Sevmaş”ın baş mühəndisi təyin olunub. Və 1988-ci ildə “Sevmaş” ümumi kollektivinin qərarı ilə baş direktor seçilib.

Davidin atası Hüseyn Paşayev ailəsi ilə birlikdə 1965-ci ildə Azərbaycana köçüb və indiki Pirşağı qəsəbəsində Sovxoz direktoru işləyib. David isə hər yay ata-anasını, qardaş-bacılarını görmək üçün Azərbaycana gəlib-gedirdi. Onun direktoru olduğu “Sevmaş” zavodu Atom Sualtı qayıqlar da istehsal edib. Onun Rusiya dövləti qarşısında da böyük xidmətləri olub.

David Paşayev Qırmızı Əmək Bayrağı ordeninə, 1995-ci ildə Rusiyanın Milli Qəharmanı adına layiq görülüb. Rusiyada iki dəfə İlin Adamı seçilib. Və iki dəfə də Rusiya Dövlət Mükafatı laureatı olub.

Onun 60 illik yubileyini qeyd etmək üçün bütün ailəsi Pirşağıda yerləşən ata evlərinə toplaşmışdı. Bizim müəssisənin baş direktoru Babək müəllim və mən də iştirak edirdik. David dedi ki, ata-babalarının doğulduğu Qazax rayonuna getmək istəyir. Getdik, babasının evində olduq. Evin təqribən 200-dən çox yaşı var. Sürgün zamanı Paşayevlərin də evləri əllərindən alınmışdı. Onu kənd sovxozunun tibb məntəqəsi etmişdilər. David çox çalışdı ki, həmin ev təzdən onlara qaytarılsın. Bir çox dövlət orqanlarına müraciət etdikdən sonra ev və 20 sot torpaq dövlət tərəfindən Davidin qardaşına verildi. Bu, Davidin ora ilk gəlişi idi. Daha sonra o, iki dəfə də həmin kəndə getdi. Həmişə Daş Salahlıda olan zaman deyirdi ki, buranın havası mənə düşür.

Onun ölümündən bir ay qabaq mən Severodvinskdə idim. Zəng edib dedim ki, sizinlə görüşmək istəyirəm. O da razılıq verdi. Ancaq onunla görüşə bilmədik. Onu təcili Almaniyaya apardılar. 4 dəfə əməliyyat olundu. Çünki “Sevmaş” da atom sualtı gəmiləri hazırlanan zavodda şüalanma ilə bağlı problemlər vardı. Ona görə də D.Paşayev 2003-cü ildən xərçəngdən əziyyət çəkirdi. “Sevmaş” hərbi sənaye müəssisəsi idi. Orada 3 növbə iş gedirdi. Direktor olaraq David Paşayev hər şeyə cavadeh idi. Rusiya üçün David Paşayevin ən böyük xidmətlərindən biri dünyanın ən böyük hərbi zavodlarında olan “Sevmaş”ın qorunub saxlamasıdır. O, həmçinin Severodvinsk şəhərini də qoruyub saxladı. Çünki şəhər o zavoddan asılıdır, sakinlərinin əksəriyyəti o zavodda işləyirdi. Zavod bağlansa idi, hamısı işsiz qalacaqdı.

David Paşayev direktor işləyəndə də atom sualtı gəmilərinin hazırlanmasında, sınaqlarda birbaşa özü iştirak edirdi. Özü bir dəfə demişdi ki, sualtı atom gəmilərində işləyən zaman çox şüalanmaya məruz qalıb. Çətin şəraitdə işləyirdi.

O, həmişə istəyirdi ki, Azərbaycanla Rusiya çox yaxın dostluq münasibətlərində olsunlar. Həmişə Rusiyada yaşayan azərbaycanlıların probemlərilə maraqlanırdı. Direktoru olduğu zavodda da xeyli azərbaycanlı işləyirdi. Vahid Ələkbərovla da çox yaxın dost idilər. Böyük övladı Oleq Paşayev hazırda “Lukoyl”un vitse-prezidenti vəzifəsində çalışır.

Davidi öz istəyilə Severodvinsk şəhərində dəfn etdilər. Demək olar ki, bütün şəhər dəfn mərasimində iştirak edirdi. Çünki D.Paşayev həmin şəhərin sakinləri üçün birinci adam idi.

Hafiz Əhmədov
Foto: Elvin Abdulla

Previous Post

Rusiyada bir şəhəri xilas edən azərbaycanlının qeyri-adi həyatı – (MÜSAHİBƏ-FOTO)

Next Post

Rusiyadan Trampa cavab: “Krım qaytarılmayacaq”

Bənzər yazılar

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18

İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-nin "Patriot" hava hücumundan...

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub. Elchi.az  xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı...

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir. Elchi.az  xəbər verir ki, bu barədə...

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40

Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, Baş Assambleya ölkənin...

Next Post

Rusiyadan Trampa cavab: “Krım qaytarılmayacaq”

Rövşənin adamları qisas əməliyyatına başladı

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.